İslam dünyasından diplomatik təşəbbüs: ABŞ-İran-İsrail müharibəsi ilə bağlı MÜHÜM ADDIM

İslam dünyasından diplomatik təşəbbüs: ABŞ-İran-İsrail müharibəsi ilə bağlı MÜHÜM ADDIMTürkiyə, Misir və Pakistanın hazırda İran və ABŞ arasında vasitəçi kimi çıxış etməsi müzakirə mövzusudur. Beynəlxalq kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə, sözügedən ölkələr tərəfindən gərginliyin azaldılmasını təmin etmək məqsədilə tərəflərə mesajlar ötürülüb. Bəs bu nə dərəcədə realdır və bu üç ölkəni vasitəçiliyi müharibəyə son qoymaq üçün yetərlidirmi?

Mövzu ilə bağlı Oxu.Az-a danışan türkiyəli ehtiyatda olan general-mayor Yücel Karauz bildirib ki, belə münaqişə şəraitlərində vasitəçilik bir növ sığorta rolu oynayır:

"Bu cür xəbərlərin yayılması pərdə arxasında diplomatiyanın davam etdiyini göstərir. Əlbəttə, bu məsələdə ABŞ danışıqların getdiyini bildirir, İran isə bunu inkar edir. Bu baxımdan, əgər belə təmaslar baş tutursa, gizli şəkildə aparılır, lakin, ümumiyyətlə, belə danışıqların olmaması üçün də ciddi bir səbəb yoxdur".

"Bunun səbəbi isə ondan ibarətdir ki, Türkiyə, Pakistan və Misir həm İslam dünyası, həm də Yaxın Şərq üçün körpü rolunu oynayan, etimad mexanizmi formalaşdıran ölkələrdir. Bu üç ölkə eyni zamanda ABŞ ilə də hərbi və siyasi əlaqələrə malikdir və bu ölkə ilə ünsiyyət qura bilirlər. Buna görə də, əgər hər hansı bir vasitəçilik təşəbbüsü həyata keçiriləcəksə, ən uyğun ölkələr də məhz bunlardır", - deyə general vurğulayıb.

Onun sözlərinə görə, artıq ilk gündən etibarən arxa planda diplomatik fəaliyyətlərin davam etdiyi məlumdur:

"Bu müharibə uzunmüddətli və davamlı deyil. Bununla belə, Türkiyə, Misir və Pakistanın yüz faiz vasitəçilik apardığı və ya danışıqların başlamaq üzrə olduğu barədə hələlik konkret bir sübut yoxdur. Daha çox bu mövzu ABŞ mediasında işıqlandırılıb. Məsələyə bu prizmadan yanaşdıqda, müharibənin tezliklə başa çatması və sülhün bərqərar olması üçün müəyyən ümidlər yaranır. Dünyada vasitəçilik missiyasını üzərinə götürə biləcək ölkələrin mövcudluğu vacibdir və hər iki tərəflə dialoq qura bilən bu üç ölkənin seçilməsi sülh üçün ümidverici bir addım kimi qiymətləndirilə bilər".

Pakistan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan marşalı Aamir Məsud da Oxu.Az-a açıqlamasında sözügedən ölkələrin regionda sülhün bərqərar olmasına töhfə vermək istədiyini deyib:

"Çünki müharibə birbaşa onların qonşuluğunda gedir və bu vəziyyət iqtisadi baxımdan da regiondakı bütün ölkələr üçün ciddi itkilərə səbəb olur. Eyni zamanda, münaqişənin daha geniş ərazilərə yayılma riski də var. Buna görə də regiondakı, demək olar ki, bütün ölkələr sülhün əldə olunmasında maraqlıdır və bu istiqamətdə vasitəçilik etməyə çalışırlar. Türkiyə, Misir və Pakistan isə böyük, güclü və İslam dünyasında mühüm mövqeyə malik ölkələr kimi bu prosesdə xüsusilə müsbət rol oynaya bilərlər və həqiqətən də bu istiqamətdə müəyyən addımlar atırlar".

