Xaricdə bir, bizdə isə üç gün - Vitrində saxlanılan vaxtı keçmiş çörəklərin AQİBƏTİ
Çörək gündəlik qida rasionunda ən çox istifadə olunan məhsuldur. Ona görə də çörəyin keyfiyyətinin qorunması üçün onun düzgün saxlanması və qoyulmuş müddət ərzində satılması vacibdir.
Dünya təcrübəsində çörək məmulatlarının vitrində saxlanılması əksər ölkələrdə 24 saatdır. Təkcə Rusiya yaxın günlərdə bu müddəti 12 saata endirib. Qoyulmuş müddət ərzində satılmadıqda zavoda geri, təkrar emala göndərilir.
Burada hələ keyfiyyəti itməmiş çörəkdən suxarılar hazırlanır, nisbətən tərkibi dəyişmiş olanlar isə yemlik olaraq ayrılır.
Azərbaycanda çörəyin rəf ömrü 72 saat nəzərdə tutulub. Açıq, paketsiz halda isə bir gündən artıq saxlanılması qadağandır. Çünki hava ilə, eləcə də müştərilərin əllərindən mikrob çirklənməsi ola bilər.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qəbul edilmiş "Çörək məhsullarına dair sanitariya norma və qaydaları"na görə, çörəyin saxlama müddəti laborator testlə təyin edilməlidir. Bəzi növ (qatqılı, kəpəkli, çovdar və s.) çörəklərin saxlanma müddəti buna görə təyin olunur. Üzərindəki etiketində istehsal və son istifadə tarixi mütləq göstərilməlidir.
Ev şəraitində isə çörəyi otaq temperaturunda 20-25°-də 2-3 gün saxlamaq olar. Soyuduca çörəyin ömrü uzansa da dadı qaçar, ona görə də mütəxəssislər çörəyi soyuducuda saxlamağı məsləhət görmürlər.
Bəs bayat və ya xarab çörək yemək dərəcədə təhlükəlidir?
Dietoloq Elnarə Fərəcova Bizim.Media-ya bildırdi ki, bu, çörəyin nə dərəcədə bayat və xarab olub-olmamasından asılıdır.
"Sadəcə bayat çörəkdirsə, yəni çörək quruyub və bərkiyibsə, sağlamlıq üçün ciddi problem yaratmır. Amma həzm etmək bir az çətin ola bilər. Əgər çörəyin üzərində kif (yaşıl, ağ təbəqə) varsa, qəti yemək olmaz. Kifli çörək ürəkbulanma, qarın ağrısı, qusma, allergik reaksiyalar yarada bilər. Uzun müddət qalmış çörəkdə bakteriya inkişaf edə, mədə-bağırsaq xəstəliyi yarada bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 635 Tarix: 10 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenskinin açıqlaması regionda yeni müzakirələr yaratdı - POLİTOLOQDAN AÇIQLAMA
Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı yayılan məlumata görə, o, 9 May - Rusiyada keçirilən Qələbə Günü paradı ərəfəsində açıqlama verərək bu tarixlə bağlı mümkün təhlükəsizlik risklərinə işarə edib. Bildirilən iddialar Rusiya ərazisində keçirilən hərbi tədbirlər fonunda diqqət çəkib və müxtəli
11:31 170 Hörmüz boğazında Fransa gəmisinə hücum edilib, bir neçə heyət üzvü yaralanıb
Şirkət bildirib ki, çərşənbə axşamı baş verən hücum nəticəsində yaralanan heyət üzvləri təxliyə edilib və onlara tibbi yardım göstərilir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Fransanın CMA CGM gəmiçilik qrupu çərşənbə günü bildirib ki, gəmilərindən biri olan San Antonio Hörmüz boğazında
15:21 165 İnsan kəllə sümüyünün forması sürətlə dəyişir
Köhnə ailə albomlarına baxarkən və ya tarix kitablarındakı qara-ağ portretləri incələyərkən keçmiş dövrlərdə insanların üz cizgilərində izahı çətin fərqlilik hiss olunur. Bu fərq adətən dövrün geyim tərzinə, foto texnikasına və ya ciddi ifadələrə bağlanır. Qaynarinfo xəbər verir ki, Tokio Universitet
05.05.2026 340 Qlobal aviasiyada böhran dərinləşir: uçuşlar azalır, biletlər bahalaşır
"Financial Times" yazır ki, İranda baş verən münaqişə fonunda artan yanacaq qiymətləri qlobal aviasiya sektoruna ciddi təsir göstərib. Məlumata görə, təyyarə yanacağının qiymətində ikiqat artım qeydə alınıb ki, bu da birbaşa olaraq aviabiletlərin bahalaşmasına səbəb olub. Nəticədə həm sərnişi
12:57 178 Yaponlar hər gün düyü yeyir, amma kökəlmir - Mütəxəssislər səbəbini açıqlayır
Yaponiyada düyü demək olar ki, hər yeməyin əsas hissəsidir, lakin bu ölkədə piylənmə səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir. Qaynarinfo xəbər verir ki, bu barədə g4food.ro nəşri yazıb. Mütəxəssislərin fikrincə, bunun səbəbi təkcə düyünün özü deyil, yemək mədəniyyəti, porsiya ölçüləri və gündəli
05.05.2026 456 ABŞ və Avropa arasında iqtisadi qarşıdurma dərinləşir - POLİTOLOQDAN AÇIQLAMA
Son məlumatlara görə, ABŞ ilə Avropa İttifaqı arasında ticarət gərginliyi yenidən artma mərhələsinə keçib. Tərəflər arasında tarif siyasəti, sənaye məhsullarına tətbiq olunan rüsumlar və qarşılıqlı iqtisadi məhdudiyyətlər ətrafında fikir ayrılıqları dərinləşir. Məsələ ilə bağlı yayılan xəbərlərdə bildirili
14:24 165 Bakıda məhkum kamera yoldaşını qətlə yetirib
Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb. İş materiallarınd
14:37 254 Dilənçiliklə məşğul olanlar cərimələnəcək
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddədə əksini tapıb. Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxu
17:44 94 Çindən çağırış: ABŞ və İran təcili atəşkəsə getməlidir
ABŞ və İran mümkün qədər tez bir zamanda hərtərəfli atəşkəs sazişi imzalamalı, eyni zamanda Tehranın nüvə enerjisini inkişaf etdirmək hüququ qorunmalıdır. xəbər verir ki, CNN-in məlumatına görə, Çinin xarici işlər naziri Vanq Yi bunu iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi danışıqlar zamanı bildirib
13:01 163