AAYDA-nın "torpaqyeyən" məmurları
Ölkədə tıxacların aradan qaldırılması üçün Preizident İlham Əliyevin rəhbərliyi ilə bir sıra layihələri icra olunur.
Tribuna.az xəbər verir ki, indiyə qədər çoxlu sayda layihələr həyata keçirilib ki, bu da insanların rahatlıqla mənzil başına çatmasına yardımçı olub.
Lakin bu işlərə kölgə salanlar da var. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) keçmiş sədr Saleh Məmmədov dönəmindən qalma bir çox neqativlər hələ də davam edir. Xüsusilə də Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun inşası zamanı vətəndaşların haqlarının tapdalanması prosesinə daha çox rast gəlinir.
Verilən məlumatlara görə, AAYDA-nın İnvestisiya İdarəsinin İnvestisiya Layihələri üzrə Yol Əsası və Mühafizə Zolağında olan Maneələrin Aradan Qaldırılması və Monitorinqi Şöbəsinin üç əməkdaşı sözügedən məsələdə ad çıxarıblar. Söhbət Surət, Mehman və Elvin adlı məmurlardan gedir.
Bildirilir ki, Fatmai, Mehdiabad, II Sovxoz, Bitçililik İnstitutunun yaxınlığındakı ərazilərdə yol çəkilişi ilə bağlı ciddi narazılıq müşahidə edilir. Mehdiabad yaxınlığında da yol çəkilişi və körpü inşası vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması səbəbi ilə narazılıqla qarşılanıb.
Vətəndaşların verdiyi məlumata görə, AAYDA-nın "3 muşketyoru" müxtəlif bəhanələrlə vətəndaşların kompensasiya almasını məhdudlaşdırır, onların sahib olduğu torpaq sahələrini öz qohumlarının adına aşağı qiymətə sənədləşdirir, daha sonra yol-körpü layihəsi səbəbilə plana düşən həmin torpaq sahələrinə görə yüksək məbləğdə kompensasiya əldə edirlər.
Bundan başqa, Saleh Məmmədovun yetirmələri vətəndaşları daha aşağı məbləğdə kompensasiyaya razı salmaq üçün onların sahib olduqları çıxarışların etibarlılığına əsassız iradlar tutur, bəzi hallarda yol layihəsi keçən torpaq sahələrinin yarısı, yaxud bəlli bir qismi üçün kompensasiya ödəmirlər. Bəzi ərazilərdə vətəndaşlara heç bir ödəniş etmədən onların sahib olduqları torpaq üzərində körpü qovşaqları inşa edilib ki, bu da ciddi qanun pozuntusu deməkdir.
Hətta iş o yerə çatıb ki, bu şəxslər Ulu Öndər Heydər Əliyev tərəfindən vətəndaşlara əvəzsiz olaraq verilən və onların tam mülkiyyəti olan torpaq sahələri ilə bağlı da vətəndaşlara hədə-qorxu gəlir, onlara çatmalı olan vəsaiti mənimsəmək üçün min bir üsula əl atırlar.
Nəzərinizə çatdıraq ki, yaxın günlərdə oxuculara adıçəkilən məmurların yol verdiyi qanunsuzluqlarla bağlı daha ətraflı tanış edəcəyik.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1073 Tarix: 01 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
03.10.2026 233 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala
03.10.2026 167 Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
00:17 99 Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını
00:29 103 Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
00:19 107 Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir
Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin
03.10.2026 138 Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
00:23 109 Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq
03.10.2026 168 Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
00:11 110