"Lakin buna baxmayaraq, əsas sual ondan ibarətdir ki, mümkün sülh razılaşmasının şərtləri necə olacaq və bu prosesdə İranın mövqeyi nədir? İranın ABŞ və ya İsraillə hər hansı bir sülh razılaşmasına nə dərəcədə hazır olduğu hələ də açıq sual olaraq qalır. Xüsusilə də əvvəllər Omanda davam edən sülh danışıqları hücumlar başladıqdan sonra dayanmışdı. Həmin hücumların səbəbi və nəticələri də mühüm əhəmiyyət kəsb edir. Çünki bu prosesdə çoxlu sayda günahsız insan, o cümlədən uşaqlar həyatını itirib. Bu baxımdan, hazırda vəziyyət böyük ölçüdə İranın qərarlarından asılıdır. Şübhəsiz ki, İran rəhbərliyi də müəyyən mərhələdən sonra sülhə nail olmaq və davam edən bu çətin vəziyyətdən çıxmaq istəyəcək", - deyə marşal vurğulayıb.

O, əsas məsələnin ABŞ və İsrail üçün hansı şərtlərin qəbul edilə bilən olacağı və onların bu prosesə necə reaksiya verəcəyinin olduğu qənaətindədir:

"Nəticə etibarilə, bu ölkələrin hamısı sülh razılaşmasının əldə olunmasında maraqlıdır. Əgər vasitəçilik səyləri uğurlu olarsa, bu, təkcə region üçün deyil, ayrı-ayrı ölkələr və ümumilikdə qlobal iqtisadiyyat üçün də müsbət nəticələr verəcək. Buna görə də ABŞ ilə İran arasında vasitəçilik edərək sülhün əldə olunması olduqca vacib və arzuolunandır".

Misirli siyasi analitik, beynəlxalq münasibətlər üzrə ekspert Məhəmməd Tharvat isə Oxu.Az-a açıqlamasında müharibənin ilk həftəsindən etibarən Misirin xarici işlər naziri Bədr Abdel-Ati ilə onun türkiyəli həmkarı Hakan Fidan arasında atəşkəsin əldə olunması və diplomatik həll yoluna qayıdış məqsədilə təmaslar davam etdiyini deyib:

"Pakistan, həmçinin mümkün görüşlərə ev sahibliyi etməyi təklif edib. Danışıqlar iki istiqamətdə aparılır, təhlükəsizlik təmasları və diplomatik kanallar vasitəsilə atəşkəs məsələsinin müzakirəsi. Donald Trampın iddia etdiyi kimi birbaşa danışıqlar mövcud deyil. Lakin İranın Hörmüz boğazını açması və ya müharibədən sonrakı təminatlarla bağlı şərtləri Misir və Türkiyə vasitəsilə qarşı tərəfə çatdırılır.

ABŞ İranın xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmməd Baqir Qalibafa İranla aparılan hazırkı danışıqlar mərhələsini əhatə edən beşgünlük müvəqqəti toxunulmazlıq verib. Təmaslar çərçivəsində Misirin xarici işlər naziri Bədr Abdel-Ati ABŞ prezidentinin ərəb və Afrika məsələləri üzrə baş müşaviri Massad Boulosla telefon danışığı baş tutub. Bu zəng Qahirə ilə Vaşinqton arasında regional məsələlər üzrə davam edən koordinasiyanın bir hissəsi olub. Xarici İşlər Nazirliyinin açıqlamasına görə, telefon danışığında regionda artan hərbi gərginlik müzakirə olunub. Abdel-Ati gərginliyin azaldılmasının və vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb və davam edən münaqişələrin qlobal iqtisadiyyata, xüsusilə dəniz nəqliyyatına, təchizat zəncirlərinə, eləcə də enerji və ərzaq qiymətlərinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1079   Tarix: 25 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.