Ramazandan sonra qidalanma: Bayramda mədəni necə qorumalı?

Ramazandan sonra qidalanma: Bayramda mədəni necə qorumalı?"Ramazan ayında qidalanma rejimi və porsiyalar dəyişdiyi üçün, bu dövrdən sonra normal qida rejiminə keçid tədricən olmalıdır. 30 gün ərzində fərqli saatlarda qidalanan həzm sistemi bayram günlərində qəfil yüklənməyə hazır olmur. Bu səbəbdən bayramın ilk günlərində ən vacib qayda mədəni "şoka salmamaqdır".

Səhər yuxudan duran kimi ağır, yağlı və qızartmalı yeməklərlə zəngin süfrəyə oturmaq həzm problemlərinə, köp və ağırlıq hissinə səbəb ola bilər. Bunun əvəzinə yüngül səhər yeməyi seçilməlidir. Az duzlu pendir, qaynadılmış yumurta, bol göyərti və tam taxıllı çörək həm toxluq hissi yaradır, həm də bağırsaqların fəaliyyətini yumşaq şəkildə aktivləşdirir".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, oruc müddətində mədənin həcmi müəyyən qədər kiçilir. Bayram günlərində böyük porsiyalarla qidalanmaq isə mədənin birdən-birə genişlənməsinə, ağrı və narahatlığa səbəb ola bilər. Bu baxımdan gündə 3 əsas və 2 ara pay şəklində qidalanmaq daha məqsədəuyğundur. Yeməkləri yaxşı çeynəmək həzmi asanlaşdırır və beyinə toxluq siqnalının vaxtında çatmasına kömək edir:

"Bayram ziyarətləri zamanı təklif olunan paxlava, şəkərbura və digər xəmir şirniyyatları qan şəkərini sürətlə yüksəldir. Bu isə insulinin kəskin artmasına və sonradan halsızlıq, yorğunluq hissinə səbəb olur. Şirniyyatları ac qarnına qəbul etməmək tövsiyə olunur. Mümkün olduqda ağır şirniyyatlar əvəzinə meyvə və ya süd əsaslı desertlərə üstünlük vermək daha faydalıdır.

Bir ay ərzində bədəndə yaranan su itkisini bərpa etmək üçün kifayət qədər su içmək vacibdir. Çay, qəhvə və qazlı içkilər suyun yerini tam əvəz etmir. Əksinə, tərkibindəki kafein bədəndən maye itkisini artıra bilər. Gündəlik ən azı 2 litr təmiz su qəbul etmək hüceyrələrin yenilənməsi və toksinlərin bədəndən xaric olunması üçün mühüm əhəmiyyət daşıyır. Yeməkdən təxminən 30 dəqiqə əvvəl su içmək həm də həddindən artıq qidalanmanın qarşısını almağa kömək edir.

Bayram günlərində hazırlanan yeməklərin saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir. Otaq temperaturunda uzun müddət qalan ətli və kremli qidalar mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Qida zəhərlənmələrinin qarşısını almaq üçün yeməklər bişirildikdən sonra vaxtında soyuducuya yerləşdirilməlidir.

Xüsusilə yaşlılar və xroniki xəstəliyi olan şəxslər bu keçid dövründə duzlu, yağlı və çox ədviyyatlı qidalardan uzaq durmalı, daha balanslı və yüngül qidalanmaya üstünlük verməlidirlər. Bu qaydalara əməl etməklə bayram günlərini həm sağlam, həm də rahat keçirmək mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 656   Tarix: 18 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Əliyevadan doğum günü ilə bağlı paylaşım

Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edərək doğum günü münasibətilə ünvanlanan təbriklərə görə təşəkkürünü bildirib. Axşam.az xəbər verir ki, paylaşımda deyilir:. "Əziz dostlar, təbriklərinizə görə minnətdaram. Allah hamını qorusun və xeyirxahlığa, nura, sevgiyə və özümüzə olan inamımı

04.07.2026 288
.

Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb

Türkiyənin Sivas və Tokat bölgələrində 6 sakin gənə yapışması nəticəsində ölüb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, Tokatın Artova rayonunun Poyrazalan kəndində heyvandarlıqla məşğul olan 60 yaşındakı A.K. yüksək qızdırmadan şikayət edərə

04.07.2026 147
.

Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü

Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl

04.07.2026 230
.

Çili sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Almaniya Geologiya Elmləri Tədqiqat Mərkəzinin (GFZ) məlumatına görə, cümə günü Çilinin mərkəzi sahilləri yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, GFZ-nin məlumatına görə, zəlzələnin ocağı 10 km (6,21 mil) dərinlikdə qeydə alınıb. Müəllif: İlkin Məmmədkərimo

04.07.2026 194
.

Zamiq və oğlu Fatih Terimlə bir arada - Fotolar

Müğənni Zamiq Hüseynov Türkiyənin Bodrum şəhərində tanınmış simalarla görüşüb. Axşam.az xəbər verir ki, ifaçı "Qalatasaray"ın futbolçuları Yunus Akgün və Uğurcan Çakır, eləcə də əfsanəvi türkiyəli məşqçi Fatih Terimlə bir araya gəlib. Sənətçi oğlu Zeyn və özünün görüşdən çəkilən fotoların

04.07.2026 282
.

20 yaşlı qız çimərlikdə boğuldu

Sumqayıt şəhərində dənizdə boğulan var. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gün saat 16 radələrində qeydə alınıb. Şəhər sakini 20 yaşlı Məryəm Kamil qızı İsmayılova Sahil küçəsində yerləşən çimərlikdə boğulub. M.İsmayılovanın meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğu tərəfində

04.07.2026 248
.

Qəzada ölən Amal 4 il əvvəl narkotikə görə tutulubmuş - Fotolar

Bloqer İlduzə Hacıyevanın (Arzum99) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovla bağlı yeni məlumatlar geniş müzakirə obyektinə çevrilib. "Qafqazinfo" xəbər verir ki, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova Amal Məlikovun əvvəllər xuliqanlıq və narkotik vasitələrin qanunsu

04.07.2026 396
.

16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış

Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, partlayış ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsind

04.07.2026 310
.

Bakı və Daşkənd parlamentlərarası dialoqun genişləndirilməsini hədəfləyir

Azərbaycan və Özbəkistan parlamentləri parlamentlərarası qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində iş aparır, tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsini hədəfləyir. "Report" Özbəkistan Senatına istinadən xəbər verir ki, bu məsələ Ali Məclis Senatının sədri Tənzil

04.07.2026 169
.

TOP MP3