"Est. Etik Clinix and Spa Center"də qanunsuz işçilər çalışdırılıb
Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə "Est. Etik Clinix and Spa Center" MMC cərimələnib.
BiG.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi) üzrə protokol tərtib edilib.
İşə Nərimanov Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin qərarı ilə "Est. Etik Clinix and Spa Center" MMC-nin rəhbəri sözügedən maddə üzrə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 000 manat məbləğində cərimə olunub.
Qərardan narazı qalan MMC-nin nümayəndəsi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Məhkəmə iclasında şirkət rəhbəri bildirib ki, MMC-nin ümumi dövriyyəsi və gəlirləri 20 000 manat təşkil etmir və bu məbləğdə cərimənin ödənilməsi mümkün deyil. Onun sözlərinə görə, cərimənin tətbiqi şirkətin ləğvinə və ya müflis olmasına səbəb ola bilər.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 119 Tarix: 04 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın İxrac Qərarı: Regionda Ərzaq Qiymətləri Artacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
İranın qida məhsullarının ixracına qadağa qoyması regionda ərzaq bazarı ilə bağlı yeni suallar yaradıb. Xüsusilə qonşu ölkələr üçün İran bir sıra kənd təsərrüfatı və gündəlik tələbat mallarının əsas mənbələrindən biridir. Bu qərarın hansı səbəbdən verilməsi ilə yanaşı, onun mümkün iqtisadi təsirlər
11:56 173 Bakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İnnovasiya lideri Bakcell xanım jurnalistləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib. Görüşdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanov
13:19 132 Bu ərazilərə qar yağacaq
Martın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə havanın az çiskinl
14:20 138 İbtidai Siniflərdə Dərs Saatının Gec Başlaması: Sağlamlıq və Diqqət Üçün Yeni Yanaşma - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
İbtidai sinif şagirdlərinin dərsə başlaması məsələsində yeni yanaşmalar ortaya çıxır. Uşaqlar səhər saat 8:00-da deyil, daha gec - məsələn, saat 11:00-da və ya ikinci smenə daxil olsalar, həm yuxu rejimləri qorunar, həm də dərslərdə daha diqqətli olardılar. Erkən saatlarda yuxudan oyanan uşaqlar bəzə
12:16 186 İsrail Livanda Hizbullah terror təşkilatının hədəflərinə 250-dən çox zərbə endirib
İsrail ordusunun sözçüsü bildirib ki, İsrail son 48 saat ərzində Livanda Hizbullahın 250-dən çox hədəfinə zərbələr endirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, mətbuat katibi briqada generalı Effi Defrin qeydə alınmış açıqlamada bildirib ki, İranın dəstəklədiyi Hizbullah terror təşkilat
14:26 101 Mütəxəssislər: Koronavirusun nəticələri hələ tam öyrənilməyib
"COVID-19 pandemiyası başa çatsa da, yoluxma halları tamamilə aradan qalxmayıb. Virus tam şəkildə sıradan çıxmayıb və bəzi bölgələrdə lokal epidemioloji ocaqlar müşahidə olunur. Mutasiya variantlarının yayılması davam edir və ölüm halları az sayda da olsa qeydə alınır". Bunu BİG.AZ-a açıqlamasınd
14:54 81 "Est. Etik Clinix and Spa Center"də qanunsuz işçilər çalışdırılıb
Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə "Est. Etik Clinix and Spa Center" MMC cərimələnib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsini
13:43 118 Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu artırır
Bu gün Azərbaycanın enerji istehsalı və tranziti potensialı onun dünyada söz sahibi olmasını təmin edir. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının iclasına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyy
10:22 180 Britaniyada 10 nəfərə aid vikinq qalıqları tapılıb
Böyük Britaniyanın Kembric şərinin kənarında 10 nəfərə aid vikinq qalıqları tapılıb. xarici KİV-ə istinadən xəbər verir ki, Kembric Universitetinin arxeologiya ixtisası üzrə təhsil alan tələbələri tərəfindən aşkarlanıb. Onlar əsasən gənc kişilərə məxsus sümüklər aşkar ediblər. Qalıqlardan bəzilərini
03.03.2026 286