Pezeşkian Naxçıvana edilən hücumla bağlı Putinə NƏLƏR DEDİ?

Pezeşkian Naxçıvana edilən hücumla bağlı Putinə NƏLƏR DEDİ?İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı ölkəsinin Azərbaycana hücum etmədiyini bildirib. O, Tehranın qonşularına hücum etməyi heç vaxt hədəfləmədiyini vurğulayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Agentlik İran prezidentinin mətbuat xidmətinə istinadən bildirib ki, M.Pezeşkian İranın Azərbaycana hücumu ilə bağlı iddiaları qətiyyətlə rədd edib və bu şayiələri qonşular arasında qardaşlıq münasibətlərini pozmaq üçün hazırlanan düşmən planı adlandırıb.

Xatırladaq ki, martın 5-də İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına qarşı dron hücumları həyata keçirilib. Onların biri Naxçıvan hava limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəbin yaxınlığa düşüb. Aeroport binasına dəyən ziyan nəticəsində dörd nəfər yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hücumu qətiyyətlə pisləyərək, Azərbaycan ərazisinə edilən bu hücumun beynəlxalq hüququn norma və prinsiplərini pozduğunu və regionda gərginliyin artmasına töhfə verdiyini bildirib. Hadisə ilə bağlı İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb.

Müdafiə Nazirliyinin isə yaydığı bəyanatdan qeyd olunub ki, hadisəyə görə bütün məsuliyyəti İran İslam Respublikasının üzərinə düşür və bu cür hücumlar cavabsız qalmayacaq.

Bundan başqa Baş Prokurorluq İranın Naxçıvanda mülki infrastruktura dron hücumu ilə bağlı cinayət işi açıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 261   Tarix: 07 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şiddətli diş ağrısı xərçəngin əlaməti imiş

42 yaşlı Britaniya sakini Edd Vieyranın şiddətli diş ağrısı xərçəng növünün simptomu olub. "Ölkə.az" xəbər verir ki, bu barədə "Mirror" qəzeti məlumat yayıb. Əvvəlcə kişinin sol azı dişi ağrımağa başlayıb, sonra bütün ön dişləri ağrımağa və sallanmağa başlayıb. Britaniyalı kişi di

06.03.2026 427
.

Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. -ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə "Hümmət"

06.03.2026 354
.

Bu 5 cihaz uzatma kabelinə qoşulmamalıdır

Müasir dövrdə uzatma kabelləri demək olar ki, hər evdə istifadə olunur və bir neçə cihazı eyni anda qoşmaq üçün əlverişli vasitə hesab edilir. Telefonu, noutbuku və digər kiçik məişət texnikalarını enerji ilə təmin etmək üçün geniş istifadə olunan bu qurğular bəzi hallarda təhlükəli nəticələrə səbə

06.03.2026 405
.

SAXAL-dan genişmiqyaslı ƏMƏLİYYAT: Tehran və İsfahanda hökumət hədəflərinə qarşı YENİ HÜCUMLAR - VİDEO - FOTO

İsrail ordusu Tehran və İsfahanda hökumət hədəflərinə qarşı yeni bir sıra genişmiqyaslı hücumlara başladığını açıqlayıb. xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. "İsrail Müdafiə Qüvvələri Tehran və İsfahanda İran rejiminin hədəflərinə qarşı genişmiqyasl

12:52 216
.

MEDİA "Qəzetçi" adlı səhifəni ifşa etdi: Ölkəmizə qarşı dezinformasiya yayılır

Son dövrlər sosial şəbəkələrdə özünü "Qəzetçi" kimi təqdim edən səhifə tərəfindən Azərbaycanla bağlı sistemli şəkildə dezinformasiya xarakterli məlumatların tirajlanması müşahidə olunmaqdadır. xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada bildirilib. Qeyd olunu

06.03.2026 341
.

Verilişinin yayım günü dəyişdirildi

Beyazıt Öztürkün aparıcılığını etdiyi "Beyazla Joker" proqramının yayım günü dəyişdirilib. Axşam.az xəbər verir ki, veriliş bazar günündən çərşənbə axşamına keçirilib. Bu qərar reytinqlərin aşağı olması səbəbindən verilib. Qeyd edək ki, proqram "Kanal D" kanalında nümayiş olunurd

06.03.2026 343
.

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

Azərbaycanda martın 6-da narkotiklə bağlı 31 fakt müəyyən edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 6-da ümumi çəkisi 58,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Ötən gü

15:40 0
.

Sabah hava necə olacaq?

Azərbaycanda martın 8-də havanın arabir yağıntılı olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərd

12:24 205
.

İran İnqilab Keşikçiləri Hörmüz boğazında ABŞ qüvvələrini "gözlədiklərini" bildirirlər

İran İnqilab Keşikçiləri ABŞ qüvvələrinin gəmiləri Hörmüz boğazından keçirməsini gözlədikləri barədə xəbərdarlıq edib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, bu boğaz regional müharibənin qızışdığı bir vaxtda nəqliyyatın hələ də tıxandığı strateji su yoludur. ABŞ enerji nazirinin Hərb

10:10 266
.

TOP MP3