Məhkəmə rusiyalı nazirin barəsində həbs qərarı verdi
Rusiyanın Stavropol diyarının məhkəməsi vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan bölgənin energetika, sənaye və rabitə naziri olmuş İvan Kovalyovun barəsində həbs qətimkan tədbiri seçib.
Oxu.Az-ın "İnterfaks" nəşrinə istinadən xəbərinə görə, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir mayın 24-nə qədər həbsdə saxlanılacaq.
İstintaqın versiyasına görə, nazir öz müavini ilə əlbir olaraq dövlət mülkiyyətində olan daşınmaz əmlakın icarəyə verilməsini təsdiqləyən qanunsuz əmr verib. Daha sonra bir təşkilatla icarə müqaviləsinin bağlanmasını təşkil edib.
"İstintaq hesab edir ki, vəzifəli şəxsin və onun müavininin hərəkətləri vətəndaşların və təşkilatların hüquqlarının, qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olub", - deyə mənbə nəşrə bildirib.
Xatırladaq ki, daha əvvəl Stavropol diyarının energetika, sənaye və rabitə naziri İvan Kovalyovun saxlanıldığı barədə məlumat verilmişdi. Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə cinayət işi açılıb. Bu maddəyə əsasən, ən yüksək cəza 10 ilə qədər həbsdir.
İvan Kovalyov 2021-ci ildən Stavropol Sənaye və Ticarət Nazirliyinin rəhbəri olub. Bundan əvvəl o, nazirin birinci müavini vəzifəsində, daha öncələr tikinti və yanacaq-enerji şirkətlərində çalışıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 148 Tarix: 27 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qum və Urmiya bombardman edildi: ölənlər var
İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumu zamanı ən azı 6 dinc sakin həlak olub. "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qum əyaləti rəhbərinin nümayəndəsi məlumat yayıb. O əlavə edib ki, bombardmana məruz qalan Pardisan rayonunda 3 yaşayı
12:15 229 İntensiv yağış Bakıda ciddi fəsadlar yaradıb - VİDEO
Paytaxtda müşahidə olunan aramsız yağış bir sıra ərazilərdə ciddi fəsadlar yaradıb. xəbər verir ki, yağış suları şəhərin müxtəlif küçə və prospektlərində toplanaraq hərəkəti çətinləşdirib. Xüsusilə piyadalar üçün vəziyyət daha da mürəkkəbləşib - səkilərin su altında qalması onların hərəkətinə mane olub
16:35 252 Lənkəranda zəlzələ olub
Lənkaran rayonunda zəlzələ qeydə alınıb. Bu barədə "Report"a Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, Lənkəran stansiyasından 12 km qərbdə baş verən 3.1 maqnitudalı zəlzələ hiss olunmayıb
15:05 215 Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanıldı
Sabunçu rayonunda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb. Bu barədə -a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını deyib. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarını
13:33 212 Sabah da yağış yağacaq
Sabahın hava proqnozu açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur
12:43 262 Yaxın Şərq üçün özəl tank
Cənubi Koreyanın "Hyundai Rotem" şirkəti Çanvon şəhərində yerləşən müəssisəsində K2 tankının Yaxın Şərq regionu üçün hazırlanmış yeni modifikasiyasını nümayiş etdirib. xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, K2ME model tanklar 50 dərəcəy
19:15 114 İsrail İrana hücumları artıracaq - Katz
İsrail İrana qarşı hücumları artıracaq. Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib. "Baş nazir və mən İranın terror rejiminə İsrailin mülki əhalisinə raket atışlarını dayandırmaq barədə xəbərdarlıq etdik. Bu xəbərdarlıqlara baxmayaraq, atışla
16:00 176 İsrailin hücumları nəticəsində Livanda 6 iranlı diplomat həlak olub
İsrailin hücumları nəticəsində Livanda 6 iranlı diplomat həlak olub. APA xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, rəsmi Tehran diplomatların ölümünü "təşkil olunmuş terrorizmin nümunəsi və beynəlxalq hüququn fundamental prinsiplərinə qəsd" kimi qiymətləndirir
20:00 43 Bir milyondan çox iranlı səfərbər edildi
İran tərəfi ABŞ-nin mümkün quru müdaxiləsinə cavab olaraq bir milyondan çox döyüşçünü səfərbər etdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Agentliyin hərbi mənbələri səfərbər olunan qüvvələr arasında həm müntəzəm ordu hissələrinin, həm də SEPAH-ın könüll
16:18 218