Dondurma alarkən diqqətli olun: keyfiyyət necə müəyyən edilir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Dondurma alarkən diqqətli olun: keyfiyyət necə müəyyən edilir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAYaz-yay mövsümünün gəlişi ilə birlikdə dondurmaya olan tələbat kəskin şəkildə artır. İsti havalarda sərinləmək üçün ən çox seçilən məhsullardan biri olan dondurma demək olar ki, hər yaş qrupunun gündəlik istehlak etdiyi qidaya çevrilir. Lakin bazarda çeşid bolluğu artdıqca, keyfiyyət məsələsi də daha aktual problem kimi önə çıxır. Bu gün mağaza rəflərində onlarla fərqli marka və tərkibə malik dondurmalar təqdim olunur. İlk baxışda hamısı eyni görünsə də, onların tərkibi, istehsal texnologiyası və istifadə olunan yağ növləri məhsulun keyfiyyətini birbaşa müəyyən edir.

Bəzi hallarda isə istehlakçılar məhsulun üzərində yazılanları oxumadan seçim edir ki, bu da sağlamlıq baxımından arzuolunmaz nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən mütəxəssislər istehlakçılara dondurma alarkən daha diqqətli olmağı, məhsulun tərkibini, istehsal tarixini və saxlanma şəraitini yoxlamağı tövsiyə edir. Bəs keyfiyyətli dondurmanı necə seçmək olar və hansı məqamlara diqqət yetirilməlidir?
Dondurma alarkən diqqətli olun: keyfiyyət necə müəyyən edilir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, dondurma yayda ən çox yeyilən məhsullardan biridir, amma düzgün seçilmədikdə həm dad, həm də sağlamlıq baxımından problem yarada bilər. Onun sözlərinə görə, xüsusilə "acı dad", "boğazda yanma", "süni dad" kimi şikayətlər çox vaxt keyfiyyətsiz və ya düzgün saxlanılmayan məhsullarda olur:

"Dondurma alarkən nələrə diqqət etməliyik?

1. Tərkib siyahısı (ən vacib hissə).
- Etiketi oxumaq çox önəmlidir. Süd və ya qaymaq ilk yerlərdə olmalıdır.
- Bitki yağları (xüsusilə hidrogenləşdirilmiş yağlar) çoxdursa keyfiyyət aşağıdır.
- Çoxlu "E əlavələri", rəngvericilər və dadlandırıcılar varsa süni məhsuldur.

2. Saxlanma temperaturu.
- Dondurma çox həssas məhsuldur. -18°C və daha aşağı temperaturda saxlanmalıdır.
- Ərimə və yenidən donma olursa buz kristalları əmələ gəlir, dad dəyişir, təhlükə riski artır.

3.Qablaşdırma vəziyyəti.
- Qapaq açıq və ya zədəlidirsə alma.
- İçində buz yığılması varsa məhsul dəfələrlə əridilib-dondurulub.
- Şişmiş qablaşdırma risklidir.

4. Dad və qoxu (ilk dişləmə çox şey deyir).

- "Acı dad və yanma"nın səbəbləri keyfiyyətsiz yağlar, süni aroma və dadlandırıcılar, köhnəlmiş məhsul, yanlış saxlanmadır.
- Normal dondurma yumşaq, süd dadlı olur, ağızda yanma hissi yaratmır.

5. Qiymət həmişə keyfiyyət deyil.
- Çox ucuz dondurmalar adətən bitki yağı və dadlandırıcı ilə zəngindir.
- Çox baha həmişə keyfiyyətli demək deyil.
- Ən yaxşı göstərici: tərkib və düzgün saxlanma.

6. İstehsalçı və etibarlılıq.
- Tanınmış istehsalçılar daha ciddi nəzarətdən keçir.
- Küçə və ya şübhəli mənbələrdən alınan məhsullar risklidir.
- Hamilələr, uşaqlar, həssas mədə-bağırsaq sistemi olanlar üçün düzgün saxlanmayan dondurma daha risklidir.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1194   Tarix: 16 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

15:14 149
.

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə

13:20 158
.

Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma

10:49 176
.

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb

Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını

16:20 99
.

Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA

Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır

02.10.2026 231
.

ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir

11:10 167
.

3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide

15:49 123
.

Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib

Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad

17:40 0
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

16:26 91
.