Türkiyə-İran gərginliyi: Raket hücumu və mümkün nəticələr - POLİTOLOQDAN AÇIQLAMA

Türkiyə-İran gərginliyi: Raket hücumu və mümkün nəticələr - POLİTOLOQDAN AÇIQLAMADünən İranın Türkiyəyə atdığı raket yenidən bölgədə gərginliyi artırdı. Bu xəbər həm qorxulu, həm də düşündürücüdür - çünki təhlükə indi artıq qonşuluğumuzda hiss olunur. Hadisənin regional təsirləri yalnız diplomatik sərhədlərlə məhdudlaşmır, həm də Türkiyənin ABŞ‑İran münaqişəsinə necə reaksiya verə biləcəyi sualını gündəmə gətirir. Ortada aydın bir cavab yoxdur: Türkiyə birbaşa müharibəyə qoşulacaq, yoxsa diplomatik yollarla vəziyyəti idarə edəcək?
Türkiyə-İran gərginliyi: Raket hücumu və mümkün nəticələr - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Asif Nərimanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, İrandan Türkiyədə daxil olmaqla qonşu ölkələrə atılan raketlər, edilən hücumlar əslində müharibədə bir növ strateji çəkindirmə taktikasının işə salınmasıdır. Yəni Amerika və İsrail ilə müharibə aparan İran qonşu ölkələri hədəf almaqla belə bir rəy yaradırki, əgər qonşu ölkələr müharibənin dayandırılması üçün Amerika və İsrailə təzyiq göstərməsələr, müharibədən onlarda əziyyət çəkəcəklər. İran bir növ bütövlükdə regionu müharibəyə cəlb etməklə Amerika və İsrailə qarşı əks cəbhə formalaşdırmağa çalışır. Ən azından narazılıq formalaşdırmağa çalışır ki, bunada bir növ strateji çəkindirmə taktikası deyə bilərik. Düşünürəm ki, bu plan Xamneyinin sağ olduğu vaxt hazırlanıb. İran mediasında yayılan məlumatlar, verilən açıqlamalarada baxdıqda bu ehtimal güclənir. Xamneyinin dövründə belə bir plan hazırlanıb ki, əgər İrana hücum olacaqsa və ya Xamneyi öldürüləcəksə, İran qonşu ölkələrə ayrıseçkilik qoymadan Türkiyə, Azərbaycan, Körfəz ölkələrinə hücum etməli, onları bu müharibəyə cəlb etməli və bir növ xaos genişləndirilməlidir. Burada təbiiki məqsəd regionda Amerikaya qarşı narazılığın formalaşdırılması və bir növ İrana hücumların dayandırılması üçün ictimai rəyin formalaşdırılmasıdır. Düşünürəm ki, Türkiyəyə edilən hücumlarda buna hesablanıb. Təbiiki bu prosesdə əks effektdə yarana bilər. Onun sözlərinə görə, ilk gündən Körfəz ölkələridə daxil olmaqla İranın region ölkələrinə hücumu bu fikri formalaşdırdı ki, region ölkələridə müharibəyə qoşula bilərmi? İran hakimiyyətində belə bir fikir formalaşıb ki, onsuzda ciddi hücuma məruz qalırlar və müharibədən sağ çıxıb çıxmayacaqları məlum deyil: "Buda təbiiki qonşu ölkələrin müharibəyə qoşulması riskini yaradır. Mənim fikrimcə, indiki vaxtda Türkiyənin müharibəyə qoşulması, Türkiyənin strateji maraqlarına uyğun deyil. Ona görədə Türkiyə daha çox məsələnin diplomatik həll yolları ilə yoluna qoyulmasında maraqlıdır.

Sonuncu dəfə atılan raketdən sonra məsələyə dərhal reaksiyanın verilməsi, Pezeşkian ilə Ərdoğan arasında danışıqların aparılması, o cümlədən Türkiyənin hazırlıq vəziyyətinə gətirilməsidə onu göstərir ki, Türkiyə öz təhlükəsizliyini qorumaq üçün daha çox addımlar atacaq, nəyinki müharibəyə qoşulmaq istiqamətində. Türkiyə böyük ehtimalla bu müharibəyə qoşulmaq istəmir və qoşulmayacaq. Türkiyə o zaman müharibəyə qoşularki, İranda hakimiyyət tamamilə devrilər və xaos yaranar. Yəni eyni ilə Suriyada olduğu kimi eyni ssenari İranda təkrarlanarsa, Türkiyə müharibəyə qoşula bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 951   Tarix: 10 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

00:35 241
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 232
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 158
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 125
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 211
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

13:50 124
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

14:50 116
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

15:20 108
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

16:50 0
.