Süni intellekt və düşüncə: narahatlıqlar nə qədər realdır?
"Süni intellektin insanın təfəkkürünü zəiflədəcəyi ilə bağlı narahatlıqlar müəyyən qədər başa düşüləndir. Doğrudan da, bəzi hallarda insanlar düşünmək əvəzinə hazır cavablara üstünlük verməyə başlayır. Burada əsas məsələ alətin özü yox, istifadə vərdişidir".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.
O, qeyd edib ki, gündəlik həyatda görürük ki, insanlar getdikcə daha çox hazır cavaba öyrəşir. Yəni axtarmaq, analiz etmək, müqayisə etmək əvəzinə birbaşa nəticəni götürürlər. Bu, uzun müddətdə düşünmə vərdişlərinə təsir göstərə bilər:
"Tarixə baxsaq görərik ki, hər yeni texnologiya çıxanda eyni müzakirələr olub. Kalkulyator istifadəyə verildikdə insanlar hesablamanı unudacaqlarını deyirdilər, internet yayılarkən isə yaddaşın zəifləyəcəyindən danışırdılar. Lakin nəticədə bu alətlər insan imkanlarını məhdudlaşdırmayıb, əksinə genişləndirib. Mən deyərdim ki, süni intellekt də eyni məntiqdədir.
Sadə müqayisə etsək, AI-ni kalkulyator kimi qəbul edə bilərik. Əgər insan hesablamanın məntiqini bilirsə, kalkulyator onun işini sürətləndirəcək. Əks halda, yalnız düyməyə basan istifadəçiyə çevriləcək.
Qadağa məsələsinə gəldikdə isə, texniki baxımdan belə texnologiyaların tam qadağan olunması nə realdır, nə də effektiv. Süni intellekt artıq qlobal texnologiyadır və müxtəlif platformalarda geniş yayılıb. Qadağa olsa belə, insanlar alternativ yollar tapacaq.
Əsas diqqət isə maarifləndirməyə yönəlməlidir. İnsanlara süni intellektdən necə düzgün istifadə etmək, hansı hallarda ona güvənmək, hansı hallarda isə öz düşüncələrini işə salmaq lazım olduğu öyrədilməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 673 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSosioloq: Uşaq və yeniyetmələrlə bağlı sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə məqsədəuyğundur
Azərbaycanda uşaqların və yeniyetmələrin sosial şəbəkəyə çıxışlarına məhdudiyyətlər qoyulması məqsədəuyğun addımdır. Bunu "Report"a açıqlamasında sosioloq Nail Cəlil deyib. Onun sözlərinə görə, rəqəmsal mühit, sosial şəbəkə günün reallığıdır:. "Dünyanın bir çox ölkələrində məhz sosia
04.07.2026 161 Tramp: "Xameneinin vida mərasimi ilə əlaqədar İranla danışıqlara bir həftə fasilə verdik"
ABŞ Prezidenti Donald Tramp Əli Xameneinin vida mərasimi ilə əlaqədar İranla aparılan danışıqlarda bir həftə fasilə elan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Onlar razılığa gəlmək üçün can atırlar. Çarəsiz şəkildə razılaşmaq istəyirlər. Vida mərasimi səbəbindən onlara bir həftə vax
04.07.2026 131 Bakıda 59 yaşlı sürücü sükan arxasında öldü
Bakıda 59 yaşlı kişi sükan arxasında ölüb. -ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini 1967-ci il təvəllüdlü Faiq Oruc oğlu Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobildə infarkt keçirərək həyatını itirib. Araşdırmalar aparılır
04.07.2026 191 Pensiyanı birdəfəlik almaq mümkün olacaq? - VACİB DETALLAR AÇIQLANDI
Dünyanın bir sıra ölkələrində vətəndaşların yığılmış pensiya kapitalını müəyyən şərtlər daxilində vaxtından əvvəl və ya təqaüdə çıxan kimi birdəfəlik əldə etməsi təcrübəsi geniş yayılıb. Xüsusilə sosial təminat sistemləri inkişaf etmiş dövlətlərdə fərqli təbəqələrdən olan insanların bu vəsaitlərdən vaxtında
00:09 102 Bazar gününə plan qurun - 34° isti olacaq
İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətl
04.07.2026 195 XƏBƏRDARLIQ! Hava YENİDƏN PİSLƏŞƏCƏK: Leysan və sel...
İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşə
04.07.2026 351 Rusiya Konstantinovkanı nəzarətə götürdüyünü bildirir, Ukrayna Baş Qərargahı təkzib edir
Rusiya tərəfinin Ukraynanın Donetsk vilayətindəki Konstantinovka şəhərinin "ələ keçirilməsi" barədə bəyanatı həqiqətə uyğun deyil, şəhər Müdafiə Qüvvələrinin nəzarəti altındadır. "Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna"ya Ukrayna Silahlı Qüvvələri Baş Qərargahını
04.07.2026 181 Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl
04.07.2026 244 Bakı və Daşkənd parlamentlərarası dialoqun genişləndirilməsini hədəfləyir
Azərbaycan və Özbəkistan parlamentləri parlamentlərarası qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində iş aparır, tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsini hədəfləyir. "Report" Özbəkistan Senatına istinadən xəbər verir ki, bu məsələ Ali Məclis Senatının sədri Tənzil
04.07.2026 178