ABŞ senatorları Macarıstana qarşı sanksiyalar hazırlayır

ABŞ senatorları Macarıstana qarşı sanksiyalar hazırlayırABŞ-da iki partiyadan olan senatorlar Ukraynaya yardımın bloklanmasında iştirak edən yüksək vəzifəli macar rəsmilərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayırlar.

Qaynarinfo xəbər verir ki, "Financial Times" nəşrinin yazdığına görə, "Block Putin act" adlı sənəd qəbul edilərsə, ABŞ prezidenti Donald Tramp Macarıstan hökumət nümayəndələrinə qarşı maliyyə sanksiyaları və viza məhdudiyyətləri tətbiq etməyə məcbur olacaq.

Sanksiyalar Macarıstanın Rusiya nefti və qazını almaqda iştirak edən, eləcə də Ukraynaya dəstəyin qarşısını almağa çalışan rəsmiləri hədəf alacaq.

Qanun layihəsi Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq Aİ kreditini ləngitdiyi bir vaxta təsadüf edir. Nəşr qeyd edir ki, Orban bunu qarşıdan gələn parlament seçkiləri ərəfəsində apardığı sərt seçki kampaniyası fonunda edir.

Layihəni NATO üzrə Senat müşahidə qrupunun həmsədrləri - demokrat Cin Şahin və respublikaçı Tom Tillis təqdim etməyi planlaşdırır. Hər iki senator Avropanın Rusiya enerji resurslarından asılılığını dəfələrlə tənqid edib. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropanın böyük hissəsi bu asılılığı azaltmağa çalışsa da, Macarıstan və Slovakiya əksinə, Rusiyadan enerji idxalını artırıb.

Tom Tillis bildirib ki, ABŞ və müttəfiqləri Ukraynaya dəstək məsələsində birlik nümayiş etdirməli və Rusiyanın müharibəni maliyyələşdirən gəlir axınlarını kəsməlidir.

Onun sözlərinə görə, qanun layihəsi Macarıstan üçün də aydın seçim yaradır: Rusiya enerjisindən asılılığı azaltmaq və Ukraynaya dəstəyin qarşısını almaqdan imtina etməklə müttəfiqlərlə eyni mövqeyə qayıtmaq.

Cin Şahin isə qeyd edib ki, ABŞ vitse-prezidenti Cey Di Vensin seçki öncəsi Macarıstana səfər edərək "korrupsiyalaşmış hökumətə" dəstək verməsi planları narahatlıq doğurur.

Qanun layihəsinin detalları

Məlumata görə, sənəd layihəsində Viktor Orbanın adı birbaşa sanksiya obyekti kimi göstərilmir. ABŞ Konqresindəki mənbələr bildirir ki, hansı macar rəsmilərin sanksiyaya məruz qalacağını müəyyənləşdirmək Tramp administrasiyasının səlahiyyətində olacaq.

Materialda həmçinin qeyd olunur ki, Viktor Orban və onun xarici işlər naziri Peter Siyarto uzun müddətdir Rusiya ilə yaxın münasibətlər qurmağa çalışır. Siyarto 2022-ci ildən bəri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla 20-dən çox dəfə görüşüb.

Macarıstan-Ukrayna münasibətləri

Daha əvvəl Macarıstan hökuməti iyul ayından etibarən Ukraynaya təbii qaz tranzitini dayandırmaq qərarı vermişdi. Ekspertlər bu addımın ciddi hüquqi problemlər yarada biləcəyini bildirirlər.

Eyni zamanda Avropa İttifaqı Ukraynaya yardımın bloklanması səbəbindən Macarıstan üçün nəzərdə tutulan milyardlarla avronu dondurub. Avropa Komissiyası Viktor Orbanın "sadiq əməkdaşlıq" prinsipini pozduğunu və Ukraynaya maliyyə dəstəyinə mane olduğunu vurğulayır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 836   Tarix: 27 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

03.10.2026 150
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

03.10.2026 117
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

03.10.2026 173
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 119
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

03.10.2026 162
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 123
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

03.10.2026 167
.

Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 142
.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

00:15 104
.