Aprel döyüşləri: Vətən müharibəsinə aparan yol
"Aprel döyüşləri 44 günlük Vətən müharibəsinin başlanğıc siqnalları kimi tarixə düşdü. Həmin döyüşlər zamanı Azərbaycan həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistana və ona dəstək verən qüvvələrə açıq mesaj verdi: ölkəmiz heç vaxt ərazi itkisi ilə barışmayacaq və torpaqlarını mütləq geri qaytaracaq".
Bunu BiG.AZ-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli bildirib.
O, qeyd edib ki, 2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatları, mülki əhaliyə qarşı artilleriya və minaatanlardan açılan atəşlər nəticəsində itkilərimizin olması Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasına səbəb oldu:
"Qısa müddət ərzində təxminən 2 min hektar ərazi işğaldan azad edildi. Strateji əhəmiyyətə malik Tərtər istiqamətindəki mövqelər, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və ətraf ərazilər nəzarətə götürüldü, Horadiz şəhərinə yönəlmiş təhlükə aradan qaldırıldı.
Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu artıq 1990-cı illərin zəif və təşkilatlanmamış ordusu deyil. Müasir silahlarla təchiz edilmiş güclü ordu, xüsusilə pilotsuz uçuş aparatlarından istifadə etməklə düşmənə ciddi zərbə vurdu.
Düşmən ağır itkilərlə üzləşdikdən sonra beynəlxalq vasitəçilər - ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesi yenidən aktivləşdirildi. Lakin bu danışıqlar illərlə real nəticə vermədi və 2020-ci ilə qədər davam etdi.
Nəhayət, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün isə keçmiş məcburi köçkünlər doğma yurdlarına - Qarabağa, Kəlbəcərə qayıdır, bölgədə həyat tədricən öz axarına düşür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 244 Tarix: 02 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Poz-Qazan"da 3 ayda 39 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" böyük uduşlarla sevindirməyə davam edir. Bu ilin birinci rübündə "Poz-Qazan" oyunları üzrə 39 böyük uduş qeydə alınıb. Onlar arasında ən böyük uduş "Uğurlu 7"də qazanılıb. Düz 2 ədəd biletd
11:25 253 Polad Həşimov Aprel döyüşlərində: Xanımı həmin fotonu paylaşdı
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb. Qaynarinfo xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib. Qeyd edə
14:31 273 5G dünyanı dəyişir: Azərbaycanda niyə hələdə tətbiq olunmur? - İKT EKSPERTİNDƏN AÇIQLAMA
Dünyanın bir çox ölkəsində sürətlə yayılan 5G texnologiyası artıq rəqəmsal inkişafın əsas göstəricilərindən birinə çevrilib. Yüksək sürət, aşağı gecikmə və geniş imkanlar vəd edən bu yeni nəsil şəbəkə son günlərdə Türkiyədə də mərhələli şəkildə tətbiq olunmağa başlanıb. Lakin region ölkələri arasınd
12:06 263 ABŞ-ın Bağdaddakı səfirliyi 24-48 saat ərzində şəhərdə baş verə biləcək hücumlarla bağlı xəbərdarlıq edib və amerikalılar şəhəri tərk etməyə çağırılıb
ABŞ-ın Bağdaddakı səfirliyi xəbərdarlıq edir ki, İraqdakı İranpərəst silahlı qruplar yaxın bir-iki gün ərzində şəhərə hücum edə bilərlər. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Səfirlik X-də verdiyi açıqlamada ölkədəki amerikalıları dərhal tərk etməyə çağıraraq bildirib ki, "İranl
12:46 247 Elxan Mikayılov yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri vəzifəsindən azad edilən Elxan Mikayılovun yeni iş yeri məlum olub. O, -a açıqlamasında bildirib ki, öz xahişi ilə vəzifədən ayrılıb və fəaliyyətini özəl sektorda davam etdirəcək. Belə ki, Elxan Mikayılov "ASR Development Consultin
01.04.2026 557 Problem, yoxsa oyanış: Orta yaş böhranının əsl səbəbləri nələrdir?
Orta yaş böhranı adlandırdığımız halların böyük hissəsi nə idman avtomobili almaq, nə ailəni tərk etmək, nə də isti ölkəyə birtərəfli bilet bron etmək istəyi ilə bağlıdır. Bu mərhələni yaşayan insanlar - müəllifin özü də daxil olmaqla - daha qəribə bir hissdən danışırlar: sanki həyatın əsası yerində
01.04.2026 492 Tolikin evində xeyir iş
Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) bacısı Fatimənin xınayaxdısı olub. Axşam.az xəbər verir ki, şəhər restoranlarından birində keçirilən məclis şair Nazilə Səfərliyə həvalə edilib. Gecənin aparıcılığını isə Könül Muxtarova edib. Gecədən görüntüləri qonaqlar sosial şəbəkədə paylaşıb. Qeyd edək ki
12:25 407 Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir?
"Fizza Pay" MMC-nin vəzifəli şəxsi inzibati qaydada cəzalandırılıb. -a istinadən xəbər verir ki, şirkət tərəfindən Mərkəzi Banka prudensial hesabatların yanlış təqdim edilib. Bu baxımdan, MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü (Ödəniş təşkilatı, elektron pu
01.04.2026 459 Hayfada raket sirenləri səsləndi, xəsarət alan yoxdur
İranın İsrailin şimalına yeni raket atəşi açmasından sonra Hayfada raket sirenləri səsləndi. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Magen David Adomun sözlərinə görə, hücumdan sonra ölüm və ya xəsarət alma halları qeydə alınmayıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
10:53 224