Əli Laricani kimdir? - ABŞ-a "unudulmaz dərs" vəd etmişdi

Əli Laricani kimdir? - ABŞ-a "unudulmaz dərs" vəd etmişdiOnilliklər boyu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkəsinin siyasi sisteminin sakit və praqmatik siması kimi tanınıb. Özü də necə? XVIII əsr alman filosofu İmmanuel Kant haqqında kitablar yazan və Qərblə nüvə danışıqları aparan siyasətçi kimi.

Lent.az-ın əməkdaşı bu yazıda AlJazeera və dünyanın bir çox tanınmış agentliklərinə istinadən Əli Laricani barəsində çox diqqət çəkən məlumatları təqdim edir:

ABŞ-la sərt üslubda danışan katibin martın 1-dən isə 67 yaşlı Ali Milli Təhlükəsizlik Şurasının katibinin tonu kəskin şəkildə dəyişdi.

ABŞ və İsrailin hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei və İran İnqilab Keşikçiləri Korpusunun komandanı Məhəmməd Pakpurun öldürülməsindən cəmi 24 saat sonra dövlət televiziyasında çıxış edən Laricani sərt mesaj verdi.

O, sosial şəbəkədə yazdı: "Amerika və sionist rejim (İsraili nəzərdə tutur) İran xalqının qəlbini alovlandırıb. Biz onların qəlbini yandıracağıq. Sionist cinayətkarları və həyasız amerikalıları etdiklərinə görə peşman edəcəyik."

O, əlavə edib: "İranın cəsur əsgərləri və böyük xalqı beynəlxalq zülmkar qüvvələrə unudulmaz dərs verəcək."

ABŞ Prezidenti Donald Trampı "İsrail tələsinə düşməkdə" ittiham edən Laricani 1979-cu ildən bəri İranın üzləşdiyi ən böyük böhran fonunda Tehranın reaksiyasının mərkəzində dayanır.

Xameneinin ölümündən sonra ölkəni idarə edən üç nəfərlik keçid şurası ilə yanaşı onun da mühüm rol oynaması gözlənilir.

Bəs İsrail və ABŞ-la müharibə davam edərkən İranın təhlükəsizlik strategiyasına rəhbərlik edən bu şəxs kimdir?

İranın "Kennediləri"

3 iyun 1958-ci ildə İraqın Nəcəf şəhərində Amoldan olan, varlı ailədə dünyaya gələn Laricani o qədər nüfuzlu bir nəslə mənsubdur ki, "Time" jurnalı 2009-cu ildə onları "İranın Kennediləri" adlandırmışdı.

Onun atası Mirzə Haşem Amoli tanınmış dini alim idi. Laricani kimi onun qardaşları da İranın ən güclü strukturlarında - məhkəmə sistemi və Ali Rəhbəri seçmək və nəzarətdə saxlamaq səlahiyyətinə malik Ekspertlər Məclisində - yüksək vəzifələr tutublar.

Laricaninin 1979-cu il inqilabından sonrakı elita ilə şəxsi bağları da var. O, 20 yaşında olarkən İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin yaxın silahdaşı Murtəza Mütəhhərinin qızı Fəridə Mütəhhəri ilə evlənib.

Ailəsinin mühafizəkar dini köklərinə baxmayaraq, övladlarının yolu daha müxtəlif olub. Qızı Fatimə Tehran Universitetinin tibb fakültəsini bitirib və ABŞ-ın Ohayo ştatındakı Cleveland State Universitetində ixtisaslaşıb.

Riyaziyyatçı filosof

Bir çox həmkarlarından fərqli olaraq, Laricani yalnız dini təhsil almamış, dünyəvi akademik təhsilə də sahibdir.

1979-cu ildə Şərif Texnologiya Universitetində riyaziyyat və kompüter elmləri üzrə bakalavr dərəcəsi alıb. Daha sonra Tehran Universitetində Qərb fəlsəfəsi üzrə magistr və doktorluq dərəcələri əldə edib, dissertasiyasını Kant mövzusunda yazıb. Lakin onun karyerasının əsas mərkəzi siyasi vəzifələr olub.

