Qərb dərmanları yoxa çıxır: Azərbaycan apteklərində yeni reallıq - EYYUB HÜSEYNOVDAN AÇIQLAMA

Qərb dərmanları yoxa çıxır: Azərbaycan apteklərində yeni reallıq - EYYUB HÜSEYNOVDAN AÇIQLAMASon illərdə, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda qlobal tədarük zəncirlərində baş verən dəyişikliklər Azərbaycanda dərman bazarına da ciddi təsir göstərib. Əvvəllər əsasən Avropa mənşəli və Qərb brendlərinə məxsus preparatların üstünlük təşkil etdiyi aptek rəflərində indi Türkiyə və müxtəlif Asiya ölkələrində istehsal olunan dərmanların payı nəzərəçarpacaq dərəcədə artıb. Bu dəyişiklik, bir tərəfdən logistika və sanksiyalarla bağlı məhdudiyyətlər, digər tərəfdən isə alternativ bazarların aktivləşməsi ilə izah olunur. Müşahidələr göstərir ki, bir sıra Qərb istehsalı dərman vasitələri ya tamamilə yoxa çıxır, ya da əvvəlki qədər əlçatan olmur.

Onların yerini isə əsasən Türkiyə və Rusiya istehsalı olan analoji preparatlar tutur. Bu isə həm istehlakçılar arasında keyfiyyət və etibarlılıqla bağlı suallar doğurur, həm də ölkədə dərman təminatının hansı istiqamətdə dəyişdiyini gündəmə gətirir. Mövcud vəziyyət təkcə bazar dinamikası deyil, eyni zamanda səhiyyə təhlükəsizliyi və istehlakçı hüquqları baxımından da müzakirə olunmalı mövzuya çevrilib.
Qərb dərmanları yoxa çıxır: Azərbaycan apteklərində yeni reallıq - EYYUB HÜSEYNOVDAN AÇIQLAMAMövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirdi ki, əslində istehlakçıların seçim hüququ təmin olunmalıdır. Onun sözlərinə görə, istənilən dərmanı istənilən qiymətə istehlakçı almaq imkanına malik olmalıdır: "Hökümət düzgün siyasət aparsa, istehlakçının hər bir dərman preparatına əlçatanlığı təmin olunmalıdır. Lakin hökümət guya istehlakçıların mənafeyini nəzərə alaraq 3 mindən çox dərmanın qiymətini tənzimləyib. Yəni müəyyən yuxarı qiymət həddi qoyub. Hərçənd bu tənzimləmələrdə bəzi dərmanlarla Azad İstehlakçılar Birliyi qətiyyən razı deyil. Məsələn, GALVUS MET dərmanı Azərbaycanda 75 manata, Türkiyədə 15 manata, Filippində 35 manata, İspaniyada 38 manata satılır. Mən getdiyim ölkələrdə gördüyüm qiymətləri deyirəm. Yəni digər ölkələrdə eyni dərman dəfələrlə ucuz qiymətə satılır. Guya insanların xeyrinə qiymətləri tənzimləyiblər. Biz görürük ki, əslində isə heçdə qiymətlər insanların xeyirinə tənzimlənməyib. Mən sadəcə bir dərmanın timsalında bunu dedim. Dərmanların təsirsizliyi, istehlakçıların fikrində olan ictimai rəydə var. İctimai rəy ən doğru ekspertizadır.

