İtkin düşən pilotlar ABŞ-İran müharibəsinə təsir edə bilərlər?

İtkin düşən pilotlar ABŞ-İran müharibəsinə təsir edə bilərlər?ABŞ-nin vurulan "F-15E" qırıcı təyyarəsinin itkin düşmüş pilotunun taleyi İran münaqişəsinin tarixində həlledici ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məqalə dərc edib.

Məqalədə vurğulanır ki, hər iki pilotun uğurla xilas edilməsi Vaşinqton rəhbərliyinin addımlarına inamı artıra və ABŞ Prezidenti Donald Trampı hərbi əməliyyatları davam etdirməyə və ya hətta genişləndirməyə, o cümlədən quru müdaxiləsinə sövq edə biləcək mühüm məqam olardı. Lakin ikinci pilot əsir düşərsə, ABŞ daxilində hava zərbələrini dayandırmaq və danışıqlara başlamaq tələbi ilə ictimai təzyiq artacaq, İran isə güzəştlər əldə etmək üçün güclü bir rıçaq qazanacaq.

Xilasetmə missiyasının uğursuzluğu və ya ələ keçirilmə zamanı pilotun ölümü ilə bağlı digər ssenarilər də nəzərdən keçirilir. Belə şəraitdə ABŞ-də İrana qarşı cəzalandırıcı cavab tədbirləri və ehtimal olunan quru əməliyyatları üçün tələblər yarana bilər.

Qeyd edək ki, ABŞ xüsusi təyinatlıları artıq vurulan ABŞ qırıcısının itkin düşən ikinci ekipaj üzvünün axtarışı üçün İrandadırlar. Birinci pilot iki ABŞ hərbi helikopteri və yanacaqdolduran təyyarələrin iştirak etdiyi əməliyyat zamanı xilas edilib.

Xatırladaq ki, aprelin 3-də İranın hava hücumundan müdafiə qüvvələri ölkənin hava məkanında ABŞ-yə məxsus bir qırıcı təyyarəni vurub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sözügedən təyyarənin "F-35" (təknəfərlik təyyarə) olduğunu bildirib. CNN və "Axios" isə İran mediası tərəfindən dərc edilən fotoşəkilləri araşdırdıqdan sonra qırıcının ikinəfərlik "F-15 Strike Eagle" bombardmançı təyyarəsi olduğu qənaətinə gəliblər.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 647   Tarix: 04 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sanatoriyada şüşə qırılıb 7 yaşlı oğlumun üzərinə töküldü, pul tələb etdilər" - Video

"Buzovnada yerləşən sanatoriya mərkəzində qapının şüşəsi qırılaraq 7 yaşlı oğlumun üzərinə tökülüb. Mərkəzdən mənə zəng edərək şüşənin pulunu ödəməyimi tələb etdilər". Bu şikayətlə "Qafqazinfo"ya uşağın atası Camal Əkbərov müraciət edib. Şikayətçinin sözlərinə görə, hadisə böyük oğlunu

03.07.2026 291
.

Vitkoff və Kuşner zərurət yaranarsa, Rusiya və Ukraynaya səfər etməyə hazırdır

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı demək olar ki, hər gün hər iki ölkənin rəsmi nümayəndələri ilə təmas saxlayırlar. xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşr

03.07.2026 150
.

Abbas Bağırovdan restorana etiraz: Müştəriyə hörmətsizlik edirlər

Əməkdar artist Abbas Bağırov Hacıkənddə fəaliyyət göstərən restorandakı xidmətdən narazılığını ifadə edib. "Yeni Sabah" xəbər verir ki, o, sosial şəbəkə hesabında "Roofs" restoranı ilə bağlı paylaşım edib. Müğənni məkanda xidmət səviyyəsinin onu qane etmədiyini bildirib. O, sifarişləri

03.07.2026 207
.

Prezidentin gəlinindən zərif - Fotolar

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva yeni fotolar paylaşıb. Axşam.az xəbər verir ki, şəkillər Alenann qatıldığı tədbirlərdən birində lentə alınıb. Alena Əliyevanın sözügedən paylaşımını təqdim edirik:

03.07.2026 497
.

Rusiya-Ermənistan münasibətlərində diqqətçəkən detal: Mişustindən Paşinyana rədd cavabı

Rusiya və Ermənistanın baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan arasında keçirilən görüşdə Avrasiya İqtisadi İttifaqı ilə bağlı məsələlər müzakirə olunmayıb. xəbər verir ki, bu barədə Yerevan Observer Telegram kanalı məlumat yayıb. Məlumata görə, Rusiyanın baş naziri Mixail Mişustin erməni həmkar

03.07.2026 200
.

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)

Onlar bir vaxtlar mahnıları, televiziya çıxışları, gözəllik titulları və ya sosial şəbəkələrdəki paylaşımları ilə tanınırdılar. Ancaq sonradan adları tam fərqli yöndə hallandı. Kimisi dələduzluq, kimisi ölümlə nəticələnən qəza, insan alveri, kimisi isə digər cinayət işləri ilə bağlı həbs olundu. Bəzilər

03.07.2026 463
.

Qızılın son qiyməti açıqlandı

Dünya birjalarında qızılın qiyməti yüksək səviyyələrdə qərarlaşmaqda davam edir. Qlobal bazarlardakı bu bahalaşma tendensiyası Azərbaycanın yerli zərgərlik bazarındakı qiymətlərə də öz təsirini göstərib. "Yeni Sabah" "COMEX"ə istinadən xəbər verir ki, hazırkı göstəricilərə əsasən

03.07.2026 170
.

Qara Qarayevdə 4 avtomobil toqquşdu - Video

Paytaxtın Nizami rayonu Qara Qarayev prospektində zəncirvari qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dörd avtomobilin toqquşduğu hadisədə 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Mətbuat xidmətinin baş inspektoru Rüstəm Əhmədli bildiri

03.07.2026 288
.

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın cənub-qərbindəki Kume və Miyako adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan olunmayıb

03.07.2026 155
.

TOP MP3