Neft bazarında əsas sual: qiymətlər yenidən 70 dollara düşə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Neft bazarında əsas sual: qiymətlər yenidən 70 dollara düşə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMAABŞ-İran arasında əldə olunan iki həftəlik atəşkəsdən sonra neftin qiymətinin 95 dollar səviyyəsinə qədər enməsi bazarlarda müəyyən ümid yaratsa da, əsas sual açıq qalır: neft yenidən müharibədən əvvəlki 70 dollar səviyyəsinə düşə bilərmi? Financial Times isə bu ssenarinin real olmadığını vurğulayır. Yaxın Şərqdə davam edən geosiyasi risklər, xüsusilə Hörmüz boğazı ətrafında qeyri-müəyyənliyin qalması və qlobal təchizat zəncirindəki problemlər qiymətlərin tam sabitləşməsinə mane olur.

Mövcud şərait göstərir ki, bazarda hələ də gərginlik qalır və neftin ucuzlaşması məhdud xarakter daşıyır. Bu baxımdan, hazırkı enişə baxmayaraq, neft bazarında qeyri-sabitliyin davam edəcəyi və qiymətlərin yaxın dövrdə kəskin şəkildə aşağı düşməsinin çətin olacağı ehtimal olunur.
Neft bazarında əsas sual: qiymətlər yenidən 70 dollara düşə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, neftin qiymətinin ən azından yaxın həftələrdə biraz yüksək qiymətlərini görəcəyik. Yəni hardasa 80-90 dollar arası qiymətləri görəcəyik. Onun sözlərinə görə, amma tamamilə vəziyyət düzələndən sonra, yəni müxtəlif anlaşmalar, imzalar atılandan sonra, müxtəlif sənədlərlə bağlı yenidən 70-80 dollar koridorunu görə bilərik: "Ancaq uzaq perspektivə baxsaq, məsələn 6 aylıq və ya 1 illik perspektivə baxsaq daha ucuz qiymətlər görəcəyik. Çünki yaxın zamanlarda Venesuela neftidə bazara çıxmağa başlayacaq daha çox həcmdə.

Venesuela neftinin bazara daha çox çıxması təbiiki qiyməti dahada aşağı salacaq. Hətta İran neftinində bazara çıxması ehtimalı var. Çünki sanksiyaların bir hissəsi götürüləcək. Bütün bunlar neftin qiymətinin orta və uzaq perspektivdə daha ucuz olmasına dəlalət edir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 740   Tarix: 08 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

00:15 104
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

03.10.2026 138
.

Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 142
.

Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"

"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq

03.10.2026 168
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 98
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

03.10.2026 208
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər

03.10.2026 136
.

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard

00:13 111
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

03.10.2026 117
.