İctimai rəydə nə varsa, o doğrudur. Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, aptek şəbəkəsi bütün dünya ölkələri ilə müqayisədə 20 dəfə artıqdır. Azərbaycanda istehlakçılar apteklərdə növbəyə dururlar, eləcədə xəstəxanalarda. Yəni bizdə dərmana böyük təlabat var. Bu dərmanların keyfiyyətsiz olmasının göstəricilərindən biri ola bilər. Üstəlik ölkədə sürətlə əhalinin kimyalaşması gedir. Eləcədə həkim qəbulu, xəstəxanalar və s. Xəstəxanalar aydındır ki, dövlət məmurlarına məxsusdur. Mən həmişə demişəm ki, əgər mən qərar verən adam olsaydım birinci fərmanım o olardı ki, dövlət məmurları xaricdə müalicə olunmasınlar. Yəni buna icazə verilməsin. Qoy öz tikdirdikləri xəstəxanalarda müalicə olunsunlar. Yəni böyük kimyalaşmanın və istehlakçı hüquqlarının pozulması, xəstəliklərin tüğyan etməsi, istehlakçıların lazimi dərmanlara əlçatanlığının təmin olunmaması və s. problemlər çox ciddi problemlərdir. Qeyd etdiyim kimi çoxsaylı dərmanların yuxarı qiyməti təyin olunduğundan dərman gətirən biznes qurumları bahalı dərmanları, yəni natural dərmanları gətirə bilmirlər. Cenerik deyilən dərmanları gətirirlər. Cenerik yəni hər bir yeni dərman çıxandan sonra o müəyyən patent alır və 20 il o patenti heç kəsə verməmək hüququ var. 20 ildən sonra istehsalçının hüququ varki, digər istehsalçılarda o dərmanı istehsal etsinlər və buna Cenerik dərmanlar deyirlər. Cenerik dərmanlar əlbəttdəki natural dərmanları əvəz etmir. Bu cür dərmanları ölkəyə gətirirlər.

Dərmanların qeydiyyat məsələsi Azərbaycanda çox ciddi problemlərdən biridir. Yəni çox çətinliklə qeydiyyata alınırlar və təsadüfi deyilki mən 13 il əvvəl Hindistana dərman biznesi qurumları tərəfindən dəvət olundum. Orda konfransda iştirak etdim və səhvən mənim masamın üzərinə Azərbaycanda dərman preparatlarının qeydiyyatı idarəsinin rəisi məlumatını qoymuşdular. Dəfələrlə o məlumatı masamın üzərindən götüzdürdüm. Lakin yenədə masamın üzərinə yenidən qoydular. Onlara bildirdim ki, mən siz dediyiniz şəxs deyiləm, mən ictimai təşkilatın sədriyəm. İlk dəfə mən bunu mətbuata deyirəm. Mənim üzərimə o qədər insan gəldiki həttda bir yapon rus dilini bilən qız tərcüməçidə var idi. Hindlilər tökülüşdülər və mənə rüşvət təklif etdilər. Mənə istənilən rüşvəti təklif etdilər ki, nə istəyirsən verək təki bizim dərmanlar Azərbaycanda qeydiyyata alınsın. Mən gedib oteldə gizlənirdim, lakin ordan məni tapıb yenidən gətirirdilər. Mənə deyirdilər ki, sən niyə gizlənirsən, sən elə həmin adamsan. Məndə çox böyük stress içərisində o dərman forumundan gəldim Azərbaycana və bildim ki, dərmanların qeydiyyatı məsələsində nələr var. Adama nələr təklif edə bilərlər. Onuda qeyd edim ki, Hindistan Amerikaya dərman xammalının təxminən 80%-ni Hindistan verir. Lakin Hindistanda saxta dərmanlarda çoxdur.

