Deputat pəncərədən tullanıb qaçıbmış...
Naxçıvan MR Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı seçilmiş Əli Abbasov mandatının əlindən alınmasından narazıdır.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əli Abbbasov Naxçıvan Mərkəzi Seçki Komissiyasının qərarından Ali Məhkəməyə şikayət edib.
Keçmiş deputat iddia ərizəsində yazır ki, mandatı əsassız olaraq ləğv edilib, bu səbəbdən MSK-nın qərarının ləğv edilməsini xahiş edir.
Əli Abbasovun mandatının ləğv edilməsinə gətirib çıxaran hadisə onun içkili vəziyyətdə əvvəldən tanıdığı qadının evinə daxil olması, sonuncuya əxlaqsız təklif etməsi ilə bağlı yayılmış xəbərlər olub. Şikayət ərizəsində yazılıb ki, Ə.Abbasov evə daxil olduqdan sonra qadının əri qəfil içəri girib, bu vaxt deputat pəncərədən tullanaraq qaçıb. Lakin çox uzaqlaşmadan qadının əri tərəfindən tutularaq özünü ifşa edib. Bundan bir neçə saat sonra həmin şəxs əlində bıçaqla Əli Abbasovun evinə hücum çəkib. O, deputatı bıçaqlamaq istəyərkən sonuncunun qohumu araya girərək xəsarət alıb.
Prokurorluqda aparılan araşdırma nəticəsində deputatın qadının evinə iradəsinə zidd olaraq, zorla girməsi sübut edilmədiyindən cinayət işinin başlanmasından imtina edilib. Sonradan isə həmin qadınla deputat arasında barışıq əldə edilib, şikayət geri çəkilib.
Ə.Abbasov hazırda ondan heç bir şikayət olmadığını da əsas gətirərək, deputat mandatının bərpa edilməsini xahiş edib.
Lakin Ali Məhkəmə şikayəti əsassız sayıb.
Məhkəmə qərarında yazılıb ki, iddiaçının mandatının ləğv edilməsi ilə bağlı qərar şikayətin geri çəkilməsi ilə deyil, deputat adına xələl gətirən hərəkətlər etməsi ilə bağlı olub. Ə.Abbasov etik davranış qaydalarını kobud surətdə pozduğu üçün kassasiya şikayəti rədd edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 251 Tarix: 03 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cinayət yolu ilə gələn pulları "təmizləmək" səni 12 il həbsə apara bilər!
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması dedikdə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınmasına kömək etmək məqsədilə belə əmlakın konversiyası, köçürülməsi və ya istifadə olunması ilə maliyy
14:47 10 Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Bakının Binəqədi və Xətai rayonlarının bir hissəsində qaz olmayacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilir ki, saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi rayonu (Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri, Mədən ərazisi
02.04.2026 546 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
"Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə altında yaşamağa davam edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında 4 Aprel - Beynəlxal
12:47 150 İphone 20 əyri ekranlı olacaq - 2027-ci ildə İLK
Apple şirkətinin ilk iPhonenin 20 illiyi münasibətilə görünüş baxımından ciddi dəyişikliklərə malik yeni model hazırladığı iddia olunur. -ın xarici mediaya istinadən məlumatına görə, 2027-ci ildə təqdim olunması gözlənilən iPhone 20 modeli əyri kənarlı ekran və indiyədək heç bir flaqman smartfonda görülməyə
02.04.2026 559 SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürülüb
SEPAH-ın "Fatehin" xüsusi bölməsinin komandanı, briqada generalı Məhəmməd Əli Fətəlizadə hava zərbəsi nəticəsində öldürülüb. Bu barədə məlumatı "Defa Press" yayıb. Məlumata görə, o, aprelin 1-də İrana qarşı davam edən ABŞ-İsrail zərbələri zamanı öldürülüb. Qeyd edək ki, "Fatehin"
02.04.2026 462 Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)
Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəl
14:59 0 "Möhtəşəm yüz il" yenidən çəkiləcək
"Möhtəşəm yüz il" serialı 12 ildən sonra yenidən ekranlaşdırılacaq. Axşam.az xəbər verir ki, serial bu dəfə "Aşk ve taht" ("Eşq və taxt") adı altında lentə alınacaq. Hələlik layihədə kimlərin rol alacağı bəlli deyil. Qeyd edək ki, sözügedən serial ilk dəfə 2011-2014-cü illərd
02.04.2026 524 ABŞ kəşfiyyatı: İranın hərbi arsenalının yarısı qorunub saxlanılıb
ABŞ kəşfiyyatı hesab edir ki, ABŞ və İsrailin kütləvi hücumlarına baxmayaraq, İranın hərbi arsenalının əhəmiyyətli hissəsi toxunulmaz qalıb. " xarici mediaya istinadən xəbər verir ki, kəşfiyyat qiymətləndirmələri ilə tanış olan mənbənin sözlərinə görə, "Onlar bölgədə xaos yaratmaqda qərarlıdırlar"
10:33 215 Fars körfəzində Britaniya tankerinə hücum edilib
Fars körfəzində Britaniyaya məxsus tankerə zərbə endirilib. Mərmilərin mənşəyi hələ də məlum deyil. Hadisənin təfərrüatları UK Maritime Trade Operations tərəfindən açıqlanıb. " xarici mediaya istinadən xəbər verir ki, hərbçilərin məlumatına görə, insident Doha şəhərindən təxminən 17 dəniz mili şimald
10:37 194