Balıq bahalaşıb? - Bakıda bazar qiymətləri BELƏDİR

Balıq bahalaşıb? - Bakıda bazar qiymətləri BELƏDİRNovruz və digər bayram günləri Azərbaycan süfrələri yalnız qoyun və mal əti ilə bəzənmir. Xüsusilə cənub bölgələrində balıq ləvəngisi uzun illərdir ki, bayram süfrələrinin parlaq bəzəyinə çevrilib. Balığın dadı süfrəyə rəng qatmaqla yanaşı, sağlamlıq üçün də böyük əhəmiyyət daşıyır. Zülal, D vitamini, fosfor və kalsiumla zəngin olan balıq əti müasir alimlər tərəfindən insan orqanizminin əvəzolunmaz qida mənbəyi kimi qəbul edilir. Onların fikrincə, mütəmadi balıq istehlakı ürək-damar xəstəliklərinin, iflicin qarşısını alır, zəif əzələləri gücləndirir və orqanizmin ümumi tonusunu artırır.

Azərbaycanda balıqlar həm yerli istehsal, həm də xaricdən gətirilən məhsullar şəklində bazara çıxarılır. Maraqlıdır ki, yerli balıqların qiyməti xaricdən gətirilən balıqlardan daha yüksəkdir. Bunun səbəbləri sadədir: ölkədə balıqçılıq təsərrüfatları və təbii su hövzələri məhduddur. Xəzər dənizində və daxili su hövzələrində ov kvotaları ciddi şəkildə tənzimlənir, nəticədə bazara çıxarılan balıq miqdarı məhdud olur. Bu da qiymətləri artırır.

İdxal olunan balıqlar isə böyük həcmdə gəlib, soyuducu konteynerlərdə daşındığı üçün qiymət nisbətən aşağıdır. Yerli balıqçılar üçün isə balığın ovlanması, saxlanması və bazara çıxarılması həm əməyin, həm də xərclərin yüksək olması səbəbindən daha baha başa gəlir. İran farellərinin son dövrdə 1 -5 manat bahalaşması da bazarda qiymətlərin dəyişməsinə təsir göstərir.

Musavat.com xəbər verir ki, hazırda paytaxt Bakıda bazar qiymətləri belədir:

• Kütüm - 18 AZN
• Xəşəm - 15 AZN
• Böyük başlı xəşəm - 7-8 AZN
• Dəniz sazanı - 9-12 AZN
• Beluqa - 27-32 AZN
• İran foreli - 12-14 AZN
• Çapak - 1,5-3 AZN
• Çay balığı - 7 AZN
• Kefal - 4-8 AZN
• Qızılbalıq - 7 AZN
• Ağ amur (belamur) - 12-18 AZN
• Xəzər külməsi (voblo) - 5-6 AZN
• Norveç balığı - 30 AZN


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 820   Tarix: 21 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

03.10.2026 170
.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

03.10.2026 326
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 103
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 110
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 170
.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

03.10.2026 233
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 71
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 98
.