"Kontakt Home" vətəndaşa 3300 manat ziyan vurdu - Xarab noutbuk, işləməyən servis… - VİDEO

"Kontakt Home" vətəndaşa 3300 manat ziyan vurdu - Xarab noutbuk, işləməyən servis… - VİDEO"Kontakt Home" mağazalar şəbəkəsindən 3300 manat dəyərində alınan noutbuk iki gündən sonra xarab olub, mağaza isə geri qaytarmaqdan imtina edir.
NOCOMMENT.az xəbər verir ki, bu şikayətlə Qəbələ sakini İbrahim Əhmədov Bakupost.az -a müraciət edib.
İ.Əhmədov deyir ki, yanvarın 12-də valideyni öz adına Qəbələ filialından "Lenovo Legion" 5 modelini sifariş edib. Sifariş yanvarın 18-də Bakıya çatdırılıb və həmin gün quraşdırılıb.
Onun sözlərinə görə, noutbukdan istifadə etdiyi ikinci gün problem yaranıb:
"Noutbuk 18-də gəldi, düzgün quraşdırıldı və 19-da istifadəyə başladım. Lakin 20-si axşam "YouTube" izləyərkən ekran qəfil qaraldı və boz xətlər görünməyə başladı. Bu noutbuk zəif deyil, 3300 manatlıq yüksək parametrlərə malikdir, belə olmamalı idi… Məhsulun artıq 2-ci gündən nasaz olduğunu "Kontakt Home"un rəsmi vatsap səhifəsinə yazıb bildirdim və geri qaytarılmasını tələb etdim. Dedilər ki, məhsulu servisə təqdim etməliyəm. Bildirdim ki, prosedur gərəyi verirsinizsə, problem deyil, amma mən bu noutbuku başdan istəmirəm".
İ.Əhmədov bildirir ki, servis müddəti 14 iş günü olmasına baxmayaraq, təxminən 20 gün çəkib. Servis rəsmi olaraq noutbukda problem olmadığını, sadəcə iOS-un yeniləndiyini bildirib:
"Özüm zəng etməsəydim, servis mənə ümumiyyətlə məlumat verməzdi. Noutbukda problem olmadığını bildirirlərsə, bəs niyə bu qədər vaxt almasıyla bağlı sualları cavablandırmadılar. Bunun səbəbi olaraq çox müraciət olduqlarını deyirlər. Belə çıxır ki, məhsullar keyfiyyətsizdir və servis çox sayda məhsulla məşğuldur. Mən 500-600 manatlıq noutbuk almamışam ki, belə şeyə göz yumum".
Daha sonra mağaza şikayətçiyə məhsulu yalnız maya dəyəri ödənildiyi halda geri qaytara biləcəklərini bildirib:
"Dedim ki, məhsulu yalnız 2 gün istifadə etmişəm, sizdə daha çox qalıb, bu halda niyə ödəniş etməliyəm? Mən axı heç istifadə edə bilməmişəm. Qanunvericiliyə əsasən, 14 gün müddətində mənim qaytarça hüququm var".
Şikayətçi məsələ ilə bağlı Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də müraciət etdiyini, lakin nəticə ala bilmədiyini deyir:
"Hazırda yenidən əlaqə saxlamağa çalışdım, lakin zəngimə cavab almadım.195 Çağrı Mərkəzinə dəmüraciət etmişdim, oradan bildirdilər ki, bu tip şikayətlər çox olduğuna görə növbəli şəkildə baxılır. Kontakt Home isə 2 gündə xarab olan kompüteri geri qaytarmaqdan imtina edir. Mənim məhkəməyə müraciət etmək imkanım olmadığı üçün onlar bundan sui-istifadə edirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1156   Tarix: 10 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

00:35 241
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 232
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 158
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 125
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 211
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

13:50 124
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

14:50 116
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

15:20 108
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

16:50 0
.