Abituriyentləri ən çox hansı suallar çətinliyə saldı?

Abituriyentləri ən çox hansı suallar çətinliyə saldı?"Bu il 2-ci və 3-cü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları iştirakçılar üçün kifayət qədər ciddi sınağa çevrildi. Xüsusilə riyaziyyat və tarix fənləri ilə bağlı səslənən rəylər imtahanın məzmununda müəyyən tendensiyanın formalaşdığını göstərir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, riyaziyyat bloku üzrə narazılıqlar əsasən sualların sadə hesablama üzərində deyil, məntiqi nəticə çıxarma və situasiyanı analiz etmə bacarıqlarına əsaslanması ilə bağlı olub. Abituriyentlər üçün yalnız standart düsturları tətbiq etmək kifayət etməyib. Tapşırıqlar dərin anlayış, analitik düşüncə və mövzulararası əlaqə qurma qabiliyyəti tələb edib. Bu isə qiymətləndirmənin sadəcə yaddaşa deyil, daha çox bacarıq və məntiqə əsaslandığını göstərir:

"Tarix fənnində çətinlik yaradan əsas məqamlar isə xronoloji dəqiqlik, hadisələrin səbəb-nəticə əlaqələrinin mürəkkəbliyi və bəzi sualların çaşdırıcı formada təqdim olunması olub. İmtahan iştirakçıları tarixlər, şəxsiyyətlər və spesifik sənədlərlə bağlı detallara daha çox diqqət tələb edən tapşırıqlarla qarşılaşıblar. Bu tip suallar sadəcə məlumatı əzbərləməyi deyil, tarixi prosesləri bütöv şəkildə anlamağı tələb edir. Bu isə daha yüksək hazırlıq səviyyəsinə əsaslanan yanaşmadır.

Abituriyentləri ən çox hansı suallar çətinliyə saldı?İmtahanlarda çətinlik səviyyəsinin yüksək olması, əslində, biliyin daha obyektiv qiymətləndirilməsinə və seçim prosesinin keyfiyyətli aparılmasına hesablanıb. Belə tapşırıqlar abituriyentin gələcək ali təhsil mərhələsində akademik yükün öhdəsindən gəlib-gələ bilməyəcəyini müəyyənləşdirməyə xidmət edir.

Hazırda imtahanı geridə qoyan abituriyentlər üçün ən vacib məqam nəticələri təmkinlə gözləməkdir. Çünki çətinlik səviyyəsi yüksək olduqda, bu amil adətən keçid ballarına və yekun nəticələrin formalaşmasına da birbaşa təsir göstərir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 731   Tarix: 25 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

01.10.2026 416
.

Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır

Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80

01.10.2026 438
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 369
.

Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"

01.10.2026 369
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 375
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 385
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

01.10.2026 658
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 413
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 521
.