Yeni bahalaşma dalğası gəlir? - Bu sahələrdə…

Yeni bahalaşma dalğası gəlir? - Bu sahələrdə…"Novruz və Ramazan bayramı dövründən sonra bazarda qiymət dəyişiklikləri adətən mövsümi tələb və təklif balansı ilə bağlı olur. Bayram günlərində bəzi məhsullara tələbat kəskin artdığı üçün həmin dövrdən sonra qiymətlərdə həm enmə, həm də müəyyən hallarda artım müşahidə edilə bilər".

Bunu "Yeni Sabah"a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.

Ekspert bayramdan sonra bazardakı qiymət fərqlərindən söz açıb:

"Ət və ət məhsulları bayramlarda çox istifadə olunduğuna görə bəzən bayramdan sonra təklif azalır və qiymətlər qısa müddətlik arta bilər. Xüsusilə mal və qoyun əti bazarında bu daha çox hiss olunur. Süd və süd məhsullarında da müəyyən bahalaşma ehtimalı var, çünki istehsal və logistika xərcləri bayram sonrası dövrdə arta bilər".

A.Nəsirlinin sözlərinə görə, meyvə-tərəvəz məhsullarında vəziyyət bir qədər fərqlidir:

"Mövsümdən asılı olaraq bəzi məhsullar ucuzlaşa bilər, amma idxaldan asılı olan və ya mövsümdənkənar məhsulların bahalaşması mümkündür. Şirniyyat və şəkər tərkibli məhsullar isə bayram öncəsi yüksək tələbatdan sonra bəzən qiymət sabitliyini qorusa da, xammal qiymətləri artarsa bahalaşa bilər".
Yeni bahalaşma dalğası gəlir? - Bu sahələrdə…Müsahibimiz onu da qeyd edib ki, nəqliyyat və logistika xərclərinin artması ümumi qiymətlərə təsir edən əsas amillərdəndir:

"Yanacaq qiymətlərində dəyişiklik olarsa, bu, demək olar ki, bütün məhsulların qiymətinə dolayı yolla təsir göstərir. Bundan əlavə, idxal olunan məhsullar üçün valyuta məzənnəsi də mühüm rol oynayır. Əgər dollar və ya digər xarici valyutalar bahalaşarsa, bu, xüsusilə texnika, geyim və bəzi ərzaq məhsullarında qiymət artımına səbəb ola bilər. Ümumilikdə, bayramdan sonra ən çox bahalaşma ehtimalı olan məhsullar əsasən ət, süd məhsulları, idxal malları və logistika ilə bağlı olan məhsul qrupları hesab olunur, amma konkret qiymət dəyişiklikləri bazardakı real vəziyyətdən asılıdır".

İqtisadçı Natiq Cəfərli isə deyib ki, keçən illəri nəzərə alsaq, bayramlardan sonra ən azından kənd təsərrüfatı məhsullarında müəyyən ucuzlaşma olur:
Yeni bahalaşma dalğası gəlir? - Bu sahələrdə…"Yəni, keçən illərdə də biz bunu görmüşük. Sadəcə indi dünyada vəziyyət elədir ki, həm enerji daşıyıcılarının qiymətinin artması, həm logistikanın və yol xərclərinin bahalaşması yeni problemlər yaradıb. Yəni inflyasiyanı sürətləndirə biləcək amillər formalaşıb".

Ekspert əlavə edib ki. Azərbaycan isə kifayət qədər idxaldan asılı ölkədir:

"Elə ərzaq məhsullarını götürsək, haradasa 75% asılılığımız var. Ona görə də, əgər enerji daşıyıcıları bahalaşacaqsa və bu proses davam edəcəksə, eyni zamanda yol və nəqliyyat xərcləri dünyada artacaqsa, o zaman Azərbaycanda da demək olar ki, bütün məhsulların qiymətində artım müşahidə oluna bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 27 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 78
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

03.10.2026 150
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

03.10.2026 150
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 161
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen

00:31 92
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

03.10.2026 268
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

03.10.2026 169
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 170
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

03.10.2026 158
.