İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib

İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib1 aprel tarixində İstanbulun aparıcı sənət məkanlarından biri olan Atatürk Kültür Mərkəzində (AKM) Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş möhtəşəm konsert keçirilib.
Konsert bəstəkarın müəllifi olduğu "Simfonik qravürlər" layihəsi çərçivəsində baş tutub. Layihə müxtəlif illərdə ərsəyə gəlmiş əsərlərin vahid bədii konsepsiya əsasında təqdim olunduğu xüsusi musiqi silsiləsidir. Qravürlər kimi, hər bir əsər ayrıca bir obraz və emosiyanı ifadə edir, birlikdə isə bütöv və zəngin musiqi mənzərəsi yaradır.
Layihənin əsas xüsusiyyətlərindən biri proqramın hər təqdimatda yenilənməsidir. İstanbul konsertində bu silsilə çərçivəsində 14 əsər səsləndirilib və proqram bəstəkarın yaradıcılığının müxtəlif mərhələlərini əhatə edib.
"Simfonik qravürlər" layihəsi daha əvvəl Bakı, Budapeşt və Roma şəhərlərində uğurla təqdim olunub və beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanıb.
Konsertdə simfonik əsərləri İstanbul Dövlət Opera və Balet Orkestri səsləndirib. Orkestri Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov idarə edib.
Gecədə dünya şöhrətli tenor Yusif Eyvazov, soprano Hale Soner, eləcə də Türkiyənin ən məşhur və sevilən sənətçilərindən biri Levent Yüksel çıxış ediblər.
Konsertin ən yaddaqalan məqamlarından biri bəstəkarın dünya miqyasında tanınan əsəri "Bayatılar"ın səsləndirilməsi olub. Türkiyədə "Zalim" adı ilə məşhurlaşan bu əsər Levent Yükselin ifasında səslənərək gecənin kulminasiyasına çevrilib və tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanaraq uzun sürən alqışlara səbəb olub. Konsertin sonunda Eldar Mansurov səhnəyə çıxaraq tədbirə qatılan tamaşaçılara səmimi təşəkkürünü bildirib.
Eldar Mansurovun musiqisi, milli intonasiyalarla simfonik musiqinin vəhdəti, İstanbul tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Konsert boyu zalda yüksək emosional ab-hava hökm sürüb, proqramın sonunda isə tamaşaçılar ifaçıları uzun sürən alqışlarla yenidən səhnəyə
dəvət ediblər.
İstanbulda keçirilən bu konsert Eldar Mansurovun yaradıcılığına beynəlxalq marağın növbəti təsdiqi olmaqla yanaşı, Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən əlamətdar hadisə kimi yadda qalıb.

İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilibİstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilibİstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilibİstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilibİstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilibİstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilibİstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilibİstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilibİstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 816   Tarix: 02 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 103
.

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d

03.10.2026 101
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

03.10.2026 206
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 78
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen

00:31 92
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

03.10.2026 150
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 104
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

03.10.2026 117
.