Bloomberg və Financial Times: ABŞ-İran gərginliyi qlobal böhran təhlükəsi yaradır - İQTİSADÇIDAN AÇIQLAMA

Bloomberg və Financial Times: ABŞ-İran gərginliyi qlobal böhran təhlükəsi yaradır - İQTİSADÇIDAN AÇIQLAMAABŞ və İran arasında artan gərginlik fonunda qlobal iqtisadi və siyasi sabitliklə bağlı narahatlıqlar dərinləşir. Nüfuzlu nəşrlər olan Bloomberg və Financial Times xəbərdarlıq edir ki, mümkün hərbi eskalasiya təkcə Yaxın Şərqi deyil, bütün dünyanı əhatə edən genişmiqyaslı böhrana səbəb ola bilər. Enerji bazarlarında kəskin dalğalanmalar, ticarət marşrutlarının pozulması və investor inamının zəifləməsi qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır. Mövcud vəziyyət beynəlxalq ictimaiyyəti yeni və daha dərin bir böhran ssenarisi ilə üz-üzə qoya bilər.
Bloomberg və Financial Times: ABŞ-İran gərginliyi qlobal böhran təhlükəsi yaradır - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, son dövrlərdə dünya bazarlarında neftin qiymətinin sürətlə artması iqtisadiyyatlara birbaşa təsir göstərən əsas amillərdən biridir. Onun sözlərinə görə, enerji qiymətlərinin bahalaşması istehsal xərclərini artırır, nəqliyyat və logistikanı bahalaşdırır, nəticədə isə bu artım demək olar ki, bütün məhsul və xidmətlərin qiymətinə ötürülür: "Bu proses inflyasiyanı sürətləndirir və həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə iqtisadi təzyiq yaradır.

Bloomberg və Financial Times kimi nüfuzlu mənbələrin qlobal böhran riskinə diqqət çəkməsi təsadüfi deyil. Çünki hazırkı vəziyyətdə bir neçə risk faktoru eyni anda üst-üstə düşür. Bir tərəfdən enerji qiymətlərinin artması, digər tərəfdən geosiyasi gərginliklər, ticarət əlaqələrində qeyri-müəyyənlik və böyük iqtisadiyyatlar arasında rəqabətin güclənməsi dünya iqtisadiyyatını daha həssas vəziyyətə gətirir.

Neftin bahalaşması xüsusilə enerji idxal edən ölkələr üçün daha ağır nəticələr yaradır. Bu ölkələr daha çox valyuta xərcləməli olur, büdcə balansı pozulur və milli valyutalar təzyiq altında qalır. Paralel olaraq, mərkəzi banklar inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini artırmağa məcbur qalır. Bu isə kreditlərin bahalaşmasına, investisiyaların azalmasına və bütün bunların fonunda iqtisadi artımın zəifləməsinə səbəb olur.

Digər vacib məqam isə qlobal iqtisadi sistemin artıq bir neçə ildir ardıcıl şoklarla üzləşməsidir. Pandemiya dövrü, tədarük zəncirlərində problemlər, regional münaqişələr və sanksiyalar iqtisadiyyatların dayanıqlığını zəiflədib. Bu fonda yeni enerji şoku əlavə risk yaradır və zəncirvari təsir formalaşdırır.

Bununla belə, qlobal böhranın "qaçılmaz" olması məsələsinə daha ehtiyatla yanaşmaq lazımdır. Dünya iqtisadiyyatı əvvəlki böhranlardan müəyyən dərslər çıxarıb və hazırda bir çox ölkələrdə maliyyə alətləri, ehtiyat mexanizmləri və koordinasiya imkanları daha genişdir. Mərkəzi banklar və hökumətlər vəziyyəti nəzarətdə saxlamaq üçün müxtəlif tədbirlər görə bilir və görürlər də. Məsələn, son bir ayda Türkiyə 60 ton qızıl satışa çıxarıb və ya "swap" əməliyyatlarıa yönəldib. Eyni addımı Körfəz ölkələri də atıb. Bunun nəticəsi olaraq ötən həftə qızılın qiyməti sabitləşdı, hələ birqədər də ucuzlaşdı.

Daha real gözlənti ondan ibarətdir ki, yaxın dövrdə qlobal miqyasda iqtisadi yavaşlama, bəzi regionlarda isə resessiya (durğunluq, iqtisadi geriləmə) baş verə bilər. Amma bu, mütləq şəkildə bütün dünyanı əhatə edən dərin və uzunmüddətli böhran anlamına gəlmir. Yəni proses daha çox qeyri-bərabər gedə bilər: bəzi ölkələr ciddi zərər görərkən, digərləri vəziyyətdən nisbətən az təsirlənə və ya hətta müəyyən mənada fayda əldə edə bilər.
Nəticə olaraq, risklər kifayət qədər ciddidir və onları kiçiltmək olmaz. Amma qlobal böhran ehtimalı ilə yanaşı, onun miqyası və dərinliyi də bir çox amillərdən asılıdır. Enerji qiymətlərinin dinamikası, geosiyasi vəziyyətin necə inkişaf edəcəyi və böyük iqtisadiyyatların atacağı addımlar bu məsələdə həlledici rol oynayacaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 841   Tarix: 02 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 103
.

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d

03.10.2026 101
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

03.10.2026 206
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 78
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen

00:31 92
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

03.10.2026 150
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 104
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

03.10.2026 117
.