Azərbaycanda altı nəfərin vəziyyətinin ağırlaşdığı RESTORAN BAĞLANDI
Şirvan şəhərində beş nəfərin zəhərlənməsi (bir nəfər isə mədə-bağırsaq pozğunluğu səbəbi ilə xəstəxanaya müraciət edib - red.) barədə Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə daxil olan bildiriş əsasında araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Açıqlamada qeyd olunub ki, araşdırmalar nəticəsində hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib:
"Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir".
11:46
"Şirvanda baş verən zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır."
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən verilib.
Qeyd olunub ki, aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan altı nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub".
11:36
Şirvan şəhərində qidadan zəhərlənən şəxslərdən dördünün qohum olduğu müəyyənləşib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə onlardan ikisi bacı, iki nəfər onların yaxın qohumu, daha bir nəfər isə tanışlarıdır. Altıncı şəxs isə xəstəxanaya zəhərlənmə diaqnozu ilə yox, mədə-bağırsaq pozğunluğu səbəbi ilə müraciət edib.
Onlar xəstəxanaya ayrı-ayrı vaxtlarda müraciət ediblər.
10:57
Şirvan şəhərində qidadan zəhərlənən şəxslərin son vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 16:00-da zəhərlənmə şübhəsi ilə beş nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vuğulanır.
09:48
Şirvanda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə ötən gün şəhər ərazisində fəaliyyət göstərən "Pizza Time" restoranında baş verib.
Belə ki, həmin iaşə obyektində qidalanan altı nəfərin göbələkdən zəhərlənmə səbəbi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyəti nəzarət altındadır.
Təfərrüatla bağlı aidiyyəti üzrə sorğu verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 819 Tarix: 08 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
00:15 104 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
03.10.2026 138 Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb
Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
03.10.2026 142 Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq
03.10.2026 168 ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
00:07 98 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
03.10.2026 208 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər
03.10.2026 136 Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard
00:13 111 Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
03.10.2026 117