"Hörmüz böhranı" ssenarisi: ABŞ donanması regionda, Çin hərəkətə keçdi

"Hörmüz böhranı" ssenarisi: ABŞ donanması regionda, Çin hərəkətə keçdi"ABŞ-ın Hörmüz boğazında başlatdığı blokada İrana qarşı yönəlsə də, daha geniş narahatlıqlara səbəb olub. Bu addımın hətta yeni münaqişə riskini artırdığı bildirilir".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, ümumilikdə, Hörmüz boğazı ətrafında həyata keçirilən hərbi blokada əməliyyatını dəstəkləmək üçün 15-dən çox ABŞ hərbi gəmisi regiona cəlb edilib. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus atom aviadaşıyıcısı "George Bush" isə Cəbəllütariq boğazını keçərək Aralıq dənizi akvatoriyasına daxil olub. ABŞ hərbi mənbələrinin hesablamalarına görə, zərbə qrupu yaxın 3-5 gün ərzində Mərkəzi Komandanlığın əməliyyat zonasına çatacaq:

"Vaşinqtonun bu addımı zahirdə İrana qarşı yönəlsə də, əslində daha geniş geosiyasi mesaj daşıyır. Təsadüfi deyil ki, prosesdən ən çox narahat olan ölkələrdən biri Çindir. Pekin bu regiondan enerji baxımından ciddi şəkildə asılıdır və baş verənləri öz iqtisadi təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Bu səbəbdən Çin bölgədəki hərbi-dəniz qüvvələrini Fars körfəzi yaxınlığında saxlayacağını açıqlayıb. Eyni zamanda Çin gəmilərinə mümkün müdaxilələrə qarşı xəbərdarlıq da edilib.

Çin donanmasının "müşayiət" adı ilə bölgəyə yaxınlaşması təkcə müdafiə xarakteri daşımır, həm də siyasi siqnal kimi qiymətləndirilir. Bu addım Pekinin regionda mövcudluğunu nümayiş etdirməsi kimi şərh olunur.

ABŞ üçün hazırkı mərhələdə əsas strateji rəqib Çindir. Vaşinqtonun gələcəkdə diqqətini Pekinə yönəltməsi ehtimal olunur. Lakin birbaşa hərbi qarşıdurma nə Çin, nə də ABŞ üçün arzuolunan ssenari deyil. Buna görə tərəflərin açıq müharibədən yayınaraq, yaxın məsafədə güc nümayişi ilə kifayətlənəcəyi istisna edilmir. Bu vəziyyət isə bəzi analitiklər tərəfindən 21-ci əsrin "Karib böhranı" kimi, daha dəqiq desək "Hörmüz böhranı" kimi dəyərləndirilir.

Əlbəttə, bu hələlik ehtimaldır. Lakin ABŞ-ın bölgəyə genişmiqyaslı donanma cəlb etməsi, blokada qərarında israrı və Çinin öz maraqlarını qorumaq üçün aktivləşməsi bu ssenarini daha da aktuallaşdırır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 852   Tarix: 15 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

15:14 149
.

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə

13:20 158
.

Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma

10:49 176
.

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb

Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını

16:20 99
.

Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA

Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır

02.10.2026 231
.

ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir

11:10 167
.

3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide

15:49 123
.

Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib

Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad

17:40 0
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

16:26 91
.