Neft 200 dollara çata bilərmi? Reuters-dən şok proqnoz - İQTİSADÇIDAN AÇIQLAMA
Qlobal enerji bazarında baş verən son hadisələr neftin qiyməti ilə bağlı ən pessimist ssenariləri yenidən gündəmə gətirib. Reuters-in yaydığı məlumatda neftin qiymətinin 200 dollara qədər yüksələ biləcəyi ehtimalı diqqət çəkir. Hazırda 111 dollar səviyyəsində olan qiymət fonunda bu proqnoz həm bazar iştirakçılarını, həm də idxaldan asılı ölkələri ciddi şəkildə narahat edir.
Artan geosiyasi risklər, xüsusilə Yaxın Şərqdə gərginliyin dərinləşməsi və enerji marşrutlarının təhlükə altına düşməsi bu cür kəskin artım ehtimalını daha real göstərir. Bu fonda əsas sual açıq qalır: neft həqiqətən 200 dollara çata bilər, yoxsa bu, yalnız qlobal böhran ssenarisinin bir hissəsidir?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, neftin hazırki qiymətləri real qiymətlər deyil, psixoloji qiymətlərdir və müharibənin yaratdığı fəsadlardır. Təbiiki müharibə bitən kimi qiymətlərdə yenidən aşağı düşəcək. Onun sözlərinə görə, bundan başqa bu həftənin bazar günü yəni 2 gündən sonra OPEC+ anlaşmasına daxil olan ölkələrin toplantısı keçiriləcək və bu toplantı zamanı hasilatın artırılması ilə bağlı qərarlar çıxacaq: "Mən düşünürəm ki, elə bu qərarların özü belə, yəni hasilatın artırılması ilə bağlı qərarların özü belə birinci gündən neft bazarında müəyyən sabitlik yaradacaq. Yəni qiymətlərin enməsini müşahidə edə bilərik. Amma əsas məsələ təbiiki Hörmüz boğazı və İran ətrafında baş verən hadisələrdir.
Bu müharibədə çox uzun sürə bilməz. Çünki ABŞ prezidentinin daxili qanunvericiliyə görə, konqresin və senatın icazəsi olmadan cəmi 60 gün hərbi əməliyyatlar apara bilər. Ona görədə 60 günə çatmadan bu münaqişə bitməlidir ki, yenidən parlamentə müraciət üçün əsas yaranmasın. Ona görədə münaqişə bitən kimi və OPEC hasilatı artıran kimi qiymətlərin 100 dollardan aşağı düşəcəyinin şahidi olacayıq. Qlobal sabitlik yarananda, Hörmüz ətrafında məsələlər öz həllini tapandan sonra isə qiymətlərin yenidən 70-80 dollar kalidoruna çəkilməsi mümkündür".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 697 Tarix: 03 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Dedi Qodu" kafesinin sahibinin burnunu sındırdı - Məhkəmə zalında həbs edildi
Bakı şəhərinin Lökbatan qəsəbəsində, "Lökbatan" dairəsinin yaxınlığında yerləşən "Dedi Qodu" kafesinin sahibi döyülüb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Saatlı rayonunun Mircəlalkənd kəndində anadan olmuş Sənan Məmmədovun (soyad şərtidir) Cinayət Məcəlləsinin 127.2.3 v
03.07.2026 294 İsrail Xameneyinin dəfn mərasiminə hücum planı hazırlayır
İsrailin İranın ali dini lideri Əli Xameneyinin dəfn mərasimi zamanı hərbi əməliyyat keçirməyi planlaşdırdığı bildirilir. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, hücumun nə vaxt gerçəkləşdiriləcəyi hələlik açıqlanmayıb. İsrailin məqsədi İranın yüksək rütbəli dövlət rəsmilərini məhv etməkdir. Müəllif
03.07.2026 321 Seda Sayan Xoşqədəm Hidayətqızını belə qarşıladı - FOTO
Xoşqədəm Hidayətqızı əri Doğuşla birlikdə Seda Sayanın proqramında qonaq olub. "Yeni Sabah" xəbər verir ki, verilişdən sonra aparıcı sosial şəbəkə hesabında paylaşım edib. O, Türkiyədə qarşılaşdığı diqqət və sevgidən bəhs edib, Seda Sayanla bir araya gəlməkdən məmnunluğunu ifadə edib: Seza
03.07.2026 395 Təbii fəlakətlərdən sonra eyni sual: Niyə evlər sığortasız qalır? - SIĞORTA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda son vaxtlar müşahidə olunan güclü yağışlar və əlverişsiz hava şəraiti bir çox yaşayış evinə və fərdi təsərrüfatlara ciddi ziyan vurdu. Su basmış evlər, yararsız hala düşən əşyalar və yüksək maddi itkilər bir daha göstərdi ki, təbii fəlakətlər hər an gözlənilmədən baş verə bilər. Buna baxmayaraq
03.07.2026 238 Rusiyada məmurların olduğu avtomobil partladıldı
Rusiyanın Kursk vilayətində rayon administrasiyasının əməkdaşlarını daşıyan avtomobil partladılıb. xəbər veirr ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn məlumat yayıb. Məlumata görə, partlayış Rılsk rayonunun mərkəzində məsafədən idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsind
03.07.2026 298 Abşeronda çimərliyi çəyirtkələr basdı - Video
Abşeron rayonu ərazisindəki çimərliyə çəyirtkələr axın edib. -ə istinadən xəbər verir ki, bununla bağlı görüntülər yay aylarında sakinlərin ən çox üz tutduğu Novxanı çimərliyində qeydə alınıb. Kadrlarda çəyirtkələrin sahildəki zibillərin, şezlonqların üzərində gəzməsi yer alıb
03.07.2026 244 Supermarket almaları təhlükəlidirmi?
Supermarketdən alınan almalar sağlam qida hesab olunsa da, onların satışdan əvvəl keçdiyi emal prosesi bəzi suallar yaradır. Avstraliyalı qastroenteroloq Pol Frums mağazalarda satılan almaları niyə yemədiyini və bunun səbəblərini izah edib. xarici mediaya istinadən xəbər verir ki, alma təbii olaraq nazi
03.07.2026 230 Azərbaycanda daun sindromlu şəxslərin sayı azalıb
Azərbaycanda 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 1122 (2024-cü ildə 1259) olub. BİG.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 624-ü kişi (553), 498-i qadındır (706). 70
03.07.2026 251 Ermənistan seçim qarşısında? Paşinyan həm Rusiyaya, həm Aİ-yə mesaj verdi
Ermənistan Rusiya ilə münasibətlərdə böhran yaratmaq niyyətində deyil. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, Yerevan beynəlxalq tərəfdaşları ilə münasibətlər qurarkən ilk növbədə öz milli maraqlarını rəhbər tutur. Bununla yanaşı, Baş nazir vurğulayı
03.07.2026 214