Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq

Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaqSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 173   Tarix: 07 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakcell ilə ingilis dilini "Singit" tətbiqində öyrən

İnnovasiya lideri Bakcell abunəçiləri üçün "Singit" xidmətinə çıxış imkanı yaradır. Xidmət ingilis dilini öyrənmə prosesini daha praktik və gündəlik vərdişə çevirərək, musiqi əsaslı yanaşma ilə istifadəçilərə dili daha rahat mənimsəməyə imkan verir. "Singit" tətbiqi istifadəçilər

10:37 202
.

Nigar həmkarına söz atdı: "Ərinin orasını-burasını yuyan…"

Nigar Camal maraqlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, sənətçi "Maska şou" proqramında etdiyi təxminlər zamanı izləyiciləri güldürməyi bacarıb. Belə ki, o, aktrisa Ofelya Şabanovanın adını xatırlaya bilməyib və bunu qeyri-adi şəkildə ifadə edib. Nigarın səsləndirdiyi sözlər studiyad

06.04.2026 725
.

İtkin düşən kişinin meyiti qayalıqda tapıldı

Aprelin 4-də Daşkəsəndə itkin düşən 74 yaşlı kişinin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, şəhər sakini Əli Kərimovun meyiti bir gün sonra yaxınlıqdakı qayalıq ərazidə aşkarlanıb. Meyitin götürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciə

10:28 217
.

ABB-nin mobil tədbiqində problem: İstifadə etmək mümkün deyil

Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqində nasazlıq müşahidə olunur. İstifadəçilər tətbiqə daxil olmaqda çətinlik çəkdiklərini bildirirlər. " "a istinadən xəbər verir ki, məlumata görə, bir çox müştəri mobil tətbiqə giriş edə bilmədiyini və xidmətlərdən istifadə zamanı problemlərlə üzləşdiyin

06.04.2026 528
.

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,28% artaraq 4 692,8 ABŞ dollarına bərabər olub. COMEX-d

06.04.2026 430
.

Lukaşenko: Ermənistanın mövqeyi aydınlaşdırılmalıdır

Belarus Prezidenti Alexander Lukashenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Ermənistan arasında əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. xəbər verir ki, bu barədə BelTA agentliyinin Telegram kanalında məlumat yayılıb. Lukaşenko bildirib ki, Ermənistanda baş verən gərgi

11:18 210
.

Çuğunduru çiy yemək təhlükəlidir

Bir çox insan hesab edir ki, çiy çuğundur vitaminlərlə zəngin məhsuldur və onu tez-tez yemək lazımdır. Amma həkimlər çoxdan xəbərdarlıq edir: bu kök tərəvəz ilk baxışda göründüyü qədər zərərsiz deyil. xarici mediaya istinadən xəbər verir ki, dietoloqlar çiy çuğundurun xüsusilə həssas mədəsi olan insanla

06.04.2026 371
.

BƏƏ prezidentinin müşaviri İran hökumətinə etibar edilməməli olduğunu bildirib

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın müşaviri, ərəb qonşularına hücumlarından sonra İran hökumətinə olan etibarını itirdiklərini söyləyir. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Ənvər Qarqaş çərşənbə axşamı sosial mediada paylaşım edərək ölkəsini

11:03 190
.

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə 19 yaşlı qızın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə xanım yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Cinayə

11:52 245
.

TOP MP3