Təhsil ocağında təhlükə: uşaqlar nə qədər qorunur?

Təhsil ocağında təhlükə: uşaqlar nə qədər qorunur?"Ağsuda baş verən bu hadisə həqiqətən sarsıdıcıdır və cəmiyyətdə ciddi narahatlıq doğurur. Məktəb uşağın özünü ən təhlükəsiz hiss etməli olduğu məkandır. Əgər kənar bir şəxs - xüsusilə 35 yaşlı, əlində kəsici alət olan bir şəxs - maneəsiz şəkildə təhsil müəssisəsinə daxil olub şagirdə xəsarət yetirə bilirsə, burada təhlükəsizlik boşluğunun olduğunu inkar etmək mümkün deyil.

Məsələyə bir neçə aspektdən yanaşmaq olar".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, bildirib ki, ilk növbədə, məktəblərin giriş-çıxış rejimi elə tənzimlənməlidir ki, şagird və müəllim heyətindən başqa heç bir şəxs ciddi yoxlanışdan keçmədən içəri daxil ola bilməsin. Hadisə göstərir ki, ya mühafizə sistemi formal xarakter daşıyır, ya da məktəblərdə kənar şəxslər üçün faktiki "açıq qapı" mühiti mövcuddur. Mühafizəçinin və ya növbətçi müəllimin həmin şəxsi dayandırmaması, niyyətini soruşmaması isə açıq şəkildə məsuliyyətsizlikdir:

"Digər tərəfdən, hadisənin başqa bir məktəblinin qardaşı tərəfindən törədilməsi şagirdlər arasında əvvəlcədən gərginliyin olduğunu göstərir. Məktəb rəhbərliyi və psixoloqlar bu cür halları vaxtında aşkar etməli və qarşısını almalı idi. Valideynlərin və ya yaxınların məktəbə gəlib "hesab sorması" isə artıq hüquqi çərçivədən çıxaraq özbaşınalığa çevrilir.

Bu cür hadisələr təkcə bir şagirdin fiziki sağlamlığına deyil, eyni zamanda digər uşaqların psixoloji vəziyyətinə də ciddi zərbə vurur. Əgər uşaqlar məktəbə qorxu ilə gedirsə, artıq təhsilin keyfiyyətindən danışmaq çətinləşir.

Bu, sadəcə fərdi cinayət deyil, həm də təhsil müəssisələrində idarəetmə və təhlükəsizlik mexanizmlərindəki ciddi çatışmazlığın göstəricisidir. Bir məktəbdə kənar şəxs əlində bıçaqla sərbəst hərəkət edə bilirsə, deməli, həmin müəssisənin təhlükəsizlik sistemi uşaqları qorumaq üçün yetərli deyil. Bu hadisə digər məktəblər üçün də ciddi xəbərdarlıq olmalı və mühafizə sistemlərinə yenidən baxılmasına səbəb verməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 178   Tarix: 07 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakcell ilə ingilis dilini "Singit" tətbiqində öyrən

İnnovasiya lideri Bakcell abunəçiləri üçün "Singit" xidmətinə çıxış imkanı yaradır. Xidmət ingilis dilini öyrənmə prosesini daha praktik və gündəlik vərdişə çevirərək, musiqi əsaslı yanaşma ilə istifadəçilərə dili daha rahat mənimsəməyə imkan verir. "Singit" tətbiqi istifadəçilər

10:37 202
.

Nigar həmkarına söz atdı: "Ərinin orasını-burasını yuyan…"

Nigar Camal maraqlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, sənətçi "Maska şou" proqramında etdiyi təxminlər zamanı izləyiciləri güldürməyi bacarıb. Belə ki, o, aktrisa Ofelya Şabanovanın adını xatırlaya bilməyib və bunu qeyri-adi şəkildə ifadə edib. Nigarın səsləndirdiyi sözlər studiyad

06.04.2026 725
.

İtkin düşən kişinin meyiti qayalıqda tapıldı

Aprelin 4-də Daşkəsəndə itkin düşən 74 yaşlı kişinin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, şəhər sakini Əli Kərimovun meyiti bir gün sonra yaxınlıqdakı qayalıq ərazidə aşkarlanıb. Meyitin götürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciə

10:28 217
.

ABB-nin mobil tədbiqində problem: İstifadə etmək mümkün deyil

Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqində nasazlıq müşahidə olunur. İstifadəçilər tətbiqə daxil olmaqda çətinlik çəkdiklərini bildirirlər. " "a istinadən xəbər verir ki, məlumata görə, bir çox müştəri mobil tətbiqə giriş edə bilmədiyini və xidmətlərdən istifadə zamanı problemlərlə üzləşdiyin

06.04.2026 528
.

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,28% artaraq 4 692,8 ABŞ dollarına bərabər olub. COMEX-d

06.04.2026 430
.

Lukaşenko: Ermənistanın mövqeyi aydınlaşdırılmalıdır

Belarus Prezidenti Alexander Lukashenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Ermənistan arasında əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. xəbər verir ki, bu barədə BelTA agentliyinin Telegram kanalında məlumat yayılıb. Lukaşenko bildirib ki, Ermənistanda baş verən gərgi

11:18 210
.

Çuğunduru çiy yemək təhlükəlidir

Bir çox insan hesab edir ki, çiy çuğundur vitaminlərlə zəngin məhsuldur və onu tez-tez yemək lazımdır. Amma həkimlər çoxdan xəbərdarlıq edir: bu kök tərəvəz ilk baxışda göründüyü qədər zərərsiz deyil. xarici mediaya istinadən xəbər verir ki, dietoloqlar çiy çuğundurun xüsusilə həssas mədəsi olan insanla

06.04.2026 371
.

BƏƏ prezidentinin müşaviri İran hökumətinə etibar edilməməli olduğunu bildirib

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın müşaviri, ərəb qonşularına hücumlarından sonra İran hökumətinə olan etibarını itirdiklərini söyləyir. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Ənvər Qarqaş çərşənbə axşamı sosial mediada paylaşım edərək ölkəsini

11:03 190
.

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə 19 yaşlı qızın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə xanım yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Cinayə

11:52 245
.

TOP MP3