"Euronews"da Azərbaycanda avarçəkməyə həsr olunmuş reportaj yayımlanıb - VİDEO
"Euronews" kanalında Azərbaycanda avarçəkmənin inkişafına həsr olunan reportaj yayımlanıb.
APA xəbər verir ki, reportajda beynəlxalq rəsmilərin kanoe və avarçəkmə müsabiqələrinin təşkili üçün məkan olaraq Azərbaycanı nəzərdən keçirdiyi bildirilir.
Reportajda qeyd olunub ki, Azərbaycanın bir neçə nöqtəsi kanoe, avarçəkmə yarışları və təlimləri üçün potensial məkan olaraq qiymətləndirilir.
Beynəlxalq rəsmilər Mingəçevir Su Anbarı, Kür çayı və Suqovuşan kimi yerlərdə olublar və buradakı infrastruktur, texniki şərait barəsində öz qiymətləndirmələrini aparıblar.
Əlavə olaraq, sözügedən idman növünün Azərbaycanda inkişafı və bununla əlaqəli tədbirlərin daha çox keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Təlim və yeni disiplinlərin dəstəklənməsi üçün əməkdaşlıq sazişi imzalanıb.
Rəsmilərin sözlərinə görə, inkişaf etmiş avadanlıq və getdikcə artan idmançı performansı gələcəkdə keçiriləcək beynəlxalq müsabiqələrə töhfə verə bilər.
Kür çayı və Mingəçevir Su Anbarının sakit və geniş su yollarına malik olduğu, buna görə də kanoe üçün ideal şərait ərsəyə gətirdiyi vurğulanır.
Azərbaycanın Milli Avarçəkmə Komandasının baş məşqçisi Vladimir Morozov qeyd edib ki, Azərbaycanda mövcud olan şərait dünyada ən yaxşıları sırasındadır.
"Burada bütün il boyu məşq etmək olar. İdman zalları, qayıqlar, lazım olan hər şey burada var. Düşünrəm ki, Dünya Çempionatına hazırlaşmaq üçün Azərbaycan əla yerdir",- Morozov bildirib.
Beynəlxalq Kanoe Federasiyasından və digər qurumlardan olan rəsmilərin hətta postmüharibə məkanları olan Sərsəng və Suqovuşanda olduğu və şəraiti qiymətləndirdikləri qeyd olunub.
"Mən burada olan şəraitdən təsirlənmişəm. Bu yerlərin gözəlliyi mənə çox xoş təsir bağışlayıb. Əlbətdə, burada müvəqqəti avadanlıqlar və infrastruktur quraşdırılmalıdır ki, bu da öz-özlüyündə bir çağırışdır. Amma ümumilikdə, suyun keyfiyyəti və digər şərtlər çox əlverişlidir. Buralar dağlar tərəfindən mühafizə olunur. Ona görə də külək təsir edə bilmir. Düşünürəm ki, burada əlverişli mühit yaratmaq olar",- federasiya prezidenti bildirib.
Azərbaycanın Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev "Euronews"a müsahibəsində sözügedən ərazilərdə əlverişli şərait olduğunu, eləcə də tursitlərin qalması üçün yeni otellərin açıldığını deyib. Azərbaycanda kanoe və avarçəkmənin inkişafı üçün çox böyük potensial olduğu, azərbaycanlı idmançıların Avropa miqyasında və qlobal miqyasda yarışlara qoşulduğu xüsusi qeyd edilib.
Azərbaycan və "Paddle Europe" arasında imzalanan razılaşmadan söz açılıb və bu razılaşmanın Azərbaycanda sözügedən sahənin inkişafına töhfə verəcəyi diqqətə çatdırılıb.
Əlavə edilib ki, tərəflər yeni stadionun yaradılması üzrə də razılığa gəliblər.
Azərbaycanlı və beynəlxalq rəsmilər kanoe və avarçəkmənin ölkədə daha da populyarlaşacağı, Azərbaycanın digər ölkələrlə əlaqələrinin inkişafına kömək edəcəyindən əminliklərini ifadə ediblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1012 Tarix: 27 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949