Azərbaycanda evlənmək istəyənlərə EV VERİLƏ BİLƏR - YENİ TƏKLİFİN DETALLARI
Son zamanlar ölkədə ailə qurmaqdan çəkinənlərin sayı artıb. Bu səbəbdən evliliklərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Əsas səbəblərdən biri gənclərin şəxsi mənzilə sahib olmamasıdır. Hazırda ev almaq üçün minimum 80-100 min manat vəsait tələb olunur ki, bu da həm yüksək gəlir, həm də kredit götürmək istəyənlər üçün kifayət qədər ağır şərtlər deməkdir.
Bəs gənclərin ev sahibi olması və ailə qurması üçün hansı konkret dəstək mexanizmləri tətbiq edilməlidir?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əslində, problemin həlli yolları mövcuddur.
İqtisadçının sözlərinə görə, Azərbaycanda sosial ipoteka mexanizmi olsa da, onun həcmi kifayət qədər məhduddur:
"Azərbaycanda sosial ipoteka var, lakin payı cəmi 4 faizdir. Bu isə çox azdır və müraciət edənlərin sayı bundan dəfələrlə çoxdur. Ona görə də Bakı şəhərinin gələcəyi barədə ciddi düşünmək lazımdır. Torpaqlarımız işğaldan azad olunub və yeni imkanlar yaranıb".
N.Cəfərli hesab edir ki, gənc ailələr üçün alternativ istiqamətlər təşviq olunmalıdır:
"Gənc ailələrə işğaldan azad olunmuş ərazilərdə - Xankəndi, Ağdam, Füzuli, Zəngilan, Qubadlı kimi bölgələrdə yaşamaq üçün faizsiz kreditlər verilməli, onlar mənzillə təmin olunmalı və iş yerləri yaradılmalıdır. Bu, gənclərin yalnız Bakıda deyil, regionlarda, xüsusilə də azad olunmuş ərazilərdə məskunlaşmasına şərait yaradar. Beləliklə, bir neçə problem eyni vaxtda həll olunar. Məsələn, Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma sürətlənər, yeni iş yerləri yaranar və tikinti sektoru inkişaf edər".
Natiq Cəfərlinin fikrincə, hazırda əsas problem yanaşmadadır:
"Bizdə "mənzilə çıxış imkanları məhduddur" deyəndə yalnız Bakı nəzərdə tutulur. Bu isə düzgün yanaşma deyil. Paytaxt artıq həddindən artıq yüklənib və demək olar ki, yaşanılmaz vəziyyətə gəlib. Hətta güclü yağış zamanı belə şəhər iflic olur. Bütün bu problemlərə kompleks yanaşmaq lazımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 652 Tarix: 04 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
00:48 78 Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb
Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
03.10.2026 149 Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
03.10.2026 123 ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
00:07 98 Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir
Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin
03.10.2026 138 Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard
00:13 111 3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
03.10.2026 326 Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
00:17 99 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 74