Vüsalə İbrahimli: "Teatr gözəllikdir, eşqdir" - Milli Teatr Günü ilə bağlı AÇIQLAMA
Bu gün Azərbaycanda teatr sevənlər üçün xüsusi bir gündür - Azərbaycan Teatr Günü. Səhnələrimiz illərdir ki, yalnız əyləncə yeri deyil, həm də duyğuların, düşüncələrin və milli dəyərlərin ifadə olunduğu bir dünyadır. Bu gün tamaşaçılar həm klassik, həm də müasir əsərlərlə səhnədə görüşür, aktyorlar və rejissorlar isə sənətin canlılığını bir daha göstərir. Azərbaycan teatrı tarixdən gələn zəngin ənənəsini qoruyur və hər yeni tamaşa ilə milli mədəniyyətimizi daha da zənginləşdirir.
Mövzu ilə bağlı jurnalist, teatrşünas Vüsalə İbrahimli BiG.AZ-a açıqlamasında bildirdi ki, dünənmiş kimi xatırlayıram, birinci kursa yeni başlamışdıq və ilk olaraq qrup rəhbərimiz Elçin Cəfərovla tanış olduq. İlk dərs günümüzdə o, bizə "Teatr nədir?" sualını verdi və hərəmizdən bir vərəqə bu suala bir neçə cümlə ilə cavab yazmağımızı istədi. Açığı, o gün tərəddüd içində qalmışdım ki, nə yazım. Nə yazım ki, ilk gündən müəllimin gözündə ağıllı tələbə kimi görünə bilim? (Gülür).
Çünki teatr haqqında o qədər də dərin düşünməmişdim. Hətta teatrşünaslıq ixtisasında oxumaq fikrim də yox idi. Hazırda da teatrşünas kimi fəaliyyət göstərmirəm. Amma indi düşünürəm ki, nə yaxşı məhz o sahədə təhsil almışam. Çünki mən öz ixtisasına görə universitetə ayağını sürüyə-sürüyə gedənlərdən olmamışam. Həftələrimiz daha çox maraqlı tamaşalar izləmək və onları müzakirə etməklə keçib. Təbii ki, bu sevgidə dəyərli müəllimlərimizin də böyük payı var. Onların sayəsində günbəgün teatra daha da bağlandıq. Bu bağ isə o qədər güclüdür ki, hansı sahədə fəaliyyət göstərməyimdən asılı olmayaraq teatrı hər zaman sevəcəyəm.
Bu gün sevimli teatrımızın 153 yaşı tamam olur. 5 il öncə müəllimimin "Teatr nədir?" sualına yazdığım cavabı, düzünü desəm, xatırlamıram. Amma bu gün deyə bilərəm ki, teatr gözəllikdir, eşqdir və cəmiyyətimiz üçün olduqca vacib bir məkandır.
Ona görə də yaşa, inkişaf et və daha da böyü əziz teatrım.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 963 Tarix: 10 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan kartof ixracından 15 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-may aylarında Azərbaycan 38 min 418 ton kartof ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 14 milyon 603 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 18 min 361 ton (32,3 , dəyər baxımında
04.07.2026 150 Azərbaycanda bir qrup şəxsə YENİ MƏNZİLLƏR VERİLƏCƏK
Azərbaycanın daha bir rayonunda əlilliyi müəyyən edilmiş bir qrup şəxsə və şəhid ailələrinə yeni mənzillər veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıq işlərinə başlayıb. Həyata keçirilən tədbirlərin davam
00:13 91 Sosioloq: Uşaq və yeniyetmələrlə bağlı sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə məqsədəuyğundur
Azərbaycanda uşaqların və yeniyetmələrin sosial şəbəkəyə çıxışlarına məhdudiyyətlər qoyulması məqsədəuyğun addımdır. Bunu "Report"a açıqlamasında sosioloq Nail Cəlil deyib. Onun sözlərinə görə, rəqəmsal mühit, sosial şəbəkə günün reallığıdır:. "Dünyanın bir çox ölkələrində məhz sosia
04.07.2026 161 Sığorta ödənişlərinin verilməsi qaydasında dəyişiklik edilir
Sığorta ödənişləri sığorta olunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasının gündəliyind
04.07.2026 148 Azərbaycanda ən çox BU XƏSTƏLİK CAN ALIR
Azərbaycanda əhali arasında qeydə alınan ölüm hallarının əsas səbəbləri məlum olub. Dövlət Statistika Komitəsinin, Səhiyyə Nazirliyi və TƏBİB-in rəsmi hesabatlarına istinadən aparılan təhlillər göstərir ki, ölkədə ölüm göstəricilərində müsbət dinamika - azalma meyli müşahidə olunsa da, bəzi xəstəliklə
00:15 114 Atasının maşında unutduğu uşaq istidən ölüb
ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub. Bu barədə "New York Post" (NYP) nəşri yerli polisə və məktəbəqədər müəssisənin əməkdaşlarına istinadən məlumat verib. "Oğlanın atası on
04.07.2026 120 İlqar Altay "Arzum"un səs yazısını yaydı - VİDEO
Kriminalistika üzrə ekspert İlqar Altay "TikTok" fenomeni "Arzum99"un avtomobil qəzasından sonrakı səs yazısını yayıb. Səs yazısında "Arzum" 103 xidmətinə zəng vurduğunu deyir və canlı yayımı izləyənlərdən də xahiş edir ki, Təcili Tibbi Yardıma müraciət etsinlər. İlqar Alta
04.07.2026 577 Tramp: "Xameneinin vida mərasimi ilə əlaqədar İranla danışıqlara bir həftə fasilə verdik"
ABŞ Prezidenti Donald Tramp Əli Xameneinin vida mərasimi ilə əlaqədar İranla aparılan danışıqlarda bir həftə fasilə elan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Onlar razılığa gəlmək üçün can atırlar. Çarəsiz şəkildə razılaşmaq istəyirlər. Vida mərasimi səbəbindən onlara bir həftə vax
04.07.2026 131 Pensiya, müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR
2026-cı ilin yanvar-may ayları ərzində 81 053 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, onlardan 18 932-si pensiya
00:17 100