1979-cu il inqilabından sonra 1980-ci illərin əvvəllərində İnqilab Keşikçiləri Korpusuna qoşulub. Daha sonra dövlət strukturlarına keçərək 1994-1997-ci illərdə Prezident Əkbər Haşimi Rəfsəncani dövründə mədəniyyət naziri, 1994-2004-cü illərdə isə dövlət televiziyası və radiosunun (IRIB) rəhbəri olub. IRIB-də çalışdığı dövrdə sərt siyasətlərinə görə islahatçılar tərəfindən tənqid olunub; onlar bu siyasətlərin gəncləri xarici mediaya yönəltdiyini iddia edirdilər.

2008-2020-ci illərdə ardıcıl üç müddət parlamentin (Məclis) sədri olub və daxili və xarici siyasətin formalaşmasında mühüm rol oynayıb.

Təhlükəsizlik sahəsinə dönüş

Laricani 2005-ci ildə mühafizəkar namizəd kimi prezidentliyə namizədliyini irəli sürsə də, ikinci tura keçə bilməyib. Həmin il o, Ali Milli Təhlükəsizlik Şurasının katibi və ölkənin baş nüvə danışıqları aparıcısı təyin olunub.

2007-ci ildə Prezident Mahmud Əhmədinejadın nüvə siyasəti ilə fikir ayrılıqları səbəbindən bu vəzifələrdən istefa verib.

2008-ci ildə Qum şəhərini təmsil edərək parlamentə daxil olub və spiker seçilib. Bu mövqe ona nüfuzunu artırmağa imkan verib və o, 2015-ci ildə İranla dünya gücləri arasında imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) parlamentdə təsdiqlənməsində mühüm rol oynayıb.

2020-ci ildə parlament sədri və deputat vəzifələrindən ayrıldıqdan sonra 2021-ci ildə yenidən prezidentliyə namizəd olmaq istəsə də, namizədliyi Qəyyumlar Şurası tərəfindən rədd edilib. 2024-cü ildə də eyni aqibətlə üzləşib.

Şura rədd qərarının səbəbini açıqlamasa da, analitiklər 2021-ci il qərarını sərt xətt tərəfdarı İbrahim Rəisinin yolunu açmaq üçün atılmış addım kimi qiymətləndiriblər. Laricani 2024-cü il qərarını "qeyri-şəffaf" adlandırıb.

Lakin 2025-ci ilin avqustunda Prezident Məsud Pezeşkian tərəfindən yenidən Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunaraq nüfuzlu mövqeyə qayıdıb.

Bu vəzifəyə qayıtdıqdan sonra mövqeyi sərtləşib. 2025-ci ilin oktyabrında onun Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq sazişini ləğv etdiyi və agentliyin hesabatlarını "artıq təsirli deyil" adlandırdığı barədə xəbərlər yayılıb.

Müharibə şəraitində diplomatiya

Sərt mövqeyinə baxmayaraq, Laricani hələ də praqmatik fiqur kimi qiymətləndirilir və 2015-ci il nüvə sazişini dəstəkləməsi səbəbindən kompromisə meylli şəxs hesab olunur.

Hazırkı eskalasiyadan bir neçə həftə əvvəl onun ABŞ-la dolayı danışıqlarda iştirak etdiyi bildirilirdi.

Fevral ayında Oman vasitəçiliyi ilə keçirilən danışıqlarda o, Vaşinqtondan konkret təklif almadıqlarını bildirib və İsraili diplomatik prosesi pozaraq "müharibəni alovlandırmaqda" ittiham edib.

ABŞ və İsrailin hücumlarından əvvəl AlJazeera-ya verdiyi müsahibədə o, danışıqlara münasibətdə İranın mövqeyini "müsbət" adlandırmış və ABŞ-ın hərbi variantın səmərəli olmadığını başa düşdüyünü qeyd etmişdi. "Danışıqlara müraciət rasional yoldur," demişdi.

