ABŞ-İran qarşıdurması: atəşkəs, yoxsa müvəqqəti pauza?
ABŞ prezidenti Donald Trampın "bu gecə qədim bir sivilizasiya məhv olacaq, bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək" kimi sərt bəyanatından sonra İrana qarşı başladılan hərbi əməliyyatlar dayandırılıb.
Bildirilir ki, atəşkəs iki həftə müddətində qüvvədə olacaq. İran tərəfi isə vurğulayır ki, müharibə yalnız aprelin 10-da planlaşdırılan danışıqlarda 10 bəndlik saziş tam imzalandıqdan sonra başa çatmış hesab edilə bilər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, hazırda müharibə bitmiş sayılmır. Bu, sadəcə atəşkəs razılığıdır və vəziyyət hələ də həssas olaraq qalır. Hər an gərginliyin yenidən artması ehtimalı var. Bununla belə, atəşkəsin əldə olunması gözlənilən idi. Çünki İsrail və ABŞ-ın İrana qarşı başladığı hərbi əməliyyatlar gözlənilən nəticəni vermədi:
"Doğrudur, Təl-Əviv və Vaşinqton İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla bir sıra mühüm şəxsləri zərərsizləşdirib, həmçinin ölkənin hərbi obyektlərinə və infrastrukturuna ciddi ziyan vurub. Lakin Tehranın cavab addımları da gözləniləndən daha sərt olub.
İran ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazalarını və bu bazaların olduğu ölkələri açıq hədəf elan edib, müxtəlif istiqamətlərdə zərbələr endirib. Hətta ABŞ-ın Fars körfəzinə yerləşdirdiyi donanmaya, o cümlədən F-15E qırıcı təyyarəsinə və daha sonra pilotları axtarmaq üçün göndərilən "Black Hawk" tipli helikopterə qarşı hücumlar vəziyyəti daha da gərginləşdirib. İsrailə endirilən fasiləsiz zərbələr də münaqişənin miqyasını genişləndirib.
Faktiki olaraq İranın müqaviməti ABŞ üçün gözlənilməz olub. Bundan əlavə, körfəz ölkələrinin, Türkiyənin və Avropa müttəfiqlərinin Vaşinqtona açıq dəstək verməməsi, əksinə əməliyyatların dayandırılması üçün təzyiq göstərməsi də ABŞ-ı bu addımı atmağa vadar edib.
Subyektiv yanaşmaya görə, atəşkəsin əldə olunmasında əsas faktor Çinin rolu olub. Bildirilir ki, Ayətullah Müctəba Xamenei Pekinin diplomatik səyləri və son anda göstərdiyi təsir nəticəsində Pakistanın təklif etdiyi iki həftəlik atəşkəsi qəbul edib. Bununla yanaşı, Çinin İrana hərbi dəstəyi də diqqət çəkir.
Son günlər İran ordusunun ABŞ-a qarşı daha dəqiq və effektiv zərbələr endirməsi diqqətdən qaçmayıb. Halbuki bundan əvvəl İran ciddi itkilərlə üzləşmişdi. Bu dəyişimin əsas səbəbi kimi Çinin İrana yeni nəsil hava hücumundan müdafiə sistemləri və digər silahlar təqdim etməsi ehtimal olunur.
Beləliklə, ehtimal edilir ki, Pekin həm Tehrana diplomatik təsir göstərib, həm də Vaşinqtonu hərbi balans vasitəsilə danışıqlar masasına oturmağa məcbur edib.
Pakistanın baş naziri Şahbaz Şərif ABŞ, İsrail və İran nümayəndələrini aprelin 10-da İslamabadda keçiriləcək danışıqlara dəvət edib. İsrailin baş naziri Benyamin Netanyahu isə Donald Trampın əməliyyatların dayandırılması qərarını dəstəkləyib.
Hazırda qarşıda iki həftəlik atəşkəs və mümkün sülh danışıqları dayanır. Buna baxmayaraq, həm ABŞ, həm də İran tərəfi özünü qalib elan edir. Lakin mövcud vəziyyətdə heç bir tərəfin tam qələbə qazandığını demək mümkün deyil. Əgər bu, qələbədirsə, onu yalnız "Pir qələbəsi" kimi qiymətləndirmək olar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 712 Tarix: 08 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
00:19 107 Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO
Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin
03.10.2026 268 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
03.10.2026 176 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl
03.10.2026 158 Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir
Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin
03.10.2026 138 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 103 Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb
Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını
03.10.2026 151 Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
03.10.2026 117 Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
00:11 110