İranda iki nəfər edam olunub

İranda iki nəfər edam olunubİran hakimiyyəti terrorizmdə günahkar bilinən "İran Xalq Mücahidləri Təşkilatı" ("Mücahid-e Xalq") qruplaşmasının iki üzvünün ölüm hökmünü icra edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İranın "Tasnim" agentliyi məlumat verib.

Bildirilir ki, İran Ali Məhkəməsi ölüm hökmünü təsdiqlədikdən sonra iki nəfər Tehranda asılıb.

Agentlik qeyd edir ki, yaraqlılar xaricdən təlimatla İran paytaxtında bir sıra silahlı hücumlar və partlayışlar törədiblər. Onlar, həmçinin maliyyə dəstəyinə, kiçikqabaritli raket qurğularının və əldəqayırma bombaların yığılması üçün emalatxanalar kimi, eləcə də qruplaşmanın digər üzvləri üçün sığınacaq kimi istifadə edilən konspirativ (təhlükəsiz) evlərin icarəyə götürülməsinə məsuliyyət daşıyırmışlar. Məlumata görə, onlar pulları xaricdəki koordinatorlardan tranşlarla kriptovalyuta şəklində alıblar.

Təşkilat üzvləri əvvəlcədən hazırlanmış dörd qurğudan istifadə etməklə növbəti hücumu həyata keçirməyə cəhd edərkən cinayət başında ələ keçiblər. İran məhkəməsi onları silahlı üsyan, milli təhlükəsizliyə qarşı əlbir olma və İslam Respublikasının dövlət sistemini devirməyə yönəlmiş terror aktlarında günahkar bilib. Aşkar edilmiş dəlillər, eləcə də maskalanmaq üçün vasitələr, müşahidə kameralarından materiallar və təqsirləndirilən şəxslərin özlərinin ifadələri ölüm cəzası üçün əsas olub.

Xatırladaq ki, daha əvvəl də "İran Xalq Mücahidləri Təşkilatı"nın üzvləri edam edilmişdilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 220   Tarix: 04 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ

Azərbaycanda ehsan ənənələrinə fərqli və faydalı bir baxış bucağı gətirilib. BİG.AZ -a istinadla xəbər verir ki, Samux rayonunda yerli sakinlərdən biri atasının vəfatından sonra yubiley ehsanı vermək əvəzinə, yaşadığı kəndin bərbad vəziyyətdə olan yollarını təmir etdirmək qərarına gəlib. Sakin öz şəxs

00:15 127
.

​Bu ayda iş vaxtı norması AZALACAQ

Azərbaycanda 2026-cı ildə may ayında qeyri-iş günlərinin çoxluğu səbəbindən iş vaxtı norması azalacaq. xəbər verir ki, beşgünlük iş həftəsi üçün 15 tam iş günü (8 saatlıq) və 2 qısaldılmış iş günü (7 saatlıq) nəzərdə tutulur. Bu isə ümumilikdə 134 saat iş vaxtı deməkdir. Qeyd edək ki, may ayında qeyri-i

00:11 111
.

Alen Simonyan: Vətəndaşlar Ermənistanda siyasi xüsusi hərbi əməliyyata yol verməməlidirlər

Ermənistan parlamentinin sədri Alen Simonyan Ktriç Nersisyanı (Bütün ermənilərin Katolikosu II Garegin - red.) ölkənin təhlükəsizliyi üçün təhdid adlandırıb. "Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, o bunu "Vətəndaş müqaviləsi" partiyasının növbədənkənar qurultay

04.04.2026 186
.

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edilib. BİG.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, Belarus vətəndaşı, ADA-da tələbə olan 20 yaşlı Ardeshir Seyfpour Saad Abadi barəsind

04.04.2026 219
.

Bu ərazilərdə mənzillər BAHALAŞIR

Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli şəkildə yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir. Aidiyyəti qurumların son məlumatları yaxın dövrdə ölkənin bir neçə böyük şəhərində söküntü və yenidənqurma proseslərinin başlanacağını göstərir. Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərind

04.04.2026 210
.

Ali Radanın alt komitəsinin sədri: Ukrayna müharibəni texnoloji müstəviyə keçirir

Rusiyanın Ukrayna ərazisində qoşunlar qrupunu 2024-cü ildəki 520 mindən 2025-ci ildə 700 minə qədər artırmasına rəsmi Kiyev simmetrik cavab verib vətəndaşlarının səfərbərliyini artıra bilməz. Bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının Müdafiə və milli təhlükəsizlik, kəşfiyya

04.04.2026 184
.

İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib

İran hakimiyyəti humanitar yüklər və zəruri tələbat malları olan gəmilərin ölkə limanları istiqamətində Hörmüz boğazından keçməsinə icazə verib. "Report" "Tasnim"ə istinadən xəbər verir ki, qərar İran hökuməti və ölkənin silahlı qüvvələrinin razılığı əsasında qəbul edilib. Bildirili

04.04.2026 189
.

Azərbaycanda 8 mayla bağlı QƏRAR VERİLDİ

Azərbaycanda 8 May qısaldılmış iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq 8 May (cümə) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 9 May bu i

04.04.2026 297
.

Serj Sarqsyanın partiyası seçkidə iştirak edəcək?

Serj Sarqsyan Ermənistan Respublikaçı Partiyasının 18-ci qurultayından əvvəl iyunun 7-nə təyin olunan parlament seçkisində iştirak etməyəcəyini təsdiqləyib. -ın xəbərinə görə, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. Bildirilib ki, keçmiş prezident partiyasının kimi dəstəkləyəcəyini qurulta

04.04.2026 178
.

TOP MP3