Günəş pullu olacaq - ABŞ Yer kürəsini işıqlandıracaq güzgüləri kosmosa buraxır

Günəş pullu olacaq - ABŞ Yer kürəsini işıqlandıracaq güzgüləri kosmosa buraxırABŞ-da fəaliyyət göstərən Reflect Orbital şirkəti gecə vaxtı Yer səthini işıqlandırmaq üçün orbitdə yerləşdirilən güzgülər sistemi yaratmağı planlaşdırır. Layihə on minlərlə reflektor qurğunun orbitə çıxarılmasını nəzərdə tutur. Bu güzgülər Günəş işığını əks etdirərək sifariş əsasında planetin müəyyən hissələrini gecə vaxtı işıqlandıra biləcək.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Qeyd olunur ki, ideya yeni deyil. Hələ 1923-cü ildə raket mühəndisliyi üzrə alim Herman Obert "Planetlərarası məkanda raket" əsərində orbitdə yerləşdirilən böyük güzgülərin fövqəladə hallar zamanı və fəlakətlərin qarşısının alınmasında istifadə oluna biləcəyini irəli sürmüşdü.

XX əsrdə bu konsepsiyanı reallaşdırmaq üçün bir neçə cəhd edilib. Məsələn, 1990-cı illərdə Rusiyanın "Znamya" proqramı kosmosdan işığın əks olunmasının mümkün olduğunu nümayiş etdirmişdi. Layihə çərçivəsində yaranan işıq şüası Avropa üzərində Ay işığına bənzər parlaq ləkə kimi müşahidə olunmuşdu.

Reflect Orbital şirkəti orbitə diametri 20-50 metr olan təxminən 50 min güzgü çıxarmağı planlaşdırır. Bu qurğular Yer ətrafında "kəmər" formalaşdıracaq və müştərilərin sorğusuna uyğun olaraq müəyyən ərazilərə işıq yönəldəcək.

Şirkətin təsisçisi Ben Novak bildirib ki, bu sistemi xüsusi tətbiq vasitəsilə idarə etmək mümkün olacaq.

Xidmətin təxminən saatı 5 min dollar dəyərində olacağı gözlənilir. Layihənin tətbiq sahələri kimi xilasetmə əməliyyatları, kənd təsərrüfatı və günəş elektrik stansiyalarının səmərəliliyinin artırılması göstərilir. Texnologiyaya hərbi qurumların da maraq göstərdiyi bildirilir.

Bununla belə, layihə artıq tənqidlərə səbəb olub. Astronomlar belə sistemin işıq çirklənməsini artıracağını və kosmik müşahidələri çətinləşdirəcəyini bildirirlər. Ekoloqlar isə bunun heyvanların təbii ritmlərinə mənfi təsir göstərə biləcəyindən narahatdır.

Bəzi tədqiqatçılar layihənin iqtisadi səmərəliliyini də sual altına alır. Onların fikrincə, gecə işıqlandırmasından əldə ediləcək fayda məhdud ola bilər və bu məqsəd üçün enerji yığımı kimi daha effektiv alternativlər artıq mövcuddur.

Qeyd edək ki, şirkət artıq 25 milyon avro investisiya cəlb edib və ABŞ-da müvafiq icazələri aldıqdan sonra ilk sınaq peykini orbitə çıxarmağı planlaşdırır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1100   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 123
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 161
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 71
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 170
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 107
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

03.10.2026 208
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 104
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 149
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 119
.