Cibi yandıracaq artım: kommunal xidmətlər bahalaşa bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Cibi yandıracaq artım: kommunal xidmətlər bahalaşa bilər - İQTİSADÇIDAN AÇIQLAMASon günlər Azərbaycanda kommunal xidmətlərin qiymətinin artacağı ilə bağlı səslənən açıqlamalar cəmiyyətdə ciddi narahatlıq yaradıb. İqtisadçı ekspert Natiq Cəfərlinin bildirdiyinə görə, yaxın aylarda vətəndaşları kommunal ödənişlərdə və digər sahələrdə qiymət artımı gözləyə bilər. Ekspertin fikrincə, bu addımların əsas səbəbi dövlətin azalan gəlirləri kompensasiya etmək istəyi ilə bağlı ola bilər.

Bu isə o deməkdir ki, onsuz da artan yaşayış xərcləri fonunda əhalinin üzərinə əlavə maliyyə yükü düşə bilər. Kommunal tariflərin mümkün bahalaşması yalnız sosial məsələ deyil, eyni zamanda iqtisadi zəncirvari təsirlərə də səbəb ola bilər. Çünki enerji, qaz və digər xidmətlərin qiymətinin artması bazarda ümumi qiymətlərin yüksəlməsinə, nəticədə inflyasiyanın sürətlənməsinə gətirib çıxarır. Beləliklə, sual açıq qalır: kommunal xidmətlərin qiyməti həqiqətən artacaqmı və bu artım əhalinin həyatına necə təsir edəcək?
Cibi yandıracaq artım: kommunal xidmətlər bahalaşa bilər - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Natiq Cəfərli kimi iqtisadçıların belə fikirlər səsləndirməsi adətən təsadüfi olmur, çox vaxt müəyyən infirmativ siqnallara əsaslanır. Onun sözlərinə görə, kommunal xidmətlərin yenidən bahalaşması ehtimalı bir neçə amildən asılıdır: "Əvvəla, enerji daşıyıcılarının maya dəyəri və dövlətin subsidiyaları əsas rol oynayır. Əgər qaz, elektrik və su xidmətlərinin real xərcləri artırsa və dövlət əvvəlki kimi bu fərqi qarşılamaq istəməsə və ya imkanları məhdudlaşsa, tariflərin artırılması gündəmə gələ bilər. Bu, daha çox iqtisadi qərardır, amma sosial təsirləri çox ciddi olur.

Digər tərəfdən, bu il sosial paketlərin açıqlanmaması və ya gecikməsi əhalinin gəlir-xərc balansını zəiflədir. Belə şəraitdə kommunal qiymətlərin artımı hökumət üçün də risklidir, çünki bu, narazılığı artırır və sosial yükü ağırlaşdırır. Ona görə də adətən belə qərarlar ya kompensasiya tədbirləri ilə birlikdə, ya da mərhələli şəkildə həyata keçirilir.

Natiq Cəfərlinin bunu sırf iqtisadi proses kimi yox, ehtimal ki, müəyyən məlumatlara əsaslanaraq deməsi mümkündür, amma bu tip açıqlamalar həm də ehtimal və proqnoz xarakteri daşıyır. Yəni bu, artıq qərarın verildiyi anlamına gəlmir, sadəcə riskin mövcud olduğunu göstərir.

Ümumilikdə, yaxın dövrdə bahalaşma tam istisna deyil, amma sosial vəziyyət nəzərə alınaraq hökumətin bunu ya gecikdirməsi, ya da yumşaq formada etməsi daha real görünür".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 991   Tarix: 16 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

15:14 149
.

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə

13:20 158
.

Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma

10:49 176
.

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb

Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını

16:20 99
.

Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA

Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır

02.10.2026 231
.

ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir

11:10 167
.

3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide

15:49 123
.

Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib

Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad

17:40 0
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

16:26 91
.