Azərbaycan gəncləri niyə ölkəni birdəfəlik tərk edir? - SOSİOLOQDAN AÇIQLAMA
Son illərdə Azərbaycanda diqqət çəkən əsas tendensiyalardan biri gənclərin ölkəni birdəfəlik tərk etməyə üstünlük verməsidir. Rəsmi statistik rəqəmlər bu prosesi tam açıq göstərməsə də, sosial reallıq və müşahidələr fərqli mənzərə ortaya qoyur. Xüsusilə əmək bazarında çətinliklər, karyera imkanlarının məhdudluğu və gələcəklə bağlı qeyri-müəyyənlik gəncləri xaricdə daha stabil həyat axtarmağa sövq edir. Bu gün artıq xaricə təhsil üçün gedənlərin böyük hissəsi geri qayıtmır, işləmək üçün gedənlər isə uzunmüddətli planlarını ölkə xaricində qurur.
Rəsmi olaraq miqrasiya balansı bəzi illərdə müsbət göstərilsə də, bu, daha çox ölkəyə gələn əcnəbilərlə bağlıdır və yerli gənclərin axınının qarşısının alındığı anlamına gəlmir. Beləliklə, yaranan sual açıq qalır: Azərbaycan gəncləri niyə gedir və onları geri qaytarmaq mümkündürmü?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev BiG.AZ-a açıqlamasında bildirdi ki, bilirsiz artıq Azərbaycan müstəqillik əldə etdikdən sonra Qərb ölkələri ilə, eləcədə qardaş Türkiyə və digər ölkələr ilə əlaqələr genişləndi və bu fonda gənclərdə xaricdə təhsil, iş və digər məqsədlər ilə xaricə getməyi motivasiya etdi. Ona görədə xaricə gedən gənclər daha çox təhsil almaq, işgüzar məqsədlər ilə xarici ölkələrdə öz karyeralarını qurmaq məqsədi ilə gedir və hesab edirəm ki, buna digər səbəb isə həmin ölkələrin, Avropa ölkələrinin əhalisinin qocalması və Azərbaycan kimi ölkələr üçün motivasiyaedici, təşviqedici alətlərdən istifadə edərək sanki beyin axınını təşviq edirlər. Onun sözlərinə görə, yəni gənc əhalini əmək bazarına cəlb edirlər: "O baxımdan burda bir tərəfdən Azərbaycan gənclərinin özlərinin iş qurmaq motivasiyası, digər tərəfdən getdikləri ölkələrin məhz selektiv miqrant axınını təşviq etmək aləti ilə əlaqədardır. Onlar əhalinin qocaldığı ölkələrdir. Bu ölkələrdə gənc işçi qüvvəsinə ehtiyac var. Keyfiyyətli əhali fondunu artırmaq üçün mexaniki artıma üstünlük verirlər. Mexaniki artımda da selektiv miqrasiyaya üstünlük verirlər.
Azərbaycan üçün problem ondan ibarət olur ki, ölkəmizdən beyin axını həmin ölkələrə gedir. Əlbbətdəki bu bizi düşündürməlidir. Çünki əgər bu sürətli bir şəkil alsa Azərbaycanın əmək bazarında problem ola bilər. Yəni keyfiyyətli əhali statistikasında da problem yarana bilər gənclərin xaricə axını fonunda. Ölkədə gənclərin sayı azala bilər, ahılların isə sayı çoxala bilər. Buda Azərbaycan əhalisini qoca əhali sindromu ilə baş-başa qoya bilər. Biz çalışmalıyıq ki, Qərb ölkələrində olan təhsil keyfiyyətini Azərbaycanda da yaradaq. Eyni zamanda işgüzar mövqe Azərbaycanda da gənclərin istəklərinə və təlabatlarına uyğun şəkildə təmin edək ki, gənclər xaricə axın etməsin. Azərbaycandan beyin axını baş verməsin və keyfiyyətli əhali indeksimizi qoruyub saxlaya bilək".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 959 Tarix: 16 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür
"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs
15:14 149 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 158 Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma
10:49 176 Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb
Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını
16:20 99 Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır
02.10.2026 231 ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir
11:10 167 3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide
15:49 123 Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib
Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad
17:40 0 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl
16:26 91