İranın müxtəlif bölgələrində hava hücumları qeydə alınıb
Tehran da daxil olmaqla, İranın bir sıra iri şəhərlərinə kütləvi hava zərbələri endirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Ash-Sharq" telekanalı məlumat yayımlayıb.
Mənbənin məlumatına əsasən, hazırda paytaxt Tehranda, Məşhəddə, İsfahanda, cənubda yerləşən Şirazda və İran körfəzindəki ən böyük liman şəhərlərindən sayılan Bəndər Abbasda intensiv bombardmanlar həyata keçirilir.
"Fars" informasiya agentliyinin məlumatında isə qeyd edilir ki, gerçəkləşdirilən hava hücumlarının yaratdığı dağıntılar və ehtimal edilən insan itkiləri barədə indiyədək heç bir məlumat təqdim olunmasa da İsfahan şəhərində iki yaşayış massivinə edilən hava hücumu səbəbindən bir sıra binalar tamamilə uçub:
"Səhər saatlarından başlayan hava hücumu zamanı əlavə bir neçə tikiliyə də ağır zərər dəyib. Partlayışlar zamanı xəsarət alan bir qrup şəxs müalicə üçün yerli xəstəxanalara təxliyə edilib. Hazırda xilasedicilər dağılmış binaların ərazisində təmizləmə və axtarış işlərini həyata keçirirlər".
İsfahanla paralel olaraq, İranın Bəndər Abbas liman şəhərinin də hava zərbələrinə məruz qaldığı və orada yaşayış binasının uçduğu bildirilir. Lakin, bu ərazidəki ehtimal olunan insan itkisi haqqında indiyədək heç bir rəsmi informasiya verilməyib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 481 Tarix: 26 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qərbin Ukraynanı xilas edəcək gücü qalmayıb" - Amerikalı politoloqdan sərt iddia
Qərbin Ukraynanı uzunmüddətli perspektivdə dəstəkləmək üçün kifayət qədər siyasi, iqtisadi və hərbi resursları yoxdur. xəbər verir ki, bu fikri amerikalı politoloq Harland Nikson "İzvestiya" qəzetinə müsahibəsində səsləndirib. Politoloqun sözlərinə görə, NATO ölkələri Ukraynada döyüş meydanınd
10:25 184 Qəzada ölən Amal 4 il əvvəl narkotikə görə tutulubmuş - Fotolar
Bloqer İlduzə Hacıyevanın (Arzum99) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovla bağlı yeni məlumatlar geniş müzakirə obyektinə çevrilib. "Qafqazinfo" xəbər verir ki, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova Amal Məlikovun əvvəllər xuliqanlıq və narkotik vasitələrin qanunsu
12:29 304 İlham Əliyevdən Trampa məktub
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, təbrik mətnində deyilir:. "Əlamətdar tarix - Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dos
10:57 192 Yaponiyada güclü zəlzələ oldu
Yaponiyanın cənub-qərbindəki Kume və Miyako adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan olunmayıb
03.07.2026 325 Bu ölkədə "Maşa və Ayı" qadağan oluna bilər
Böyük Britaniyada bir qrup deputat məşhur "Maşa və Ayı" cizgi filminin nümayişinin qadağan olunmasını tələb edib. Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Bildirilib ki, deputatlar müraciətlərində cizgi filminin Rusiya təbliğatı elementi daşıdığını iddi
10:35 207 Bakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 16 yaşlı yeniyetmə isə həyatını itirib. APA-ya istinadən partlayışın baş vermə anının görüntülərini təqdim edirik
16:19 54 Zaur Kamal qəzaya düşdü - Foto
Aparıcı Zaur Kamal avtomobil qəzası keçirdib. Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. "Gəncəyə çataçatda oldu. Salamatçılıqdır" deyə, Zaur əlavə edib. Aparıcı daha sonra "Geländewagen" markalı maşınının əzilmiş fotosunu paylaşaraq "Bu da bel
14:26 231 Qızılın son qiyməti açıqlandı
Dünya birjalarında qızılın qiyməti yüksək səviyyələrdə qərarlaşmaqda davam edir. Qlobal bazarlardakı bu bahalaşma tendensiyası Azərbaycanın yerli zərgərlik bazarındakı qiymətlərə də öz təsirini göstərib. "Yeni Sabah" "COMEX"ə istinadən xəbər verir ki, hazırkı göstəricilərə əsasən
03.07.2026 279 Azərbaycanda bazar günü çimərliklərdə 25 dərəcəyədək isti olacaq
Abşeron çimərliklərində iyulun 5-də cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərind
15:30 102