27 yaşında bitən ömür: Emi Uaynhausun dramatik taleyi
Dünya musiqisinin ən parlaq, lakin ən faciəli talelərindən biri britaniyalı müğənni Emi Uaynhausun həyatı ilə bağlıdır. Bir gecənin içində qlobal şöhrət qazanan sənətçinin son illəri qalmaqallar, asılılıq problemləri və səhnədə yaşanan çətinliklərlə yadda qalıb. Şəxsi həyatındakı böhranlar və sağlamlıq problemləri onun karyerasına ciddi təsir edib.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
2006-cı ildə çıxan "Back to Black" albomu Emi Uaynhausu dünya səviyyəli ulduza çevirdi və 2008-ci ildə o, bir gecədə beş "Qremmi" mükafatı qazanan ilk britaniyalı qadın ifaçı kimi tarixə düşdü. Lakin şöhrətin zirvəsində olduğu dövrdə belə onun şəxsi həyatı qalmaqallardan uzaq olmadı.
Müğənninin 2005-ci ildə tanış olduğu Bleyk Filder-Sivillə münasibəti tezliklə mediada geniş müzakirə olunan mövzuya çevrildi. Bu münasibət dövründə narkotik və alkoqol asılılığı daha da dərinləşdi və sənətçinin psixoloji vəziyyəti ağırlaşdı.
Sonrakı illərdə Emi bir neçə dəfə reabilitasiya mərkəzlərinə müraciət etsə də, sağlamlıq problemləri onun səhnə fəaliyyətinə də təsir göstərirdi. Konsertlərə gecikməsi, mahnı sözlərini unutması və yorğun görünməsi tez-tez mediada gündəmə gəlirdi.
2011-ci ilin iyununda Serbiyanın Belqrad şəhərində keçirilən konsert isə ən səs-küylü hadisələrdən biri kimi yadda qaldı. Emi səhnədə mahnıları düzgün oxumadı, orkestrdən geri qalaraq tamaşaçılarla əlaqə qura bilmədi.
Zalda narazılıq artdı, bəzi tamaşaçılar fit çaldı, bəziləri isə açıq şəkildə "pulumu qaytarın" deyə qışqırdı. Bu görüntülər sosial mediada sürətlə yayıldı və müğənninin vəziyyəti barədə ciddi müzakirələr başladı.
Hadisədən sonra onun turnesi dayandırıldı və müalicəyə fokuslanması tövsiyə edildi. Ailəsi və yaxın çevrəsi də müğənninin vəziyyətindən ciddi narahat idi.
Lakin uzun illər davam edən asılılıq onun sağlamlığını xeyli zəiflətdi. 2011-ci ilin 23 iyulunda Emi Uaynhaus Londondakı evində 27 yaşında ölü tapıldı.
Rəsmi məlumata görə, ölümün səbəbi alkoqol zəhərlənməsi olub və bu xəbər musiqi dünyasında böyük sarsıntı yaradıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ona reklam lazım idi, o məni yalandan istədi..." - Nigar Tofiq
Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin toyu təxirə düşüb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, Nigar Xan Qaraxanoğlu adlı gənclə nişanını qaytarıb. Məsələ ilə bağlı açıqlama verən müğənni qarşı tərəfin öz reklamı üçün ondan istifadə etdiyini bildirib:. "Ona saf və təmi
12.09.2026 615 9 illik evlilikləri bitir
Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb
13.09.2026 259 Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Müğənninin görüntüsü çox bəyənilib. Ona xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik:
13.09.2026 811 Acundan 100 milyon dollar təzminat istəyir
"Survivor Greece" yarışmasının iştirakçısı Stavros Floros çəkiliş zamanı keçirdiyi ağır qəzadan sonra Acun Ilıcalıya qarşı 100 milyon dollardan çox təzminat iddiası qaldırıb. Axşam.az xəbər verir ki, Floros 11 may 2026-cı ildə "Survivor Greece"in çəkilişləri zamanı yemək əldə etmə
05.09.2026 293 Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi - FOTO
Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılmışdı. Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliy
13.09.2026 508 Elnarə Xəlilova da iynə ilə arıqlayır
Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib
12.09.2026 645 Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO
Müğənni Vəfa Şərifovaya həyat yoldaşı tərəfindən bahalı hədiyyə təqdim olunub. xəbər verir ki, sənətçiyə hədiyyə edilən lüks saatın qiymətinin 12 min avro, yəni təxminən 24 min manat olduğu bildirilir. Dəyəri ilə diqqət çəkən saat sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub
05.09.2026 1266 Bu dəfə "Şaban"ı oğlu canlandıracaq
"Şabanoğlu Şaban" filminin davamı çəkilir. Axşam.az xəbər verir ki, ekran işinin baş rolu mərhum aktyor Kemal Sunalın oğlu Ali Sunala həvalə olunub. Qeyd edək ki, filmin ilk versiyası 1977-ci ildə lentə alınıb
12.09.2026 253 Freddi Merkurinin külünün yeri 35 ildir sirrdir
Məşhur "Queen" qrupunun mərhum solisti Freddi Merkurinin yaxın dostu Meri Ostin müğənninin külünün haraya səpdiyimi 35 ildir sirr saxlayır. Axşam.az xəbər verir ki, o, bu barədə "The Guardian"a müsahibəsində danışıb. Meri bildirib ki, bu, Merkurinin ölümündən əvvəl ona etdiyi şəxs
06.09.2026 303