Ölkədə dərman bazarının anormal olduğunu əyani sübut edən Alman aptekləridir. Alman aptekləri adi apteklərdə satılan dərmanların natural formasını nümayiş etdirir. Qiymətlər bahadır və dərmanların tənzimlənməsinə dair hökümətin qanunlarını tanımırlar və baha qiymətə natural dərmanlar təklif edirlər. Bu onu sübut edir ki, adi apteklərdə satılan dərmanlarla varlı adamların Alman apteklərindən aldığı dərmanlar eyni deyil. Buda aydın və gözlə görünən sübutlardan biridir. Nə qədərki ölkədə dərman siyasətini müəyyən edən adamlar həm dərman biznesi ilə fəal məşğuldur, həmdə dövlətin qərar qəbul edən orqanınında Milli Məclisdə təmsil olunur vəziyyət belədə olaraq qalacaqdır. Biznes ilə fəal məşğul olurlar, həmdə qərar verən orqanda təmsil olunurlar və ona görədə yerli istehsal demək olar ki, bloklanıb. Baxmayaraq ki, cənab prezidentin iştirakı ilə Pirallahıda dərman zavodu açıldı və biz gözləyirdik ki, yerli dərman istehsalı olacaq. Əhalinin yerli dərmanlara böyük inamı olacaq. Lakin yerli dərman istehsalı demək olarki hazırda yox dərəcəsindədir. Həttda Pirallahıda olan zavodun istehsal etdiyi çox mükəmməl və Avropa standartlarına uyğun olan şprisləri, sistem üçün olan mayeləri belə tenderlə götürmürlər. Əvəzində gedib saxta və başqa ölkələrdə olan həmin şprislərdən və mayelərdən gətirirlər. Azad İstehlakçılar Birliyi dəfələrlə bunun tədqiqatını aparıb və məlum olub ki, xarici ölkələrdən gətirilən və bu şprislər çox ucuz qiymətə gətirilir, tenderlə böyük miqdarda pul ilə satılır müəssisələrə və yaxudda apteklərdə satılır. Yerli istehsal isə dəstəklənmir. Bu əlbbətdəki anormal haldır. Bütün bunların hamısı istehlakçıların həyatında öz mənfi izlərini qoyur və Azərbaycan istehlakçıları apteklərdə, həkim növbəsində, qonşu ölkələrin xəstəxanalarında növbəyə durmuş istehlakçılara çevrilirlər.

Nəticədə orta ömür uzunluğu heçdə qənaətbəxş səviyyədə deyil. Bütün bunların əsas səbəbi ölkədə mükəmməl istehlakçı siyasətinin olmamasıdır. İstehlakçı hüquqlarını qoruyan dövlət orqanının son dərəcədə passiv olmasıdır. Ölkədə bir tərəfli biznes siyasəti, kim kimi aldadır aldatsın siyasəti və istehlakçıların hüquqlarının, sağlamlığının arxa planda qalması kimi səhv bir baxışdır. Üstəlik ölkədə dərmanların yan təsiri öyrənilmir. Yəni müəyyən dərmanlar Azərbaycana daxil olanda bəzən onların distribütoru ilə bərabər nümayəndəlikləridə olur. Bir çox dərman istehsalçılarının Azərbaycanda nümayəndəlikləri var. Nümayəndəliklər həmin dərman brendinin satışının izlənilməsi, vəziyyəti müşahidə etmək, dərmanların yan təsirini öyrənmək işi ilə məşğul olmalıdırlar.

Azərbaycan bir coğrafiyadır və burdakı insanların orqanizmi ilə Niderlanddakı insanların orqanizmi eyni deyil. Yeni dərman daxil olanda həmin dərman nümayəndəlikləri dərmanlarını yan təsirini öyrənmək ilə məşğul olmalıdır və müəyyən informasiya bazası formalaşmalıdır. Azərbaycanda belə bir iş getmir. Dərmanların yan təsirləri öyrənilmir və sadəcə olaraq gətirilib satılır. Mən çağırış edirəm ki, Səhiyyə Nazirliyi bu işə fikir versin Yəni dərmanların yan təsirləri öyrənilsin. Azərbaycanlılara bu dərmanlar necə təsir edir və hansı dəyişiklik aparılmalıdır, bu məsələlər tədqiq olunsun".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1206   Tarix: 10 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

18 yaşlı ana 3 aylıq körpəsini öldürdü

Rusiyanın Krasnoyarsk diyarında 18 yaşlı ana üç aylıq oğlunu öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 5-də Ujur şəhərində baş verib. İlkin məlumata görə, gənc qadın uşağı və valideynləri ilə birlikdə yaşayırmış. Səhər saatlarında körpə ilə evdə tək qalıb və ağlayan uşağı sakitləşdirməy

07.08.2026 216
.

