Bu kərə yağı ilə bağlı şok İDDİA: Tapdalanıb qablaşdırılır? - VİDEO
Ötən gün sosial şəbəkələrdə kərə yağı ilə bağlı narahatedici görüntülər yayılıb. İddialara görə, gigiyenik qaydalara zidd şəkildə qablaşdırılan bu məhsul Ukrayna istehsalı olan və Azərbaycanda da satışda olan "Tulçinka" markalı kərə yağıdır.
Milli.Az xəbər verir ki, görüntülərdə iki nəfərin böyük həcmdə yerə tökülmüş yağı ayaqları ilə tapdaladığı, daha sonra isə onu kürəklə yerdən yığaraq qablaşdırmağa çalışdığı əks olunur.
Kadrlarda hadisənin hansı müəssisədə və hansı ölkədə çəkildiyi dəqiq müəyyən edilməyib. Lakin məhsulun Azərbaycanda da geniş istifadə olunması bu görüntülərin istehlakçılar arasında ciddi narahatlıq doğurmasına səbəb olub. İctimaiyyətdə belə bir sual yaranıb: görəsən, yayılan videodakı məhsul həqiqətən də marketlərdən aldığımız yağdırmı?
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, müasir istehsal və qablaşdırma texnologiyalarını nəzərə alsaq, sözügedən video həqiqəti əks etdirmir və saxta xarakter daşıyır:
"Bu cür görüntülər bəzən istehsalçılar arasındakı rəqabətdən qaynaqlana bilər. Bazara çıxarılan hər hansı yağın bu formada istehsalı mümkün deyil. Belə bir halın hansısa ölkədə baş verməsi real görünmür".
E. Hüseynov qeyd edib ki, "Tulçinka" markalı yağlarla bağlı əsas problem məhsulun etiketində "bitki yağı qarışığı" ifadəsinin yer alması, lakin konkret olaraq hansı bitki yağından istifadə olunduğunun göstərilməməsidir. Onun sözlərinə görə, istehlakçılar bu məsələ ilə bağlı tez-tez müraciət edir:
"Biz iki il əvvəl bu barədə AQTA-ya rəsmi müraciət etmişik ki, etiketdə bitki yağının mənşəyi açıq şəkildə göstərilsin. Təəssüf ki, məsələ hələ də həllini tapmayıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 148 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əli Əhmədov uşaqpulunun verilməsini istəyir? - Müxalifətdən dəstək gəldi
Milli Məclis sədrinin birinci müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov martın 13-də parlamentdə hökumətin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı bildirib ki, son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur. O xatırladıb ki, 2015-c
20:30 132 Liderlər hədəfdə: Yaxın Şərqdə pərdəarxası oyunlar
"İsrailin Baş naziri Benyamin Netanyahunun öldüyünə dair müxtəlif iddialar yayılıb. Maraqlıdır ki, oxşar məlumatlar İranın ali liderliyinə namizəd kimi göstərilən Müctəba Xamenei ilə bağlı da səsləndirilir. Netanyahunun bir müddət əvvəl canlı yayıma çıxması bu iddialara son qoyacağı gözləntilərin
11:54 247 Novruzda Sağlam Qidalanma: Bayram Süfrəsində Düzgün Seçimlər - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novruz bayramı süfrələri bolluğu və rəngarəngliyi ilə seçilir. Şirniyyatlar, yağlı yeməklər, müxtəlif xörəklər və ənənəvi təamlarla zəngin olan bu günlərdə düzgün qidalanma qaydalarına əməl etmək isə bir çox hallarda diqqətdən kənarda qalır. Halbuki, bayram sevincini sağlam şəkildə yaşamaq üçün qid
14:57 219 İsrail bildirib ki, İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi Əli Laricani gecə hücumunda öldürülüb
İsrailin müdafiə naziri çərşənbə axşamı bildirib ki, İsrail ordusu gecə hücumu zamanı İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi Əli Laricanini öldürüb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, İsrail ordusu həmçinin İnqilab Keşikçilərinin könüllülərdən ibarət Bəsic qüvvələrinin rəhbəri genera
16:41 250 Qlobal bazarda gərginlik: yanacaq qiymətləri yüksəlişdə
İranın Hörmüz boğazını blokada etməsi Yaxın Şərqdən neft tədarükündə ciddi fasilələrə səbəb ola bilər. Bu vəziyyət isə xam neftdən daha çox reaktiv və dizel yanacağının bazarına mənfi təsir göstərə bilər. xəbər verir ki, bu barədə Bloomberg nəşri Amerika investisiya bankı Goldman Sachs analitiklərin
11:20 206 Polis rəisi maşınında ölü tapıldı
Təhlükəsizlik Baş İdarəsinin Terrorla Mübarizə İdarəsində çalışan polis rəisi Birson Ergene Ankarada boş bir sahədə ölü tapılıb. -ın Türkiyə mediasına istinadən məlumatına görə, o, intihar etməzdən əvvəl məktub yazıb. 34 yaşlı polis rəisi Ankarada boş bir sahədə avtomobilinin içərisində ölü tapılıb
19:15 225 Bu səhər yeməyi qocalmanı ləngidirmiş
Alimlər müəyyən ediblər ki, "ingilis səhər yeməyi" kimi tanınan qida kombinasiyası orqanizmdə qocalma proseslərini ləngidə bilər. xəbər verir ki, "Focus" nəşrində dərc olunan araşdırmaya görə, bu səhər yeməyi balıq, yumurta və qəhvədən ibarətdir. Məqalədə qeyd olunur: "Səhər
22:45 1 ¼ mərhələnin son iştirakçısı o oldu - VİDEO
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda son ¼ finalçı da məlum olub. xəbər verir ki, 1/8 mərhələnin son görüşündə Valeh Musayev və Elxan Lətifov üz-üzə gəliblər. Cavab görüşünə çıxan söz üstadları maraqlı meyxana ilə izləyiciləri televiziya qarşısına toplaya biliblər. Belə ki, səfərdə də rəqib
11:49 206 102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı
Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda 102 yaşlı bir qadın iştirak edib. xarici mediaya istinadən xəbər verir ki, təqaüdçü qadının seçki məntəqəsinə gəldiyi bildirilir. Ən yaşlı seçicilərdən biri olan qadın hərarətlə qarşılanıb. Məlumata görə, seçki məntəqəsinin işçiləri ona fəal vətənda
19:00 168