Azərbaycanda ən aşağı sürətli internet provayderlər...

Azərbaycanda ən aşağı sürətli internet provayderlər...İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda sabit genişzolaqlı internet bazarı üzrə 2026-cı ilin fevral ayına dair göstəriciləri açıqlayıb. "Ookla" şirkətinin metodologiyası və "Speedtest Intelligence" məlumatları əsasında hazırlanan təhlildə provayderlərin performansı bu dəfə dörd ayrı sürət kateqoriyası üzrə təqdim olunub.

Modern.az xəbər verir ki, yeni təsnifat modelinə əsasən, bazarda fəaliyyət göstərən internet xidmət təchizatçıları "çox yüksək", "yüksək", "orta" və "aşağı" sürət seqmentləri üzrə qruplaşdırılıb. Bu yanaşma istifadəçilərə provayderlərin real performans göstəricilərini daha aydın müqayisə etmək imkanı yaradır.

Hesabata görə, ən yüksək nəticə göstərən provayderlər 150 Mbps-dən yuxarı median sürət intervalında yer alıb. Bu kateqoriyada "Azeronline" və "Aztelekom" qərarlaşıb. 101-149 Mbps aralığını əhatə edən yüksək sürət kateqoriyasında isə "FiberNET" göstərilib.

Ən geniş provayder qrupu 50-100 Mbps intervalını əhatə edən orta sürət seqmentində cəmləşib. Bu kateqoriyada "ARTKOM", "AiləTV", "Alfanet", "Alnet", "AzFiberNet", "Aznet", "Bline", "Bulud Telecom", "Citynet+Sazz", "Connect CJSC", "GSP", "KATV 1", "Metronet", "Netpoint", "SHAKH Telecom", "Selnet" və "SparkTel" yer alıb.

1-49 Mbps intervalını əhatə edən aşağı sürət kateqoriyasında isə "Fiberon", "FlexNET", "Nest Fiber", "Smart Online", "Teleport" və "TransEuroCom" qeyd olunub.

İKTA-nın açıqladığı fevral göstəricilərinə əsasən, ölkə üzrə sabit genişzolaqlı internetin median yükləmə sürəti 91,38 Mbps, median göndərmə sürəti 93,12 Mbps, median gecikmə isə 4 ms təşkil edib. Bu nəticələr bazarda əsas sıxlığın orta sürət seqmentində formalaşdığını, lakin daha yüksək performans təqdim edən provayderlərin də fərqlənməyə başladığını göstərir.

Hesabatın əvvəlki aylardan əsas fərqi ondadır ki, provayderlər bu dəfə vahid siyahı formasında deyil, performans səviyyələrinə görə ayrıca qruplar halında təqdim edilib. Bu da həm istifadəçilər, həm də bazar iştirakçıları üçün internet xidmətlərinin keyfiyyətini daha strukturlaşdırılmış formada izləməyə şərait yaradır.

Qeyd edək ki, "Citynet+Sazz" üzrə göstərici İKTA tərəfindən hər iki provayderin median məlumatlarının ədədi ortası əsasında hesablanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 884   Tarix: 17 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Əliyevadan doğum günü ilə bağlı paylaşım

Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edərək doğum günü münasibətilə ünvanlanan təbriklərə görə təşəkkürünü bildirib. Axşam.az xəbər verir ki, paylaşımda deyilir:. "Əziz dostlar, təbriklərinizə görə minnətdaram. Allah hamını qorusun və xeyirxahlığa, nura, sevgiyə və özümüzə olan inamımı

04.07.2026 288
.

Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb

Türkiyənin Sivas və Tokat bölgələrində 6 sakin gənə yapışması nəticəsində ölüb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, Tokatın Artova rayonunun Poyrazalan kəndində heyvandarlıqla məşğul olan 60 yaşındakı A.K. yüksək qızdırmadan şikayət edərə

04.07.2026 147
.

Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü

Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl

04.07.2026 230
.

Çili sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Almaniya Geologiya Elmləri Tədqiqat Mərkəzinin (GFZ) məlumatına görə, cümə günü Çilinin mərkəzi sahilləri yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, GFZ-nin məlumatına görə, zəlzələnin ocağı 10 km (6,21 mil) dərinlikdə qeydə alınıb. Müəllif: İlkin Məmmədkərimo

04.07.2026 194
.

Zamiq və oğlu Fatih Terimlə bir arada - Fotolar

Müğənni Zamiq Hüseynov Türkiyənin Bodrum şəhərində tanınmış simalarla görüşüb. Axşam.az xəbər verir ki, ifaçı "Qalatasaray"ın futbolçuları Yunus Akgün və Uğurcan Çakır, eləcə də əfsanəvi türkiyəli məşqçi Fatih Terimlə bir araya gəlib. Sənətçi oğlu Zeyn və özünün görüşdən çəkilən fotoların

04.07.2026 282
.

20 yaşlı qız çimərlikdə boğuldu

Sumqayıt şəhərində dənizdə boğulan var. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gün saat 16 radələrində qeydə alınıb. Şəhər sakini 20 yaşlı Məryəm Kamil qızı İsmayılova Sahil küçəsində yerləşən çimərlikdə boğulub. M.İsmayılovanın meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğu tərəfində

04.07.2026 248
.

Qəzada ölən Amal 4 il əvvəl narkotikə görə tutulubmuş - Fotolar

Bloqer İlduzə Hacıyevanın (Arzum99) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovla bağlı yeni məlumatlar geniş müzakirə obyektinə çevrilib. "Qafqazinfo" xəbər verir ki, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova Amal Məlikovun əvvəllər xuliqanlıq və narkotik vasitələrin qanunsu

04.07.2026 396
.

16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış

Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, partlayış ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsind

04.07.2026 310
.

Bakı və Daşkənd parlamentlərarası dialoqun genişləndirilməsini hədəfləyir

Azərbaycan və Özbəkistan parlamentləri parlamentlərarası qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində iş aparır, tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsini hədəfləyir. "Report" Özbəkistan Senatına istinadən xəbər verir ki, bu məsələ Ali Məclis Senatının sədri Tənzil

04.07.2026 169
.

TOP MP3