Əliyev-Kavelaşvili: enerji, nəqliyyat və təhlükəsizlik məsələləri müzakirə olundu
"Aprelin 6-da Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında təkbətək görüş keçirilib".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
O, qeyd edib ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb. Söhbət zamanı siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat və sərmayə sahələrində əməkdaşlığın uğurlu inkişafından danışılıb. Xüsusilə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunmasında Azərbaycan-Ermənistan normallaşma prosesinin rolu qeyd olunub. Həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə edilib və əlaqələrin perspektivləri müzakirə olunub.
Politoloq Tural İsmayılov görüşü regionda geosiyasi balansın koordinasiyası və strateji əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab edir. O bildirir ki, enerji və nəqliyyat layihələri - Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu - həm iqtisadi dividendlər yaradır, həm də Avrasiyanın enerji və logistika xəritəsini formalaşdırır.
İsmayılovun sözlərinə görə, görüş həmçinin regional təhlükəsizlik, iqtisadi diplomatiya və Cənubi Qafqazda əməkdaşlıq modelinin təşviqi baxımından önəmlidir. Tbilisidəki təmas Azərbaycan-Gürcüstan tandeminin sabitlik, qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanan əməkdaşlıq modelini qorumaqda israrlı olduğunu nümayiş etdirir və əlaqələrin daha yüksək, institusional və geostrateji mərhələyə yüksəlməsi üçün potensial açır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 596 Tarix: 07 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
00:15 104 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
03.10.2026 138 Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb
Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
03.10.2026 142 Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq
03.10.2026 168 ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
00:07 98 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
03.10.2026 208 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər
03.10.2026 136 Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard
00:13 111 Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
03.10.2026 117