Lakin fevralın 28-də başlayan hava zərbələri diplomatik imkanları demək olar ki, məhv edib.

Son çıxışında Laricani ölkə rəhbərliyinin Konstitusiyaya uyğun şəkildə formalaşdırılacağına dair planların mövcud olduğunu bildirib. O, ABŞ-a xəbərdarlıq edərək liderlərin öldürülməsinin İranı sabitsizləşdirəcəyini düşünməyin yanlış olduğunu vurğulayıb.

"Biz regional ölkələrə hücum etməyi planlaşdırmırıq," deyə o aydınlaşdırıb, "lakin ABŞ tərəfindən istifadə olunan hər bir bazanı hədəfə alırıq."

Praqmatik ton hələlik arxa plana keçib. Laricani yeni danışıqlar istədiyi barədə məlumatları təkzib edərək bildirib ki, İran Vaşinqtonla "danışıq aparmayacaq".

Xameneinin ölümündən sonra və region uçurumun kənarında olarkən Laricani ABŞ və İsrailə qarşı "onların indiyə qədər görmədiyi güclə" cavab veriləcəyini vəd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 850   Tarix: 03 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır

İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni mayın 4-də Azərbaycana səfərə gəlib. Corcia Meloninin Bakı səfəri İtaliyanın Cənubi Qafqaz strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Roma üçün regionda enerji, ticarət və sənaye baxımından əsas tərəfdaşlardan biridir. Bu səfə

10:32 0
.

Bakı Baş Səhiyyə Mərkəzində yeni təyinat

Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Nərgiz Talıb qızı Şərifova təyinat alıb. Qeyd edilib ki, N.Şərifova 2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetind

05.05.2026 244
.

Partlayışda xəsarət alan həkim öldü

Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsini

05.05.2026 486
.

Velizar yeni konsertə hazırlaşır!

Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan mövzulardan biri də fenomen Velizarın Gəncə şəhərində planlaşdırılan konsertinin baş tutmaması oldu. Ötən ay yayılan məlumatlara görə, Velizar məşhur ifaçı Rəqsanə ilə birlikdə Gəncədə səhnəyə çıxacağını açıqlamış və bu tədbir üçün öz izləyici kütləsin

05.05.2026 501
.

Onlayn və çap media üçün müsabiqə elan edildi - Yenilənib

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir. "Qafqazinfo" xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmə

05.05.2026 201
.

Ekranda görünən hər şey artıq məsuliyyət yaradır

"İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi şəkildə nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər inzibati məsuliyyət yaradır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzv

05.05.2026 233
.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə bir üsul

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər. xarici mediaya istinadən bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?. Alimlərin izahına görə, nəfəsi adi haldan təxminə

05.05.2026 321
.

DİQQƏT! Qızıl bahalaşdı

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb. xəbər verir ki, qızılın COMEX-də iyun ayı üzrə fyuçersləri 0,33% və ya 15 dollar artaraq 4 548,30 ABŞ dollarına, spot qızıl isə 0,36% və ya 16,23 dollar bahalaşaraq 4 538,14 ABŞ dollarına yüksəlib. Platin isə 1,41% və ya 27,39 dollar artaraq 1 974,11 ABŞ dolların

05.05.2026 301
.

Qətldə şübhəli kimi saxlanılan müğənni ilə bağlı qərar dəyişdi

Futbolçu Kubilay Kaan Kundakçı cinayəti ilə bağlı aparılan istintaqda məhkəmə yeni qərar qəbul edib. Axşam.az xəbər verir ki, məhkəmə cinayət işi üzrə şübhəlilər arasında yer alan və daha əvvəl həbs edilən müğənni İzzət Yıldızhanın azadlığa buraxılmasına qərar verib. Eyni qərarla Yıldızhanın ölkədə

05.05.2026 467
.

TOP MP3