"O, usta kimi evimizdə içki də içirdi, mən sıxılırdım..."
"O vaxt vəziyyət çətin idi. Hətta millət vəkillərindən biri demişdi ki, müəllim işi bitəndən sonra gedib bənna kimi işləsin. Yəqin o millət vəkili, ya da hər hansı qohumu işləyib, bilib ki, belə bir şey var, işləmək olar. Müəllim millətin qürurudur. Ola bilər ki, elektrik, mühafizəçi gedib iki yerdə işləsin. Amma müəllimin bunu işləməsi..."
Bu sözləri meyxanaçı Rüfət Nasosnu "Üzləşmə" layihəsində deyib. O, hazırkı dövrdə müəllimlərə yaradılan şəraitin daha yaxşı olduğunu açıqlayıb:
"Bizim evimizdə təmir gedirdi, kafeli müəllim vururdu. İşdən çıxıb gəlib ustanın köməkçisi kimi çalışırdı. Usta kimi evimizdə içki də içirdi, mən sıxılırdım. Axı düz gəlmirdi, müəllim idi. Müəllim həm tərbiyə versin, həm də gəlib evində işləsin, bu, elə bil düz gəlmir. Bir şey ki, Makedoniyalı İsgəndər müəlliminə hörmət edib.
İndi də bir səhnə var ki, hər xatırlayanda utanıram ki, vicdansızlıq etmişəm. Fizika müəllimim vardı, pencəyi sökülmüşdü, biz isə ona lağ edirdik. 3 övladı var idi, səhər 1 saatlıq yolu avtobusla gəlir, 2 növbə dərs deyir, axşam da çıxıb evinə gedirdi.
İndi müəllimlərin vəziyyəti yaxşıdır. Müəllim var ki, onlara ipoteka ilə ev də verirlər. Maksimum səviyyədə güzəştlər olunur. Bölgələrdə onlara torpaq sahələri bağışlayırlar. Sertifikasiyadan 60 bal toplayan müəllimə şəhərdə iş və yüksək əməkhaqqı da verilir. İndi repetitorluq da var. Əvvəl o da yox idi. O vaxt hər müəllimin evində o şərait də yox idi. Ya da evdən qəbul etmirdilər. Psixologiya fərqli idi, qısqanclıq vardı".
R.Nasosnu tarix müəllimi ixtisası üzrə təhsil alasa da, niyə sonradan meyxanaçı kimi fəaliyyət göstərməsinə belə aydınlıq gətirib:
"Mən universitetə hüquq sahəsi üzrə qəbul olmaq istəyirdim. 58-59 balım çatmadı. Orta məktəb bazamla birinci kurs yola verdim. 4-cü kursda isə çox səhvlərim oldu, bu da birbaşa həyatıma təsir etdi. Dostlarımla başladıq meyxana deməyə. Meyxana deməyi özüm istədim". (Axşam.az)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"O səs Türkiyə"nin münsifləri açıqlandı
Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq
15.09.2021 2403 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 Orxan Gəncəbayın oğlu evləndi - VİDEO
Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb
16.09.2021 3352 "20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin
16.09.2021 5054 Özcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271 Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 "Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"
Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz
17.09.2021 5564 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043