Bir səhv bütün vəsaitinizi itirməyinizə səbəb ola bilər

"Son vaxtlar "faizsiz kredit", "dövlət proqramı", "hesabınıza pul köçürəcəyik" kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə çalışan dələduzların sayı artır. Unutmayın ki, bank kartınızın nömrəsi, son istifadə tarixi, CVV kodu və bankdan göndərilə

07.08.2026 207
.

Məhkəmədə Sənubər də dindirilib

Xəbər verdiyimiz kimi, bloqer İlduzə Hacıyevanın (Arzum) növbəti apellyasiya məhkəməsi keçirilib. Axşam.az xəbər verir ki, məhkəmə zamanı blogerin vəkillərinin təkrar ekspertiza təyin edilməsi istəyi təmin olunub. Məhkəmə qeyri-müəyyən vaxta təyin edilib. Məhkəmədə qəza zamanı avtomobildə olan Sənubə

07.08.2026 380
.

Ana oğluna qoyduğu ada görə həbs olundu

Norveçdə çoxuşaqlı ana oğluna yuxusunda eşitdiyi adı verdiyi üçün həbs olunub. xarici KİV-ə istinadla xəbər verir ki, hadisə 1998-ci ildə baş verib. Kirsti Larsen yeni doğulan oğluna yuxusunda ingilis dilində eşitdiyi adın ivrit dilindəki qarşılığı olan "Geşer" adını vermək istəyib. Lakin həmi

07.08.2026 208
.

"Toppuş bacı"nın ailəsində daha bir ağır itki

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Əliyev vəfat edib. Axşam.az xəbər verir ki, M.Əliyev bu gün 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa onkoloji xəstəlikdən əziyyət çəkirdi və 2023-cü ildə vəfat edib. Bir neçə gün əvvəl isə onu

07.08.2026 286
.

NASA tədqiqatçısı Ayda baş verən hadisəni təsdiqlədi

NASA-nın tədqiqatçısı Kelsi Yanq "Falcon 9" raketinin ikinci mərhələsinin Ay səthinə dəydiyini təsdiqləyib. xəbər verir ki, "Reuters" onun açıqlamasının videosunu yayımlayıb. Yanq bildirib ki, çərşənbə günü səhər saatlarında "Falcon 9" raketinin ikinci mərhələsi planlaşdırılmamı

07.08.2026 211
.

Buludun çəkisi əslində nə qədərdir? - Yüz fildən daha ağır

Yerdən baxanda buludlar yüngül və demək olar ki, çəkisiz görünür. Əslində isə başımızın üzərində nəhəng su kütlələri hərəkət edir. Orta ölçülü bir buludun çəkisi 500 tona çata bilər, ən iri tufan buludlarında isə 25 milyon tona qədər su ola bilər. Buludlar necə yaranır?. xəbər verir ki, buludlar okeanların

07.08.2026 183
.

Plastik düyü iddiaları nə dərəcədə doğrudur?

"Son vaxtlar sosial şəbəkələrdə "plastik düyü" ilə bağlı müxtəlif iddialar yayılır. Lakin elmi baxımdan bu iddiaların əsası yoxdur. Ümumiyyətlə, düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də texniki cəhətdən məntiqsizdir. Plastik qranulların istehsalı təbii düyünün becərilməsi v

07.08.2026 210
.

Dünyada şəkər qıtlığı təhlükəsi artır: Ən böyük təsir Avropada hiss olunacaq

Əkin sahələrinin azalması və anomal isti hava şəraiti səbəbindən Avropada şəkər istehsalının son on ildən artıq müddətdə ən aşağı səviyyəyə enəcəyi proqnozlaşdırılır. Bu isə qlobal şəkər qıtlığı ilə bağlı narahatlıqları artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb

07.08.2026 106
.

TOP MP3