12-dən sonra yatmaq: Bədəniniz hər dəqiqə üçün ağır bədəl ödəyir!

12-dən sonra yatmaq: Bədəniniz hər dəqiqə üçün ağır bədəl ödəyir!Məşhur türkiyəli mütəxəssis, Prof. Dr. Erkan Topuz gecə gec saatlarda yuxuya gedənlərə ciddi xəbərdarlıq edib.

Ölkə.Az-ın məlumatına görə, o bildirib ki, məsələ sadəcə neçə saat yox, nə zaman yuxuya getməyinizdədir. Çünki Allah insan bədənini müəyyən bir ölçü və daxili saatla - ritmlə yaradıb.

"Siz fərqində deyilsiniz, amma vücudunuz siz yatmadığın hər dəqiqə üçün ağır bədəl ödəyir. Və bu bədəl ürəyinizlə ödənilir!"

Gecəni qaçırmaq: Hüceyrələrin bərpa vaxtı nə zamandır?

Professorun sözlərinə görə, gecə saat 12-dən sonra yatanlar bioloji olaraq gecəni tamamilə qaçırmış sayılırlar:

"Gecə saat 23:00 ilə 02:00 arası bədəndə elə bir sistem dövrəyə girir ki, bu saatlar bədənin "təmir" vaxtıdır. Xalq arasında "gənclik hormonu" kimi tanınan melatonin məhz bu saatlarda ən yüksək səviyyəyə çatır. Bu hormon hüceyrələri yeniləyir, beyni təmizləyir, ürəyi qoruyur və immuniteti gücləndirir".

Telefon və sosial media bədənin "təmirinə" mane olur

Bir çoxumuz gecə saatlarında telefon, serial və ya sosial media ilə vaxt keçiririk. Dr. Erkan Topuz vurğulayır ki, bədən özünü bərpa etmək istəyəndə biz ona imkan vermirik: "Siz "bir az da sosial mediada vaxt keçirim" dediyiniz an ürək yük altında qalır, kortizol (stres hormonu) yüksəlir, təzyiq balansı pozulur və illər keçdikcə ürək xəstəlikləri riski artır".

8 saat yatsam da zərərlidir?

Ən çox verilən suallardan biri budur: "Gecə 1-də yatıb sabah 9-da dursam, yəni 8 saatlıq normamı tamamlasam, yenə də zərərlidir?" Professorun cavabı qətidir: Bəli! Çünki bədən yuxunun müddətinə deyil, zamanına görə proqramlaşıb. Gec yatıb gec durmaq bədən üçün "jetlag" təsiri yaradır - siz öz evinizdəsiniz, amma bədəniniz hələ də başqa saat qurşağında qalmış kimidir.

Sağlam qalmaq üçün 4 sadə qızıl qayda:

Professor gecəni israf etməmək və ürəyi qorumaq üçün tətbiqi asan olan bu sistemi təklif edir:

Hədəf saat 23:00: Bu saatda artıq yataqda olun və telefonu kənara qoyun.

İşığı azaldın: Saat 22:00-dan etibarən evdəki işıqları azaldın, çünki parlaq işıq melatonini məhv edir.

Axşam ağır yemək yeməyin: Həzm sistemi aktiv olanda bədən özünü bərpa edə bilmir.

Rejimə sadiq qalın: Həftə sonları da daxil olmaqla, hər gün eyni saatda yatıb, eyni saatda durun.

"Ürək xəstəlikləri bir gündə yaranmır. Onlar illərlə edilən kiçik səhvlərin cəmidir. Və o səhvlərdən ən böyüyü gec yatmaqdır. Özünüzə bu sualı verin: "Mən bədənimə həqiqətən yaxşı davranırammı?" Əgər cavabınızdan əmin deyilsinizsə, elə bu gecə erkən yatmağa başlayın", - deyə professor əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1023   Tarix: 02 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 123
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 161
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 71
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 170
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 107
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

03.10.2026 208
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 104
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 149
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 119
.