Kredit tətilləri kimlərə şamil olunur? - Ekspert danışdı
"Kredit öhdəliklərinin dondurulması və ya kredit tətillərinin verilməsi həm dünya, həm də Azərbaycan təcrübəsində mövcuddur. Bu halları müxtəlif aspektlərdən nəzərdən keçirmək mümkündür və əsasən iki qrupa ayırmaq olar".
Bu sözləri BiG.AZ-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.
Ekspert bildirib ki, birinci qrup kütləvi şəkildə kreditlərin geri qaytarılma qabiliyyətinə mənfi təsir göstərən halları əhatə edir. Bu hallar qanunvericilikdə də öz əksini tapır. Buraya təbii fəlakətlər, epidemiyalar, pandemiyalar və iqtisadi böhran dövrləri daxildir. Belə vəziyyətlərdə çoxsaylı borcalanların öhdəliklərini vaxtında yerinə yetirməsi çətinləşir.
"İkinci qrup isə fərdi hallarla bağlıdır. Məsələn, şəxs əmək müqaviləsi ilə çalışaraq gəlirlərini təqdim edib kredit götürür. Lakin sonradan ixtisara düşür və ya işdən çıxarılır. Nəticədə kredit ödənişlərini həyata keçirmək imkanını itirir", - deyə o qeyd edib.
R.Həsənovun sözlərinə görə, Azərbaycanda kreditlərin dondurulması və ya kredit tətillərinin tətbiqi xüsusilə pandemiya dövründə aktuallaşıb. Banklar öz daxili siyasətləri çərçivəsində fərdi hallara uyğun qərarlar qəbul edirlər. Bu proses müxtəlif formalarda həyata keçirilə bilər: bəzi hallarda əsas borcun ödənilməsi üzrə 3-6 ay, bəzən isə 1 ilədək güzəşt müddəti tanınır. Bu dövrdə bəzən yalnız faiz ödənişi edilir, bəzən isə ödənişlər tamamilə dayandırılır.
Ekspert əlavə edib ki, bəzi hallarda kredit tətilləri ilə yanaşı restrukturizasiya mexanizmi də tətbiq olunur. Bu zaman aylıq ödənişlər daha uzun müddətə bölünərək optimallaşdırılır.
Onun sözlərinə görə, bu proses Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Banklar haqqında" Qanun, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ qaydaları ilə tənzimlənir.
"Ümumilikdə, kredit borclarının dondurulması və ya kredit tətillərinin verilməsi Azərbaycan qanunvericiliyində mümkündür. Bu mexanizm öhdəliyin icrasında çətinlik yarandığı hallarda tətbiq edilir. Əgər borcalanın resursları tükənibsə, girov və ya zamin yoxdur, aylıq gəlir yetərli deyilsə, alternativ yollar - o cümlədən kredit tətillərinə müraciət etmək zərurəti yaranır", - deyə iqtisadçı vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2804 Tarix: 04 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"
15:40 144 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
17:20 143 Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
13:50 150 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
20:19 173 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr
10:15 179 İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
14:40 156 Tramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
16:40 147 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
11:15 152 BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra
17:40 146