Əmlak leqallaşdırılması - tək şəxsdən cinayətkar birliklərə qədər cəza sistemləri
"Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq dedikdə, cinayətkar tərəfindən əldə edilmiş əmlakın həqiqi mənbəyini bilə-bilə gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınmasına kömək etmək məqsədilə onun konversiyası, köçürülməsi və ya istifadə olunması nəzərdə tutulur".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, cinayət yolu ilə əldə edildiyi bilinə bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin və ona sərəncam verilməsinin, yerdəyişməsinin, hüquqlarının və ya kimə məxsus olduğunun ört-basdır edilməsi və gizlədilməsi də bu cinayətin tərkibini yaradır:
"Cinayət Məcəlləsinin 193-1-ci maddəsinə əsasən, bu əməli törədən şəxslər aşağıdakı qaydada cəzalandırılır:
Əgər əməldə iştirak edən şəxs təkdirsə, cinayətin predmetinin dəyərinin 50%-dən 70%-inədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.
Əgər əməl qabaqcadan əlbir olan qrup şəxs tərəfindən, təkrar törədildikdə və ya şəxsin qulluq mövqeyindən istifadə etməklə həyata keçirilibsə, cəza üç ilədək müddətə vəzifə məhrumiyyəti ilə və ya olmadan, beş ildən səkkiz ilədək azadlıqdan məhrumetmədir.
Əməl mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, xüsusilə xeyli miqdarda (50 min manatdan çox) əmlakla bağlıdırsa, cəza üç ilədək vəzifə məhrumiyyəti ilə və ya olmadan, yeddi ildən on iki ilədək azadlıqdan məhrumetmədir.
Bu maddə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının ciddi qanuni məsuliyyət daşıdığını göstərir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 865 Tarix: 10 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
00:35 241 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 232 Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
03.10.2026 158 İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
14:40 125 Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu
Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a
03.10.2026 211 Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
13:50 124 "Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
14:50 116 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
15:20 108 ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
16:50 0