Ekspert təklifi: Məktəblərdə "akademik dəstək mərkəzləri" yaradılmalıdır
"Mart ayında keçirilən 11-ci sinif buraxılış imtahanları hər il həm valideynlər, həm də təhsil işçiləri arasında böyük müzakirələrə səbəb olan, təhsil sisteminin ən həssas nöqtələrindən biridir. İlk baxışda bu imtahanlar şagirdlərin yükünü azaltmış kimi görünə bilər, lakin əslində tədris prosesinin bütövlüyünə ciddi zərbə vurur".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki,Mart ayında imtahanı başa vuran 11-ci sinif şagirdləri üçün məktəb dövrü psixoloji olaraq bitmiş hesab olunur. Nəticədə aprel, may və iyun ayları "itirilmiş zaman" kəsiyinə çevrilir. Şagirdlərin əksəriyyəti artıq məktəb dərslərinə motivasiyasını itirərək bütün diqqətini ali məktəbə qəbulun ikinci mərhələsi olan blok imtahanlarına yönəldir. Bu isə məktəblərdə davamiyyətin kəskin azalmasına və tədris proqramının qalan hissəsinin sadəcə formal xarakter daşımasına səbəb olur:
"Təhsil rəsmiləri erkən imtahan modelini minlərlə şagirdin yazı işlərinin yoxlanılması və nəticələrin emalı üçün vaxt qazanmaqla əsaslandırsa da, reallıqda bu yanaşma 11 illik təhsil proqramını de-fakto 10 il yarıma endirir, məktəbin tərbiyəvi rolunu zəiflədir və repetitor institutlarının təsirini artırır.
Ən ciddi problem isə buraxılış imtahanından sonra 11-ci siniflərin dərsə gəlməməsi və yaranan intizamsızlıqdır. Şagird artıq qiymət qorxusu yaşamır, attestat balları böyük ölçüdə formalaşmış sayılır və məktəb rəhbərliyinin əlində onu sinifdə saxlamaq üçün heç bir rəsmi vasitə qalmır. Bu "cəzasızlıq" mühiti illərlə qurulan məktəb ierarxiyasını sarsıdır; müəllim sinfə daxil olduqda qarşısında boşluq görür, şagird isə məktəbi sadəcə "arayış mənbəyi" kimi qəbul edir. Bu isə pedaqoji kollektivin nüfuzuna ağır zərbədir.
Təklif edirəm ki, bu boşluğu aradan qaldırmaq və intizamı bərpa etmək üçün ən səmərəli yol həmin üç aylıq müddəti məktəb daxilində universitetə hazırlıq - yəni blok imtahanlarına hazırlıq - üzrə xüsusi bir proqram və ya layihəyə çevirməkdir. Məktəblərdə ixtisas qrupları üzrə yaradılacaq "akademik dəstək mərkəzləri" vasitəsilə şagirdlər intensiv test tapşırıqları və sınaq imtahanları ilə məşğul ola bilərlər.
Bu cür proqram həm də sosial ədaləti təmin edər: repetitora gedə bilməyən istedadlı şagirdlər məktəbdə peşəkar müəllimlərin nəzarəti altında hazırlıqlarını tamamlaya bilərlər. Belə bir yanaşma məktəbi sadəcə bina deyil, universitet qapısına aparan strateji bir mərkəzə çevirər. Məktəb rəhbərliyi bu üç ayı şagirdin taleyi üçün "qızıl dövr" kimi qiymətləndirərək dərsləri praktiki hazırlıq üzərində qursa, həm davamiyyət problemi həll olunmuş olar, həm də qazanılan uğur birbaşa doğma məktəbin adı ilə bağlanar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 860 Tarix: 10 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
00:35 241 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 232 Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
03.10.2026 158 İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
14:40 125 Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu
Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a
03.10.2026 211 Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
13:50 124 "Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
14:50 116 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
15:20 108 ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
16:50 0