Bakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib

Bakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edibİnnovasiya lideri Bakcell xanım jurnalistləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib.
Görüşdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova media sahəsində peşəkarlığı, obyektivliyi və şəffaf informasiyanın ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan bütün xanımları təbrik edərək bildirib: "Media sahəsində çalışan xanımların hər biri özünəməxsus baxışa, üsluba və səsə malikdir. Bu fərqlilik müasir medianı daha zəngin və rəngarəng edir. Bugünkü görüşümüzün ideyasını da məhz bu fərdilikdən ilhamlanaraq qurduq. Hər bir jurnalistin cəmiyyətdə özünəməxsus izi və təsiri olduğuna inanırıq".
Tədbir çərçivəsində xanım jurnalistlər üçün parfümeriya üzrə master-klass təşkil olunub. İştirakçılar ətir harmoniyası, fərdi qoxu kompozisiyasının yaradılması və parfümün hazırlanma mərhələləri ilə tanış olub, öz zövqlərinə uyğun unikal ətirlər hazırlayıblar.
Qeyd edək ki, Bakcell yarandığı gündən media nümayəndələri ilə sıx əməkdaşlıq edərək, onların fəaliyyətini dəstəkləməyə və jurnalistlərin peşəkar inkişafına töhfə verməyə davam edir.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Bakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edibBakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edibBakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edibBakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edibBakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edibBakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 616   Tarix: 04 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

15:40 144
.

Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop

17:20 143
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

13:50 150
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

20:19 173
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 179
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 156
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

16:40 147
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

11:15 152
.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

17:40 146
.