Bu idman qidaları satışdan yığışdırıldı - Fotolar

Bu idman qidaları satışdan yığışdırıldı - FotolarQida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb.

Axşam.az xəbər verir ki, monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 34 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Əfqan Ruslan oğluna məxsus "Wolf Fitness" idman zalında arıqlamaq məqsədilə qəbul edilən "L-Carnitine 2000 caffeine" əmtəə nişanlı, Sabunçu rayonu, Bakıxanov ştq, Sülh küçəsi 14/2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bayramov Fuad Fəqan oğluna məxsus "Arslan" fitnes zalında isə "Gold Standart Whey", "C4-Pre Workout", "Argipower 120 cephl" əmtəə nişanlı idman qida məhsullarının müvafiq icazə sənədi olmadan qanunsuz şəkildə satışının həyata keçirildiyi aşkarlanıb.

Həmin məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib və məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb.

Monitorinq zamanı həmçinin "İRON MAXX", "Whey.az", "Protein Shop" mağazalarında, "Qol güləşi idman kompleksi"ndə, "Wolf Fitness", "Just FİT", "Arslan Fitnes" və "Adrenaline" idman zallarında üzərində Azərbaycan dilində etiket məlumatları olmayan idman qida məhsulları aşkar edilib ki, həmin məhsullar da satışdan kənarlaşdırılaraq etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib.

Monitorinqlər davam etdirilir.

Bu idman qidaları satışdan yığışdırıldı - FotolarBu idman qidaları satışdan yığışdırıldı - FotolarBu idman qidaları satışdan yığışdırıldı - FotolarBu idman qidaları satışdan yığışdırıldı - FotolarBu idman qidaları satışdan yığışdırıldı - FotolarBu idman qidaları satışdan yığışdırıldı - FotolarBu idman qidaları satışdan yığışdırıldı - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 146   Tarix: 02 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu idman qidaları satışdan yığışdırıldı - Fotolar

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb. Axşam.az xəbər verir ki, monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliy

15:00 143
.

"Poz-Qazan"da 3 ayda 39 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" böyük uduşlarla sevindirməyə davam edir. Bu ilin birinci rübündə "Poz-Qazan" oyunları üzrə 39 böyük uduş qeydə alınıb. Onlar arasında ən böyük uduş "Uğurlu 7"də qazanılıb. Düz 2 ədəd biletd

11:25 242
.

Bakıda 17 yaşlı qız 10-cu mərtəbədən yıxılıb öldü

Paytaxtın Xətai rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, dünən saat 14 radələrində 2009-cu il təvəllüdlü A.Abbasova yaşadığı Xudu Məmmədov küçəsindəki çoxmərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı araşdırma aparılı

11:02 320
.

Rusiyada faciə: Ölən və yaralananlar var

Rusiyanın Tatarıstan Respublikasında yerləşən "Nijnekamskneftexim" zavodunda baş verən partlayış və yanğın nəticəsində Nijnekamsk şəhərində üç günlük matəm elan olunub. xəbər verir ki, bu barədə şəhər meri Radmir Belyayev məlumat verib. Onun sözlərinə görə, bütün əyləncə tədbirləri ləğv edilib

01.04.2026 548
.

İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib

1 aprel tarixində İstanbulun aparıcı sənət məkanlarından biri olan Atatürk Kültür Mərkəzində (AKM) Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş möhtəşəm konsert keçirilib. Konsert bəstəkarın müəllifi olduğu "Simfonik qravürlər" layihəs

12:37 208
.

Elxan Mikayılov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri vəzifəsindən azad edilən Elxan Mikayılovun yeni iş yeri məlum olub. O, -a açıqlamasında bildirib ki, öz xahişi ilə vəzifədən ayrılıb və fəaliyyətini özəl sektorda davam etdirəcək. Belə ki, Elxan Mikayılov "ASR Development Consultin

01.04.2026 541
.

AAYDA-nın "torpaqyeyən" məmurları

Ölkədə tıxacların aradan qaldırılması üçün Preizident İlham Əliyevin rəhbərliyi ilə bir sıra layihələri icra olunur. xəbər verir ki, indiyə qədər çoxlu sayda layihələr həyata keçirilib ki, bu da insanların rahatlıqla mənzil başına çatmasına yardımçı olub. Lakin bu işlərə kölgə salanlar da var. Belə ki

01.04.2026 469
.

Ödənişli yolda "Bentley" ilə qəza törətdi, kəmər həyatını xilas etdi - Video

"Ötən gün saat 06:00 radələrində "Bentley" markalı avtomobil Bakı-Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb. O, qəza nəticəsində xəsarət alıb"​. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlə

15:54 118
.

Bloomberg və Financial Times: ABŞ-İran gərginliyi qlobal böhran təhlükəsi yaradır - İQTİSADÇIDAN AÇIQLAMA

ABŞ və İran arasında artan gərginlik fonunda qlobal iqtisadi və siyasi sabitliklə bağlı narahatlıqlar dərinləşir. Nüfuzlu nəşrlər olan Bloomberg və Financial Times xəbərdarlıq edir ki, mümkün hərbi eskalasiya təkcə Yaxın Şərqi deyil, bütün dünyanı əhatə edən genişmiqyaslı böhrana səbəb ola bilər. Enerj

11:20 204
.

TOP MP3