Tarixi ədalət: 31 Mart soyqırımının xronikası
"31 mart ermənilər və onların havadarları tərəfindən mifik "Böyük Ermənistan" ideyasını reallaşdırmaq məqsədilə 50 mindən çox azərbaycanlı mülki şəxsin qətlə yetirildiyi, yüz minlərlə soydaşımızın isə müxtəlif məhrumiyyətlərə məruz qaldığı soyqırımı hadisələrinin 108 ili tamam olur".
Bunu BiG.AZ-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib.
O, qeyd edib ki, son illərdə Quba və Azərbaycanın digər bölgələrində aşkarlanan kütləvi məzarlıqlarda aparılan araşdırmalar göstərir ki, demək olar ki, bütün qurbanlar silahsız və müqavimət göstərə bilməyəcək vəziyyətdə vəhşicəsinə qətlə yetirilmiş, bu vəhşiliklərin izləri skeletlərdə açıq şəkildə görünür. Bu faktlar göstərir ki, azərbaycanlı olduqları üçün öldürülən insanlar hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə qətlə yetirilmişdir və buna görə də həmin cinayətlər soyqırımı hesab olunur:
"Təəssüf ki, dünya birliyi bu cinayətlərə hüquqi qiymət verməkdə uzun müddət gecikmiş, erməni vəhşiliyini ört-basdır edən cəzasızlıq mühiti isə sonrakı dövrlərdə erməni terrorizminin yeni cinayətlərinə yol açmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ilin iyulun 15-də, erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi cinayətləri araşdırmaq məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır. Lakin sonradan AXC Parlamentinin amnistiya qərarları araşdırmaların effektivliyini azaltsa da, arxivlərdə qalan sənədlər gələcək nəsillər üçün qiymətli sübutlar rolunu oynadı. Sovet dövründə isə "xalqlar dostluğu" ideologiyası fonunda erməni cinayətlərinə adekvat hüquqi və siyasi qiymət vermək mümkün olmayıb.
Ötən əsrin 80-ci illərinin sonunda isə milli azadlıq hərəkatı fonunda və müstəqilliyin ilk illərində ideoloji işin antimilli xarakter daşıması, soyqırımın hüquqi-siyasi qiymətləndirilməsini ləngitmişdir. Xüsusən, AXC-Müsavat iqtidarının tarixi reallıqları saxtalaşdırması Azərbaycan xalqına əslində erməni cinayətləri qədər zərbə vurmuşdur.
1918-ci ilin mart-aprel soyqırımı barədə əsl həqiqətlər ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ictimaiyyətə çatdırılmağa başlanmışdır. 1998-ci il martın 26-da imzalanan "Azərbaycanlıların soyqırımı haqqında" Prezident Fərmanı ilə həmin hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir.
Bu siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirir. Vətən müharibəsi və antiterror əməliyyatlarında Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qazandığı zəfərlərlə həm də 1918-ci il hadisələrinin qisasını almış, "Böyük Ermənistan" ideyasını puça çıxarmışdır. Eyni zamanda, erməni terrorçularının Azərbaycan ədalət mühakiməsinə təhvil verilməsi və separatizmin kökündə dayanan ideologiyaya zərbə vurulması ilə bir əsrdən artıq davam edən vəhşiliklərə son qoyulmuşdur.
Bugün, 108 il sonra, 31 mart soyqırımı həm də imperializmin ikili standartlarının məhsulu olaraq tarixdə qalır. O dövrdə ABŞ Prezidenti Woodrow Wilson dinc azərbaycanlılara qarşı qırğınlara fürsət kimi baxsa da, bu gün hər kəs anlayır ki, Azərbaycanın milli maraqları bölgədə hesablaşılmadan keçmir və hər hansı təhdid fiaskoya məhkumdur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 800 Tarix: 31 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
03.10.2026 176 ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
00:07 98 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
03.10.2026 169 Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
00:23 109 Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib
Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad
03.10.2026 154 Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb
03.10.2026 207 "Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind
03.10.2026 173 DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind
03.10.2026 162 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 103