Elnarə Abdullayeva polisə müraciət etdi
"Bu gün "102"yə zəng etmişəm, sonra da polis bölməsinə gedib ərizə yazmışam".
Bunu Oxu.Az-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib.
O qeyd edib ki, sosial şəbəkədə tanımadığı bir xanım onun haqqında əsassız və həqiqətə uyğun olmayan fikirlər yazıb.
"Kim olduğunu, nə məqsədlə belə paylaşım etdiyini bilmirəm, bilmək də istəmirəm. Məni tanımayan bir insanın haqqımda bu cür yazması qəbuledilməzdir. Sən tanımadığın biri haqqında necə nə gəldi yaza bilərsən? Mən uşaq deyiləm, müəyyən həyat və sənət yolu keçmiş bir insanam, respublikanın Əməkdar artistiyəm. İllərdir televiziya və sənət vasitəsilə cəmiyyətə xidmət etmişəm. 50 ildir oxuyuram.
Həmin şəxs mənim efirdə guya "abır-həya maskası altında danışdığımı" iddia edib. Sən verilişi izləmədən, mövzunun mahiyyətini anlamadan necə bu cür fikir yaza bilərsən və şərhlərdə məni söydürə bilərsən? İnsan əvvəlcə kim haqqında danışdığını və nəyi tənqid etdiyini dəqiq bilməlidir. Kiminsə əsassız paylaşımı nəticəsində sosial şəbəkələrdə niyə təhqir olunmalıyam?
Ona görə də hüquq-mühafizə orqanlarına müraciət etmişəm. "102" xidmətinə zəng etmişəm və bir az əvvəl polis bölməsində də rəsmi şikayətimi bildirmişəm. Bundan sonrakı prosesi qanun çərçivəsində aidiyyəti qurumlar araşdıracaqlar. Xeyir Allahdan. Mən hamıya demək istəyirəm ki, heç kim heç kimə heç bir söz deyə bilməz, qarşısına qoyub aşağılaya bilməz. Olmaz bu şeyləri danışmaq", - deyə E.Abdullayeva bildirib.
Xatırladaq ki, E.Abdullayeva "Xəzər" TV-nin efirində qonaq olarkən hicablı qadınların fotolarını sosial şəbəkənin hekayə bölümündə paylaşmasını düzgün hesab etmədiyini bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1226 Tarix: 03 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
03.10.2026 123 Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb
Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind
03.10.2026 161 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
00:51 71 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək
03.10.2026 170 Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
00:19 107 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
03.10.2026 208 Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
00:33 104 Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb
Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
03.10.2026 149 Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
00:27 119